Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1075/2023 24.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X3 və 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X2 19 iyun 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün prosessual müddətin bərpa edilməsi haqqında X6 tərəfindən verilmiş vəsatətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 manat məbləğində inzibati tənbeh edilməyinə dair Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X2 19 iyun 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Vəsatəti onunla əsaslandırmışdır ki, sözü gedən qərar ona 21 iyun 2023-cü il tarixdə təqdim edilmişdir. Qərar ona təqdim olunduğu gündən hesablayanda 10-cu günü 01 iyul 2023-cü il tarixdə bitir. Həmin gün isə Qurban Bayramı ilə əlaqədar verilmiş istirahət gününə təsadüf edir. Yəni o, bayram günlərində şikayəti verə bilməzdi. Bundan başqa o, qərardan şikayəti 04 iyul 2023-cü il tarixdə yox, 03 iyul 2023-cü il tarixdə, yəni Qurban Bayramı ilə əlaqədar 26 iyul 2023-cü il tarixdən 03 iyul 2023-cü il tarixədək verilmiş istirahət günlərindən sonra ilk iş günündə məhkəməyə vermişdir. Qərar ona göndərildiyi poçt zərfini əhəmiyyət vermədən başqa lazımsız sənədlər arasında cırıb atdığından şikayətə əlavə etməmişdir. Qərarın ona 21 iyun 2023-cü il tarixdə təqdim edilməsinə Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional və Təbii Sərvətlər İdarəsinin ona göndərdiyi, şikayətinə əlavə etdiyi xx.xx.2023-cü il tarixli məktubu da dəlalət edir. Yəni hər bir halda o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 manat məbləğində inzibati tənbeh edilməyinə dair Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X2 19 iyun 2023-cü il tarixli MN ******* nomrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qanunla nəzərdə tutulmuş şikayətin verilməsi üçün müddəti üzürlü səbəbdən buraxmamışdır. Məhkəmə iclasında X6 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək, Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X2 19 iyun 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 bildirdi ki, qeyd edilən qərar xx.xx.2023-cü il tarixdə X5 təqdim edilmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxs X3 və 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 izahatlarını dinləyərək, iş materiallarını və təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, vəsatət təmin edilməməli, Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X2 19 iyun 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X6 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Şikayət verilmiş qərar 19 iyun 2023-cü il tarixdə qəbul olunsa da X6 həmin qərarı 21 iyun 2023-cü il tarixdə götürmüş olsa belə, ilk iş günündə xx.xx.2023-cü il tarixdə məhkəməyə şikayət verməli olduğu halda, heç bir üzrlü səbəb təqdim etmədən xx.xx.2023-cü il tarixdə qərardan şikayəti məhkəməyə təqdim etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 İXM-in 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 2000 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. X6 şikayətlə birlikdə buraxılmış müddətin bərpa edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmiş, ərizədə qərarı 21 iyun 2023-cü il tarixdə aldığını və şikayəti məhkəməyə 04 iyul 2023-cü il tarixdə deyil, Qurban Bayramından sonrakı ilk iş günündə yəni 03 iyul 2023-cü il tarixdə məhkəməyə təqdim etdiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, X7 şikayəti məhkəməyə xx.xx.2023-cü il tarixdə verdiyini bildirsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X2 19 iyun 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X6 tərəfindən verilmiş şikayət xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş, bu barədə şikayətə məhkəmənin xx.xx.2023-cü il tarixli daxil olma möhürü vurulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə izah edir ki, qərarın xx.xx.2023-cü il tarixdə əldə etmiş və şikayətçi qərarın surətini rəsmi qaydada aldığı vaxtdan 10 gün müddətində, yəni xx.xx.2023-cü il tarixə qədər həmin qərardan məhkəməyə şikayət verə bilərdi. Hazırda şikayətçi vəsatətdə də qeyd etdiyi kimi xx.xx.2023-cü il tarixdə şikayəti məhkəməyə təqdim etməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilməsin. Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X2 19 iyun 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X6 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-1075/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1075/2023
24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver