Məhkəmə qərarları › İş №3(076)-1084/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1084/2024

19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1084/2024 19.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədirliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi, Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X1, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Gədəbəy rayonu, Leşkər kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs, 15 iyul 2024-cü il tarixdə, Şəmkir rayonu, Abbaslı kəndində, Zərərçəkmiş şəxs vuraraq ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi zərər çəkmiş şəxsin və özünün izahatları və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi X2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, Şəmkir rayonu, Abbaslı kəndində yaşayan Zərərçəkmiş şəxs DİN-nin 102 zəng mərkəzi xidmətnə və Şəmkir RPŞ-yə ərizə ilə müraciət edərək qohumu Şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Daha sonra müraciət ilə əlaqədar Şəmkir RPŞ-nin, TB-də araşdırma aparılmış, aidiyyəti şəxslərin izahatları alınmış və nəticədə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra, həmin qərar Şəmkir RPŞ-in İTB-yə göndərilmiş və qərara əsasən vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Odur ki məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs, özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək ifadəsində göstərdi ki, Afər onun, həm qohumu, həm də Şəmkir rayonu, Abbaslı kəndində onunla qonşuluqda yaşayır. O, həmin evdə qış fəslində ailəsi ilə birlikdə gəlib qalır. Bir qədər əvvəl güclü küləklər əsən zaman onun tövləsinin dam örtüyü Afərin əkin sahəsinə düşmüş, Afər isə bu barədə ona bildirən zaman gəlib həmin dam örtüyünü təmizləyib qapısına aparmış, lakin, həmin kartof sahəsində az da olsa şifer qırıqları qalmışdır. 15 iyul 2024-cü il tarixdə Şəmkir rayonu, Könüllü kəndində yaşayan Razimin evində yeyib-içdikdən sonra saat 23 radələrində o, Abbaslı kəndindəki öz yaşadığı evə getmişdir. Həmin vaxt Afər onun yanına gələrək ona dəyən ziyanın ödənilməsini tələb etmişdir. Bu zaman Afər ilə, sözlə mübahisə etməyə başlamış, Afər onu söyən zaman o da, Afəri söyərək əli ilə onu arxaya doğru itələmişdir. Bir qədər sonra qardaşı Razim gələrək onları aralamış, daha sonra isə Afər polisə zəng edərək məlumat vermişdir. Həmçinin, mübahisə zamanı Afər onu şifer qırığı atan zaman, şiferin qırığı qardaşı Razimə dəymiş və nəticədə başı qanamışdır. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, onu izahat verməsi üçün şöbəyə gətirmişlər. Onun uşaqlıqdan mövcud travması vardır, hadisə zamanı əsəbi və spirtli içkinin təsirində olmuşdur, Afər onu söydüyü üçün, onu əli ilə itələmişdir, peşmandır. Odur ki qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Barəsində şikayət etdiyi Şəxs onun həm qohumu, həm də qonşusudur. Əvvəllər aralarında bir neçə dəfə həyətyanı sahəyə görə narazılıqlar olmuşdur. Bir qədər əvvəl güclü küləklər əsən zaman idrisin evinin damının örtüyü, onun kartof sahəsinin üstünə tökülmüş, o isə İdrisə həmin şifer qırıqlarını yığmasını bildirmiş, lakin İdris ona məhəl qoymamışdırr. Hadisədən təxminən bir həftə əvvəl kartof yerini qazan zaman şifer qırıqlarını İdrisin evinin həyətyanı sahəsinə atmışdır. 15 iyul 2024-cü il tarixdə İdris sərxoş halda ailəsi ilə kəndə gələn zaman, qapıda şifer qırıqlarını görüb, onu çağırıb onu nalayiq söyüşlərlə təhqir etmişdir. O da, İdrisi söyən zaman əli ilə bir neçə dəfə başına və boynunun arxasına vurmuşdur. Onun səsinə evdən oğlu gəlib aralayıb evə aparmışdır. Həmin vaxt İdrisin qardaşı Razim gəlmiş və o, Razimlə söhbət edən zaman İdris yenidən yanlarına gəlmiş, Razim isə onu sakitləşdirmişdir. Hazırda Şəxs şikayətçidir, məhkəmədən barəsində ağır inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Şəmkir rayon MTE və PA şöbəsinin 16 iyul 2024-cü il tarixli, 677 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs, bədən səthində aşkar edilmiş xəsarətlər- sol yanağın aşağı üçdə birində sol çənəbucağı nahiyəsinin yumşaq toxumalarının əzniyi və alt çənə 5-6 dişlər cüzi travmatik laxlaması KÜT əşyaların təsirindən törənmişlər, törəmə müddətləri 15 iyul 2024-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə 20 iyul 2024-cü il tarixdə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin olmaması və Zərərçəkmiş şəxs döyərək inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, həmçinin, zərər çəkmiş şəxsin izahatlarını, 16 iyul 2024-cü il tarixli, 677 saylı rəyi, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə, tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən Şəxs sərxoş vəziyyətdə inzibati xəta əməlini törətməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və zərər çəkmiş şəxsin şikayətçi olmasını, nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar