Məhkəmə qərarları › İş №3(076)-1085/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1085/2023

08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1085/2023 08.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X6, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Tovuz rayonu, Aşağı Ayıblı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Tovuz rayonu, Əyyublu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəmkir Rayon Polis Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqında protokol tərtib etmiş şəxs Şəmkir Rayon Polis Şöbəsinin sahə rəisi X11 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şəmkir şəhəri, Günəş ticarət mərkəzində anası X3 vuraraq dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğuna və onun barəsində inzibati tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, onun barəsində şikayət edən X7 atası Şahinin 2-ci ailəsidir. X1 vəfat edəndən sonra atası Şahin İlhamə ilə ailə qurmuşdur. xx.xx.2023-cü il tarixdə İlhamə Yusifova anası Lətifənin ünvanına telofonda nalayiq ifadələr işlətdiyinə görə xx.xx.2023-cü il tarixdə bacısı X8 və sonuncunun az yaşlı qızı X9 ilə birlikdə İlhamənin içlədiyi Şəmkir rayonunda yerləşən Günəş ticarət mərkəzinə tetmişlər. Orada İlhamə ilə mübahisələri yaranmışdır. Mübahisə zamanı o, yumruqla bir dəfə İlhamənin sifət nahiyəsinə vurub döymüşdür. Həmin vaxtı İlhamə stolu onlar tərəfə qəsdən atan zaman stol bacısı qızı Aytac Yusifovanın qoluna dəyib zədələmişdir.bundan sonra onlar oradan çıxıb getmişlər. Sonradan ona məlum olmuşdur ki, İlhamə onların barəsində çikayət etmişdir. İlhaməni yalnız o özü vürmüşdur. Əmlindən peşmandır. Odur ki, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında göstərdi ki, barəsində şikayət etdiyi Şəxs və X5 onun əri Şahin Yusifovun qızlarıdır. X9 isə əri Şahinin nəvəsidir. Şahnaz və Gülnarə X1 vəfat edəndən sonra o, Şahinlə ailə qurmuşdur. xx.xx.2023-cü il tarixdə sosial ünvanlı yardım almaq üçün sənədləri bərpasına Şahnaz və Gülnar razı olmamışdır. xx.xx.2023-cü il tarixdə o, Şəmkir rayonunda yerləşən Günəş ticarət mərkəzinə işdə olan zaman Şahnaz, Gülnarə və sonuncunun qızı Aytac iş yerinə gəlib onunla mübahisə etmişlər. Şahnaz onu yumruqla bir dəfə sifət nahiyyəsinə vurub onu döymüşdür. Hazırda Şahnazla barışmışdır. Odur ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, məhkəmə inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə tərəflərin barışmasının Azərbaycan Respublikası İXM-in 53.0.9-cu maddəsinə əsasən həmin Məcəllənin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsas olmasını nəzərə alaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar