Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1081/2025 15.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi Məmmədova Alsu Dəyanət qızının katibliyi Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.2004-cü il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Daşkəsən rayonu, Əmirvar kəndində qeydiyyatda olmaqla, Şəmkir rayonu, Yeni Qızılca kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Baş vermiş yol nəqliyyat hadisəsi zamanı Şəxs ehtiyatsızlıqdan MTZ 82.1 markalı 90-11-241 qeydiyyat nişanlı traktorun sürücüsü Zərərçəkmiş şəxs - alın nahiyyəsinin və burun yəhərinin əzilmiş yaraları. sol əlin arxa səthinin sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL. zərər vurmaya aid xəsarətlər yetrirmişdir. Şəxs özü isə sağ diz oynağının sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilməyən xəsarət almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xətanı törətmiş şəxs Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilməyərək məhkəmə iclası zamanı izahatında göstərdi ki, KAMAZ 55111 markalı **-BO-*** dövlət nömrə nişanlı yük avtomobili etibarnamə əsasında idarə edir.avtomobil idarə etmək üçün "BC" kateqoriyalı sürücülük vəsiqəsi var.xx.xx.2025-ci il tarixdə saat təxminən 20 radələrində qeyd etdiyi yük avtomobil ilə Qazax rayonuna qum aparmış,həmin gecə Ağstafa rayonunda qalmışdır.xx.xx.2025-ci il tarixdə saat təxminən 05:30 radələrində Ağstafa rayonundan yaşadığı Göygöl rayonuna qayıtmaq üçün qeyd etdiyi yük avtomobilin sükanı arxasına keçib Bakı- Qazax-Gürcüstan sərhəddi yolunun bir tərəfli Bakı şəhəri istiqamətindəki hərəkət zolağına daxil olub üzü Bakı şəhəri istiqamətində hərəkətə başlamış.saat təxminən 06:20 radələrində həmin yolun Şəmkir rayonu Dəllər Cəyir kəndi ərazisindən keçən hissəsinə çatanda yolun sağ kənarından Belarus istehsalı MTZ 82.1 markalı 90-H-241 dövlət qeydiyyat nişanlı traktor gözləmədən qarşısına çıxmışı, nəticədə sağ zolağın üzərində idarə etdiyi KAMAZ 55111 markalı yük avtomobilin ön sağ hissəsi ilə traktorun arxa hissəsi toqquşmuş və zərbənin təsirindən tarktor idarə etdiyi yük avtomobilin qarşısında sürünüb yolun sağ kənarında aşmış və idarə etdiyi yük avtomobilin ön təkərləri tarktorun arxasındakı aqreqatın üzərinə çıxaraq dayanmışdır. Toqquşmadan sonra yerə düşəndə traktorun sürücüsünün qaş nahiyyəsinin üst tərəfindən xəsarət almasını görmüş həmin sürücü orada olan avtomobil ilə xəstəxanaya getmişdir. Şəxs həmçinin izahatında yol nəqliyyat hadisəsi zamanı xəsarət aldığını və traktorun sürücüsünün yol hərəkəti haqqında qanunun 42-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmasınıda bildirmişdir. Odur ki, məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı göstərdi ki, Şəmkir rayonu Dəllər Cırdaxan kəndinin yuxarı hissəsində yerləşən Sakit adlı şəxsin meyvə bağında Belarus istehsalı MTZ 82 markalı 90-H-241 dövlət nömrə nişamnlı traktoru idarə edir,takrtor idarə etmək üçün müvafiq kateqoriylı sürücülük vəsiqəsi və və traktoru idarə etməsinə dair etibarnaməsi yoxdur.Son 3-4 gündə tarktorun arxasına qoşulan "çırpı qıran " aqreqatı ilə bağda olan budanmış yaşıl budalqarı qırırmaqla məşöul olmuş.işdən çıxanda da trak a da traktor və arxasındakı qeyd etdiyi aqreqat ilə evinə gedirmiş.xx.xx.2025-ci il tarixdə səhər saat təxminən 06 radələrində yaşdığı Dəllər Cəyir kəndindəki evindən qeyd edilən traktorun sükanı arxasına keçib işlədiyi bağa getmək üçün traktorla Dəllər Cəyir kəndinin mərkəzi ilə keçib üzü Bakı-Qazax yolu istiqamətində hərəkət edib kəndin aşağı hissəsində Bakı-Qazax yolunun üzərindən keçən körpüyə yaxınlaşıb körpünün sağ tərəfindən Bakı- Qazax yolunun bir tərəfli Bakı istiqamətinda amətindəki hərəkət zolağına daxil olub üzü Bakı istiqamətində hərəkətə başlamış. təxminən 1 km məsafə qət edib öz yolu ilə hərəkətinə davam edəndə qəfildən arxadan eyni istiqamətdə hərəkət edən KAMAZ 55111 markalı **-BO-*** dövlət nömrə nişanlı yük avtomobil gəldiyi sürətlə idarə etdiyi traktoru arxa hisədən vuraraq qarşısında sürmüş, bu zaman özümü itirmiş və gözünü açanda ətrafında şəxslərin olmasını.alın nahiyyəmdən qan axmasını və Kamazın idarə etdiyi traktorun üzərinə çıxaraq dayanmasını görmüşdür. Sonrada oradan Şəmkir ayon mərkəzi xəstəxanasına getmiş.xəstəxanada tibbi müayinə olunduqdan sonra orada sərxoşluq müavinəsindən keçmişdir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə gəlməyən zərərçəkmiş şəxslərin, habelə Azərbaycan Respublikası Baş X1 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs və zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi izahatlrını, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları, Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. İş materiallarında olan: AR SN-nin MT və PA Birliyinin Şəmkir rayon şöbəsindən alınmış xx.xx.2025-ci il tarixli 708 saylı rəyində Zərərçəkmiş şəxs bədən səthində-alın nahiyyəsinin və burun yəhərinin əzilmiş yaraları,sol əlin arxa səthinin sıyrığı,küt əşyanın təsirindən törənmişlər. YNH-si nəticəsində əmələ gələ bilər,əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixinə uyğun gəlir.həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İşdə olan 30 sentyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi olduğundan barəsində həmin maddəyə əsasən inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. Hadisə yerinə baxış protokolundan görünür ki, Şəmkir rayonu Dəllər Cəyir kəndindən Hadisə yerinə qədər tarktorun sürücüsünün göstərmiş olduğu yol üzrə video çəkiliş aparılaraq baxış keçirilmişdir. Baxış zamanı Şəmkir rayonu Dəllər Cəyir kəndinin mərkəzindən keçən yol ilə hərəkət etdikdə yolun üzü Bakı-Qazax yolu istiqamətində olması.qarşıda Bakı-Qazax yolunun üzərindən keçən körpünün sağ kənarından torpaq örtüklü yol ilə hərəkət edib oradan Bakı-Qazax yoluna daxil olunması.körpünün yanından hadisə yerinə qədər 1 km məsafə olması müəyyən olunmuşdur.Həmçinin KAMAZ yük avtomobilin sürücüsü Şəxs izahatında traktorun yolun sağ kənarındakı əkin sahsinə ayrılan yolayrıcından qarşısına çıxdığını bildirmdir.Lakin Şəmkir rayonu Dəllər Cəyir kəndinin mərkəzindən keçən yol ilə hərəkət edib Bakı-Qazax yoluna daxil olanda Şəxs göstərmiş olduğu yolayrıcına traktorun daxil olması üçün kəndin mərkəzi ilə keçən yolndan yolun olmaması müəyyən olunmuşdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Həmçinin, məhkəmə Şəxs inzibati tənbeh tədbiri təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədinə uyğundur. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, , QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Seymur Yusifli
Məhkəmə qərarları › İş №3(076)-1081/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1081/2025
15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver