Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1074/2024 18.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kamaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şəmkir şəhər Günəşli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Şəmkir RPŞ-dən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəmkir Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM–nin 157–ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs 09 avqust 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döymüşdür Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs1 tanıyır və onunla qonşu kənddə yaşayır. xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu Yeni-Göyçə kəndində Zülfiqara məxsus heyvanlar onun qızının əkin sahəsinə keçmişlər. Buna görə o onlara irad bildirən zaman Zülfiqar nalayiq sözlərlə cavab qaytarmışdır. xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu Çaykənd kəndində heyvan otaran zaman Zülfiqar həyat yoldaşı Afət ilə həmin yerə gələrək oğlu Elnurun onun azyaşlı oğlu Hüseyni vurmasını bildirdi. Bundan sonra aralarında adi sözlə mübahisə oldu və Zülfiqar getdi. Bu zaman Afət Zülfiqarı onun həyat yoldaşı Adilə isə oğlu Elnuru sakitləşdirirdi. Həmin vaxt Zülfiqarı təhqir etmişdir. Zülfiqar da ağaç parçası ilə onu vuranda əlini qabağa tutdu və sol əlinin barmaqlarından xəsarət almışdır. Hazırda zərərçəkmiş şəxslərlə barışmışdır. Barəsində olan inzibati xəta materialına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs1 göstərdi ki, barəsində şikayət etdiyi Elnur və Muradı tanıyır, aralarında normal münasibətlər olmuşdur. xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu Yeni Göyçə kəndində ona məxsus 1 rəst Elnurun bacısının əkin sahəsinə keçmişdir. Bundan sonra Elnur ona zəng edərək həyat yoldaşı haqqında nalayiq sözlər demişdir. xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu Yeni Göyçə kəndində yaşadığı evdə olan zaman küçədən səs-küy gəlməsini eşidərək idarə etdiyi VAZ 2106 markalı avtomobillə həmin yerə getmişdir. Bu zaman həyat yoldaşı Afətin Elnur adlı şəxs ilə mübahisə etməsini görmüşdür. Bu zaman o avtomobildən düşmək istəyərkən Elbur üzərinə hücum edərək əlində bıçaqla sol qolundan vurmuşdur. Daha sonra isə Elnurun atası Murad gələrək əlindəki ağaç parçası ilə avtomobilin içərisində çənə nahiyyəsindən vurmuşdur. Elnur da yerdən daş götürərək avtomobilinə maddi ziyan yetirdi. Mübahisə zamanı o həmin şəxsləri vurmamışdır. Hazırda Şəxsla barışmış, ona dəymiş ziyan tam ödənilmişdir. Şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs2 göstərdi ki, barəsində şikayət etdiyi Elnur adlı şəxsi tanıyır, aralarında normal münasibətlər olmuşdur. xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu Yeni Göyçə kəndində ona məxsus 1 rəst Elnurun bacısının əkin sahəsinə keçmişdir. Bundan sonra Elnur ona zəng edərək haqqında nalayiq sözlər demişdir. xx.xx.2024-cü il tarixdə 2011-ci il təvəllüdlü oğlu Hüseyn yaşadıqları kəndin yol kənarında qoyun otaran zaman Elnur onun oğluna yaxınlaşaraq heyvanları kənara aparmasını bildirmişdir. Bu zaman onlar arasında mübahisə yaranmış və Elnur şillə ilə oğlunu vurmuşdur. Bundan sonra o həmin yerə gedərək Elnuru oğlunu vurmasına görə öz iradını bildirmişdir. Bu zaman Elnur yumruqla sağ gözaltı nahiyyəsindən vurdu. Yaranmış səsküyə həyat yoldaşı Zülfiqar idarə etdiyi avtomobillə gəldi. Bu zaman Elnur avtomobilin içərisində həyat yoldaşı Zülfiqarın üzərinə hücum edərək əlindəki bıçaqla onu vurmuşdur. Daha sonra isə Elnurun atası Murad gələrək əlindəki ağaç parçası ilə avtomobilin içərisində olan Zülfiqarın çənə nahiyyəsindən vurmuşdur. Elnur da yerdən daş götürərək avtomobilə ziyan yetirmişdir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli 746 saylı ekspert rəyindən görünür ki, Şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sağ gözaltı nahiyyənin, hər iki bazunun ön səthinin qançırları KÜT əşyaların təsirindən törənmişlər, sağ əlin 1-ci barmağının arxa səthinin kəsilmiş yaras isə İTİ kənarlı əşyanın təsirindən törənmişdir, bıçaqla yetirilmiş zərbə nəticəsində əmələ gələ bilərdi əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli 750 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər- başın tüklü hissəsində ənsə nahiyyəsinin cüzi şişkinlik fonunda və sağ gözaltı nahiyyənin qançırları KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli 747 saylı ekspert rəyindən görünür ki, X3 bədən səthində aşkar edilmiş xəsarətlər- sol əlin birinci barmağının dırnaq falanqasının əzilmiş yarası KÜT əşyanın təsiridən törənmişdir, törənmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli 751 saylı ekspert rəyindən görünür ki, X1 bədən səthində hər hansı bir xəsarə və xəsarət izi aşkar edilmədi. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli 749 saylı ekspert rəyindən görünür ki, X2 bədən səthində aşkar edilmiş xəsarətlər- sağ yanağın, saö bazunun yuxrı üçdə birinin ön səthinin qançırları KÜT əşyaların təsirindən törənmişlər, sol bazu və sol mil-bilək oynağının arxa səthinin kəsilmiş səthi yaraları isə İTİ kənarlı əşyaların, ola bilsin ki, bıçağın təsirindən törənmişlər. Törənmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. İş materiallarında olan zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, o, Şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Belə ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39 və 53.0.9-cu maddələri tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasın İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-1074/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1074/2024
18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver