Məhkəmə qərarları › İş №3(076)-1062/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1062/2023

31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1062/2023 31.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1, 333.2 və 511.1.3-ci maddələri ilə Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(076)-1065/2023 nömrəli qərarında yol verilmiş yanlışlığın düzəldilməsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Şəmkir Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510, 535.1, 333.2 və 511.1.3-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında MN 1792534, ******* və İXP ******* nömrəli protokollar və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN ******* və ******* nömrəli protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Şəmkir rayonu, Şiştəpə kəndində nəlayiq sözlər işlədərək içtimai qaydanı pozmuş və bu zaman polisin qanuni tələblərinə tabe olmamışdır. xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokolun tərtib edilməsinə əsas kimi, Şəxs xx.xx.2023-cü il tarixdə saat 04:52 radələrində CHEVROLET CRUZE Minik markalı 77PC871 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2, 511.1.3-cü maddələrindən nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(076)-1065/2023 nömrəli qərarı ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1, 333.2, 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 30 (otuz) gün müddətinə inzibati həbs edilməsi qərara alınmışdır. Qərar tərəflərə göndərildikdən sonra məlum olmuşdur ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(076)-1065/2023 nömrəli qərarında inzibati xətanı törətmiş şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ “01 (bir) il” müddətinə məhdudlaşdırılmasına baxmayaraq, qərarda texniki səhv olaraq “02 (iki) il” kimi yazılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil qərarda yol verilmiş yanlışlığın düzəldilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, qərarda yol verilmiş yanlışlıq aradan qaldırılmalı, yanlış olaraq Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(076)-1065/2023 nömrəli qərarında inzibati xətanı törətmiş şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququn məhdudlaşdırılması “02 (iki) il” yazısı “01 (bir) il” kimi oxunmalıdır. Azərbaycan Respublikası CPM-nin 518-ci maddəsinə əsasən hökmü və ya digər yekun qərarını çıxarmış məhkəmə onun icrası zamanı yaranan aşağıdakı şübhə və anlaşılmazlıqları məhkumun ərizəsinə, cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı əsasında, habelə öz təşəbbüsü ilə həll etmək hüququna malikdir: hökmlə müəyyən edilmədiyi halda cəzanın həddini, hüquqi şəxslərə təyin edilmiş cinayət-hüquqi tədbirlərin növlərini və həddini dəqiq müəyyən etmək; hökmlə müəyyən edilmədiyi halda azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməli olduğu cəzaçəkmə və ya tərbiyə müəssisəsinin növünü müəyyən etmək; hökmlə həll edilmədiyi və ya anlaşılmazlıqla həll edildiyi halda qətimkan tədbiri, məhkəmə xərclərinin bölüşdürülməsi və ya maddi sübutların taleyi haqqında məsələləri həll etmək; öz hökmünün və ya digər yekun qərarının başqa anlaşılmazlıqlarını aradan qaldırmaq. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 518-ci maddəsini rəhbər tutaraq, qərar verdi: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(076)-1065/2023 nömrəli qərarında yol verilmiş yanlışlıq düzəldilsin. Qərarda inzibati xətanı törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ “01 (bir) il” müddətinə məhdudlaşdırılsın kimi oxunsun. Qərardaddan verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar