Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1054/2024 26.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Vəzifəli şəxsi barəsində protokol tərtib edilmiş: "xxxx" ASC–nin nümayəndəsi X2 Protokol tərtib etmiş orqan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax–Tovuz regional şöbəsinin baş məsləhətçisi, baş əmək müfəttişi X1 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin, "xxxx" ASC–nin sahə rəisi X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin inzibati xəta haqqında xx.xx.2024–cü il tarixli MN ******* nömrəli protokoluna əsasən, "xxxx" ASC–nin sahə rəisi X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax–Tovuz regional şöbəsinin baş məsləhətçisi, baş əmək müfəttişi X5 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən "xxxx" ASC–nin 2 nömrəli metal konstruksiya üzrə yığım sexində qaynaqçı köməkçisi X4 60x60 mm ölçüdə, 4-6 metr uzunluğunda, 20-25 kq çəkisi olan quraşdırmaq üçün hazır olunmuş dəmir profilləri, iş yoldaşı ilə birlikdə onlara maniəçilik törətdiyinə görə sexdə işlədikləri yerdən digər bir tərəfə yığarkən sağ əlinin şəhadət barmağının uc hissəsinin dəmir profilin altında qalması səbəbindən xəsarət almışdır. Hadisə ilə bağlı təhqiqat aparılarkən həmin cəmiyyətin sahə rəisi vəzifəsində işləyən X6 tərəfindən qanunvericiliyin tələblərinin pozulduğu aşkar edilmişdir. Odur ki tərtib edilmiş, protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış "xxxx" ASC–nin nümayəndəsi X7 göstərdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokolu tam əsassız və qanunsuz olmuş, işin faktiki halları araşdırılmadan nümayəndəsi olduğu hüquqi şəxsin, vəzifəli şəxsinin inzibati xəta törətməsi müəyyən edilmişdir. Belə ki, "xxxx" ASC–nin işçisi X9 09 fevral 2023-cü ildə öz ehtiyatsızlığından iş zamanı əlini zədələmiş və heç kimə xəbər etmədən iş yerindən getmişdir. Bu baş vermiş hadisəni görənlər də X4 öz ehtiyatsızlığından etməsini izahatlarında bildirmişlər. İnzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli şəxs yalnız X4 ərizəsinə əsaslanaraq, qərəzli olaraq X3 barəsində əsassız və qanunsuz bir protokol tərtib etmişdir. Həmçinin, qeyd edir ki, hadisə 09 fevral 2023-cü ildə baş vermişdir, bununla belə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsi xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş və hadisənin baş verməsindən protokolun tərtib edilməsinədək olan müddəti nəzərə almamışdır. Hesab edir ki, hazırkı iş üzrə qanunvericilikdə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Odur ki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli protokolu üzrə inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, işdə olan Təhqiqat aktından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən "xxxx" ASC–nin 2 nömrəli metal konstruksiya üzrə yığım sexində qaynaqçı köməkçisi X4 60x60 mm ölçüdə, 4-6 metr uzunluğunda, 20-25 kq çəkisi olan quraşdırmaq üçün hazır olunmuş dəmir profilləri, iş yoldaşı ilə birlikdə onlara maniəçilik törətdiyinə görə sexdə işlədikləri yerdən digər bir tərəfə yığarkən sağ əlinin şəhadət barmağının uc hissəsinin dəmir profilin altında qalması səbəbindən xəsarət almışdır. İşdə olan “Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında” komissiyanın rəyindən görünür ki, bədbəxt hadisənin baş verməsində qaynaqçı köməkçisi X4 ehtiyatsızlığı və sahə rəisi X3 nəzarətsizliyi müəyyən edilmişdir. Beləliklə məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi 09 fevral 2023cü ildə baş vermiş, yəni "xxxx" ASC–nin işçisi X13 həmin tarixdə istehsalatda baş verən bədbəxt hadisə nəticəsində xəsarət almışdır. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qazax–Tovuz regional şöbəsi tərəfindən, hadisə zamanı "xxxx" ASC–nin sahə rəisi X3 nəzarətsizliyi müəyyən edilmişdir. 10 sentyabr 2024-cü il tarixdə X3 barəsində protokol tərtib edilmiş və baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi inzibati xəta hadisəsinin baş verməsindən bir ildən çox müddət keçmişdir. Azərbaycan Respublikası İXM–nin 38.1–ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri–hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri–hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.5–ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Qanunvericiliyin yuxarıda sadalanan normalarından görünür ki, qanunverici inzibati xətanın törədildiyi vaxtdan bir il keçdikdən sonra qaçıb gizlənən şəxsin belə inzibati məsuliyyətə cəlb olunmasını qadağan etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli protokol üzrə inzibati xəta haqqında işin icraatına, həmin Məcəllənin 38–ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3–cü maddəsi ilə təqsirləndirilməsinə inzibati xəta haqqında iş üz üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-1054/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1054/2024
26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver