Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1065/2024 17.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kamaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Şəmkir rayon Baş Polis İdarəsinin Dövlət X4 YPX-nin inspektoru polis baş serjantı, X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə, xx.xx.1994-cü il tarixdə Şəmkir rayonu, Əliyaqublu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Şəmkir rayonu, Əliyaqublu kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 327.1, 332.2, 334.1, 334.3 və 339.1-1-ci maddələri ilə Şəmkir rayon Baş Polis İdarəsi X7 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir rayon Baş Polis İdarəsi X6 Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXMnin 327.1, 332.2, 334.1, 334.3 və 339.1-1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Şəmkir Rayon DYPŞ-in əməkdaşı A.Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə “VAZ 21063” minik markalı **- BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1, 332.2, 334.1, 334.3 və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında izahat verən inzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir Rayon Baş Polis İdarəsinin Dövlət X4 YPX-nin inspektoru polis baş serjantı, X3 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində sürücülük hüququ olmadan, yüngül dərəcəli sərxoş vəziyyətdə, idarə etdiyi «VAZ 21063 minik» markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə, Bakı-Qazax yolunun 397-ci kilometrliyində mera marketin yanına hərəkət edirdi. Avtomobili biraz sürətli sürürdü tormuz tutmadı VAZ 2106 markalı H-145- BX-60 nömrə nişanlı avtomobillə düzgün ara məsafəsi omadığı üçün həmin maşının qabaq hissəsini vurmuşdur. Hadisə zamanı VAZ 2106 H-145-BX-60 avtomaşın dayanmış vəziyyətdə idi içərisində adam yox idi və xəsarət alan olmamışdır. Buna görə də tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, “VAZ-21063” minik markalı **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Bakı-Qazax yolunun 397-ci kilometrliyində mera marketin yanına hərəkət edirdi yəni yaşadığı Şəmkir rayon Əliyaqublu kəndindən çıxırdı. Nəticədə avtomobili biraz sürətli sürürdü tormuz tutmadı VAZ 2106 markalı H-145-BX-60 nömrə nişanlı avtomobillə düzgün ara məsafəsi omadığı üçün həmin maşının qabaq hissəsini vurmuşdur. Hadisə zamanı VAZ 2106 H-145-BX-60 avtomaşın dayanmış vəziyyətdə idi içərisində adam yox idi və xəsarət alan olmamışdır. Onun avtomobili idarə etməyə sürücülük vəsiqəsi yoxsur. Hadisə zamanı 2 bakal spirli pivə içmişdir. Etdiyi əməldən peşmandır. Qarşı tərəfin maddi ziyanını ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünü təqsirli bilməsi ilə yanaşı işin digər materialları ilə tam sübuta yetirilmişdir. İnizibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azad etmək üçün əsaslar məhkəmə baxışında müəyyən edilməmişdir. Məhkəmə baxışında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, DYPŞ-nin YPX-nin inspektoru A.Əliyev tərəfindən inzibati xəta düzgün olaraq Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsi ilə tövsif edilmişdir və M. Qurbanov həmin inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati tənbeh edilməlidir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.2, 334.1, 334.3 və 339.1-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Qurbanov X1 Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyası çərçivəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şəmkir rayonu üzrə İcra İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:a Həvayət Məhəmmədi 3(043)-1065/2024 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə PROTOKOL «17» sentyabr 2024-cü il Şəmkir şəhəri Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kamaləddin qızı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsi Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Hakim Həvayət Məhəmmədi 3(043)-1065/2024 İnzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında QƏRARDAD «17» sentyabr 2024-cü il Şəmkir şəhəri Mən, Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kamaləddin qızı Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəmkir Rayon Polis İdarəsi tərəfindən protokol tərtib edilərək Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə material Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə toplanmış materialları araşdıraraq hesab edirəm ki, tərtib olunmuş protokollar və materiallar səlahiyyəti olan şəxslər tərəfindən düzgün tərtib olunmuşdur və natamam deyildir. Bu məsələnin baxılması hakimin səlahiyyətinə aiddir. İnzibati iş Şəmkir Rayon Məhkəməsinə aiddir. İşin baxılmasını istisna edən hallar, İXM-in 53-cü maddəsində nəzərdə tutuluş hallar mövcud deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, qərara aldım: 1) İnzibati xəta haqqında material baxılması üçün icraata qəbul edilsin. 2) İşə daxil olduğu gün baxılsın. 3) İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının məhkəmə baxışında iştirak etmələri təmin edilsin. 4) İşin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlər edilsin. Şəmkir Rayon Məhkəməsinin hakimi Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-1065/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1065/2024
17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver