Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1069/2023 19.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X6 Tələbkar: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: X4 iştirakı ilə xx.xx.1965-ci ildə Bakı şəhərində anadan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində yaşayan X4 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X7, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1340/2023 saylı icra sənədi üzrə tələblərin yerinə yetirilməsindən boyun qaçıraraq, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, X7 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh X4 iddiaçı Zərərçəkmiş şəxs və qeyrilərinin mülkiyyətində olan 1.23 ha torpaq sahəsinin 0.25 ha hissəsindən çıxarılması, həmin torpaq sahəsinin üzərində yerləşən və cavabdeh tərəfindən inşa edilmiş evin və digər yarımtikililərin cavabdehin vəsaiti hesabına sökülməsi qət edilmişdir. X2 dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, icra sənədi üzrə tələbləri yerinə yetirməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək icra sənədi üzrə tələbləri yerinə yetirməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu icra sənədini icra etməmişdir. X3 icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə tələbləri yerinə yetirməkdən boyun qaçırır. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, borclu Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə tələbləri yerinə yetirməkdən yayınmış, bu səbəbdən icra məmuru tərəfindən hazırki protokolla məhkəməyə müraciət edilmişdir. Bununla belə X3 ilə öz aralarında razılaşmış, mübahisəli torpaq sahəsini başqa sahə ilə əvəzləşdirmişlər. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu X7 izahatında göstərdi ki, həqiqətən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi ilə onun iddiaçı Zərərçəkmiş şəxs və qeyrilərinin mülkiyyətində olan 1.23 ha torpaq sahəsinin 0.25 ha hissəsindən çıxarılması, həmin torpaq sahəsinin üzərində yerləşən və onun tərəfindən inşa edilmiş evin və digər yarımtikililərin onun vəsaiti hesabına sökülməsi qət edilmişdir. Hazırda tələbkarla öz aralarında razılaşmış, mübahisəli torpaq sahəsini başqa sahə ilə əvəzləşdirmişlər. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh X4 iddiaçı Zərərçəkmiş şəxs və qeyrilərinin mülkiyyətində olan 1.23 ha torpaq sahəsinin 0.25 ha hissəsindən çıxarılması, həmin torpaq sahəsinin üzərində yerləşən və cavabdeh tərəfindən inşa edilmiş evin və digər yarımtikililərin cavabdehin vəsaiti hesabına sökülməsi qət edilmişdir. İşdə olan və tələbkar Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, X7 ilə öz aralarında razılaşmış, mübahisəli torpaq sahəsini başqa torpaq sahəsi ilə əvəzləşdirmişlər. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə X1 icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu icra sənədi üzrə tələbləri yerinə yetirməkdən qəsdən boyun qaçırmamış, əksinə tələbkarla öz aralarında razılaşmışlar. Tələbkar da ərizə təqdim edərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə X1 əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. X1 əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən X1 barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-1069/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1069/2023
19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver