Məhkəmə qərarları › İş №3(076)-1064/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1064/2024

17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1064/2024 17.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1, Tələbkar: "xxxx" MMC-nin nümayəndəsi X2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Şəmkir rayonu, Tatarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, Şəmkir rayonu, Tatarlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2411/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(076)-2588/2022 saylı, xx.xx.2023-cü il tarixli, 2(076)-1948/2023 saylı və Bakı şəhəri 54 saylı notariat ofisinin, 8İ-32525 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə yaranmış borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2411/2022 saylı, icra sənədinə əsasən, cavabdeh Şəxs 3485.29 manat pul və 54.86 manat dövlət rüsumu tutulub tələbkar "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2022-ci il tarixli, 2(076)- 2588/2022 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs 1259.19 manat pul vəsaiti və 32.69 manat dövlət rüsumu tutulub tələbkar "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1948/2023 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs 714 manat pul vəsaiti və 30 manat dövlət rüsumu tutulub tələbkar "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Həmçinin, Bakı şəhəri 54 saylı notariat ofisinin, 8İ-32525 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən, cavabdeh Şəxs 72 manat pul vəsaiti alınıb tələbkar BOKT "xxxx" MMC-yə ödənilməli olması qeyd edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş göndərilməsinə baxmayaraq o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırkı vaxtadək borclu borcunu tam ödəməmişdir. Hazırda Şəxs ümumi borcundan 744 manat ödəniş etmişdir. Göstərilənlərə əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İcra məmuru məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2411/2022 saylı, icra sənədinə əsasən, ondan 3485.29 manat pul və 54.86 manat dövlət rüsumu tutulub tələbkar "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2022-ci il tarixli, 2(076)-2588/2022 saylı icra sənədinə əsasən, ondan 1259.19 manat pul vəsaiti və 32.69 manat dövlət rüsumu tutulub tələbkar "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1948/2023 saylı icra sənədinə əsasən, ondan 714 manat pul vəsaiti və 30 manat dövlət rüsumu tutulub tələbkar "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Həmçinin, Bakı şəhəri 54 saylı notariat ofisinin, 8İ-32525 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən, ondan 72 manat pul vəsaiti alınıb tələbkar BOKT "xxxx" MMC-yə ödənilməli olması qeyd edilmişdir. Lakin, maddi imkanı olmadığından borcunu bir dəfəyə ödəyə bilməmişdir. Hazırda həmin borcları ödəməkdən boyun qaçırmır və borclarını ödəməli olmasını bilir. Bundan başqa tələbkar "xxxx" MMC-yə olan borcunu tam ödədiyini, qalan borclarını hissə-hissə ödəyəcəyi barədə öhdəlik götürdüyünü bildirərək barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. Tələbkar "xxxx" MMC-nin nümayəndəsi istisna olmaqla, icra sənədləri üzrə, tələbkar tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, səlahiyyətli nümayəndənin iştirakını təmin etməmişlər və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə məhkəmə iclasında iştirak etməyən tələbkarların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı tələbkar "xxxx" MMC-nin nümayəndəsi X4 izahatında və təqdim etdiyi ərizəsində borclu tərəfindən 744 manat pulun tam ödənildiyini və şikayət və tələbinin olmamasını bildirdi. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2411/2022 saylı, icra sənədinə əsasən, cavabdeh Şəxs 3485.29 manat pul və 54.86 manat dövlət rüsumu tutulub tələbkar "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2022-ci il tarixli, 2(076)-2588/2022 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs 1259.19 manat pul vəsaiti və 32.69 manat dövlət rüsumu tutulub tələbkar "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1948/2023 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs 714 manat pul vəsaiti və 30 manat dövlət rüsumu tutulub tələbkar "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İşdə olan Bakı şəhəri 54 saylı notariat ofisinin, 8İ-32525 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən, cavabdeh Şəxs 72 manat pul vəsaiti alınıb tələbkar BOKT "xxxx" MMC-yə ödənilməli olması qeyd edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2411/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(076)-2588/2022 saylı, xx.xx.2023-cü il tarixli, 2(076)-1948/2023 saylı və Bakı şəhəri 54 saylı notariat ofisinin, 8İ-32525 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə icraat birləşdirilmişdir. İş materiallarında olan “Tələbin könüllü icrası haqqında” bildirişlərdən görünür ki, icra orqanı borcludan icra sənədlərində göstərilən tələbləri icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə borcluya xəbərdarlıq edilmişdir. İş materiallarında olan tələbkar "xxxx" MMC-nin nümayəndəsi X4 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, o, borclu tərəfindən 744 manat pulun tam ödənildiyini və şikayət və tələbinin olmamasını bildirilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, borclu tərəfindən icra sənədi üzrə borcundan 444 manat ödəniş edilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatları, həmçinin, tələbkarın nümayəndəsinin ərizəsi, ödəniş qəbzi ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə tələbkar "xxxx" MMC-yə olan borcunu tam ödəmiş, və ümumi borclarını isə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırkı inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar