Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1068/2025 03.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X15 Məsail oğlunun sədrliyi, Rzazadə Leyla Elçin qızının katibliyi, Şəmkir Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X8, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1957-ci ildə Şəmkir rayonunda doğulmuş, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin)157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəmkir Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Şəmkir Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X11 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə X4 vuraraq, dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Beləliklə də, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəmkir Rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi X11 izahat verərək bildirdi ki, 29.08..2025-ci il tarixdə Şəmkir şəhəri, Şəmkir küçəsi ev 142-də yaşayan Zərərçəkmiş şəxs ərizə ilə Şəmkir RPŞ-nə müraciət edərək həmin tarixdə Şəmkir rayonu, Posanlı masivvində Nazim adlı şəxs tərəfindən döyülməsini bildirmişdir. Aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəmkir şəhəri, Şəmkir küçəsi ev 142-də yaşayan Zərərçəkmiş şəxs ilə Şəmkir rayonu Posanlı masivvində yaşayan Şəxs Hümbət oğlu arasında şəxsi münasibətləri zəminində Şəmkir rayonu Posanlı masivvində mübahisə olmuş və mübahisə zamanı Şəxs ayaq zərbəsi ilə Zərərçəkmiş şəxs vuraraq sonuncuya qarnının ön divarının sağ yarısının qançırı xəsarətini yetirərək İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı qəsdən törətmişdir. Protokolun dəlilərini müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, barəsində şikayət vermiş Zərərçəkmiş şəxs tanıyır.Belə ki, təxminən 1 ay bundan əvvəl o yaşadığı evədə olan zaman adları ona sonradan məlum olan Əntiqə və əri Vidadi onun yaşadığı evə gəlmiş oğlu Rövşənin hasar düzəltmək məqsədi ilə onlardan 1000 manat pul aldığını bildirmişdirlər. O, isə oğlunun evdə olmadığını bildirmişdir. xx.xx.2025-ci il tarixdə o işdən qayıdan zaman yaşadığı evin qarşısında Əntiqə ilə rastaşmış, Əntiqə yenidən ondan pulu tələb etməyə başlamışdır. Bu zaman onlar arasında mübahisə yaranmış, Əntiqə mübahisə zamanı onu söyərək, nalayiq ifadələr işlətmişdir. Oda Əntiqəni nalayiq ifadələrlə təhqir etmişdir. Zərərçəkmiş şəxs vurmamışdır. Özünü təqsirli hesab etmir. Oğlu tərəfindən alınan pulu iki ay müddətində zərər çəkmişə qaytarmağı öz öhtəliyinə götürür. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, X9 onun əridir. O, əri ilə yaşadıqları evə dəmir hasar çəkdirmək üçün, Şəmkir rayonu, Posanlı masivvində yerləşən şəxsin ünvanına getmiş, onlar orada adını sonradan bildikləri Rövşən adlı şəxs ilə tanış olmuşdurlar. Ona yaşadıqları evə dəmir hasar çəkdirmək istədiklərini bildirmişlər. Rövşən adlı şəxs dəmir hasar üçün ölçü götürməklə bağlı evlərinə gələcəyini demişdir. Ölçü aparıldıqdan sonra ümumilikdə ona dəmir hasar üçün 1000 manat pul ödəmişdirlər. Rövşən isə dəmir hasarı 2 həftə ərzində hazırlayaraq gətirəcəyi ilə bağlı söz vermişdir. Lakin üzərinə öhdəlik götürməsinə baxmayaraq dəmir hasarları dediyi vaxta hazırlayaraq, gətirməmişdir. Daha sonra o Rövşən adlı şəxsin yaşadığı evə getmiş, orada Rövşənin atası Nazim ilə qarşılaşmış, Rövşənin onlara pul borcu olduğunu bildirmişdir. Həmin zaman Rövşənin atası Nazim onunla mübahisə aparmağa başlamışdır. Mübahisə zamanı Nazim əl zərbəsi ilə onun baş nahiyəsinə,daha sonra isə ayaq zərbəsi ilə qarın nahiyəsinə vurmuşdur. Belə olan halda o Şəmkir RPŞ-nə gələrək,şikayət vermişdir. Daha sonra o Rövşən adlı şəxsin yaşadığı evə getmiş, orda Rövşənin atası Nazim ilə qarşılaşmış, Rövşənin onlara pul borcu olduğunu bildirmişdir. Həmin zaman Rövşənin atası Nazim onunla mübahisə aparmağa başlamışdır. Mübahisə zamanı Nazim əl zərbəsi ilə onun baş nahiyəsinə,daha sonra isə ayaq zərbəsi ilə qarın nahiyəsinə vurmuşdur. Belə olan halda o Şəmkir RPŞ-nə gələrək şikayət vermişdir. Məhkəmə iclasında şahid X10 izahat verərək Zərərçəkmiş şəxs izahatını təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş 28 fevral 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəmkir Rayon Polis X2 təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən X5 DİN-nin 102 xidmətinə zəng edərək vermiş olduğu məlumat əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş, X3 barəsində İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Şəmkir Rayon Şöbəsinin İTB-nin polis sahə rəisinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında şahid X1 izahat verərək bildirdi ki, Şəxs onun qayınatasıdır. Aslanov Rövşən isə əridir. Yoldaşı Rövşən hazırda Rusiya Fedarasiyasındaır. O, həqiqətəndə 1000 manat pulu almış,dəmir hasar hazırlama öhdəliyini üzərinə götürməsinə baxmayarq, hazırlayaraq verməmişdir. Yoldaşına dəmir hasar hazırlamağı sifariş etmiş, Əntiqə adlı şəxs pulu tələb etmək üçün dəfələrlə bu səbəbdən onlara gəlmiş, qayınatasına qarşı nəlayiq ifadələr işlədərək pulu tələb etmişdir. Sonuncu dəfə Əntiqə yenidən pulu tələb etmək üçün gəldiyi zaman, onlar arasında mübahisə yaranmışdır. Qaynatası Əntiqəyə heçbir fiziki zərbə vurmamışdır. Sadəcə əlində ağacla onu hədələmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi-ekspertizasının xx.xx.2025-ci il tarixli 791 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs bədən səhətində aşkar edilmiş xəsarət qarının ön divarının sağ yarısının qançırı KÜT əşyanın təsirindən törəmişdir.törənmə müddətləri xx.xx.2025-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı, özünün etirafedici izahatı, eyni zamanda məhkəmə prosesi zamanı elan edilmiş məhkəmə-tibbiekspertizasının rəyi və iş materiallarındakı sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti düzgün olaraq İXM-in 157-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə də Şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İXM-nin 30.2-ci maddəsinə əsasən amilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, şəxsin 68 yaşı olmasını(yaş həddini),inzibati xətanı zərərçəkmiş şəxsin pisixi məcburiyyət təsiri səbəbindən törətməsini, inzibati xətanın xarakterini, törədilməsi hallarını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi kifayət edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İlqar Quliyev
Məhkəmə qərarları › İş №3(076)-1068/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1068/2025
03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver