Məhkəmə qərarları › İş №3(076)-1059/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1059/2023

07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1059/2023 07.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızının sədriyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati tənbeh edilməyimə dair Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional və Təbii Sərvətlər İdarəsinin rəisi X7 23 may2023-cü il tarixli MN1389103 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün prosessual müddətin bərpa edilməsi haqqında X2 tərəfindən verilmiş vəsatətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati tənbeh edilməyimə dair Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional və Təbii Sərvətlər İdarəsinin rəisi X7 23 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün buraxılmış müddətin bətpa edilməsini məhkəmədən xahiş etmişdir. Vəsatət vermiş X3 vəsatəti müdafiə edərək bildirdi ki, qərar o yaşadığı ünvana verilsə də, o özü evdə olmamış, qərarı ailə üzvləri götürmüşdür. Qərarın ailə üzvlərinə təqdim edilməsindən məlumatlı olmuş, lakin Bakı şəhərində olduğu üçün şikayəti vaxtında verə bilməmişdir. Şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edilməli, şikayət qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılmalıdır. Şikayət verilmiş qərar 23 may 2023-cü il tarixdə qəbul olunsa da X2 qərarın qəbul edildiyi vaxtdan üç aydan artıq vaxt keçdikdən sonra, 28 iyul 2023-cü il tarixdə həmin qərardan şikayət vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. X2 şikayətlə birlikdə buraxılmış müddətin bərpa edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmiş, ərizədə qərarı vaxtında ala bilmədiyini, Bakı şəhərində olduğu üçün qərarın ailə üzvlərinə verildiyini, qərarı Bakı şəhərindən gəldikdən sonra ona ailə üzvləri tərəfindən verildiyini qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 57.5.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə izah edir ki, qərarın ailə üzvlərinə təqdim edilməsi məhkəmə tərəfindən həmin qərarın ona rəsmi qaydada verilməsi kimi qiymətləndirilir. Şikayətçi qərarın surətini rəsmi qaydada aldığı vaxtdan 10 gün müddətində həmin qərardan məhkəməyə şikayət verə bilərdi. Hazırda şikayətçi qərarın ona (ailə üzvlərinə) gec verilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130, 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Vəsatət təmin edilməsin. Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional və Təbii Sərvətlər İdarəsinin rəisi X7 23 may 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar