Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-1085/2025 06.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən, Şəmkir Rayon Məhkəməsinin hakimi X1, Şəxs MMC–nin Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 539.1–1–ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında X3 Xidmətinin Qazax–X2 daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Şəmkir Rayon Məhkəməsinə Şəxs MMC–nin barəsində Azərbaycan Respublikası İXM–nin 539.1–1–ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişi əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməmişdir. Bununla da Şəxs MMC–nin barəsində Azərbaycan Respublikası İXM–nin 539.1–1–ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokol Şəxs MMC–nin barəsində tərtib edilsə də, iş materiallarına həmin cəmiyyətin təqsirli olmasını sübut edən hər hansı sənəd, o cümlədən kifayət qədər araşdırmanın aparılmasına dair sənədlər əlavə edilməmişdir. İşdə olan sənədlərlə müəyyən edilmişdir ki, Şəxs MMC–də elektron sənəd formasına keçirilməyən 4 nəfər işçinin əmək müqavilələrinin olduğu müəyyən edilmiş, yəni Şəxs MMC tərəfindən 4 nəfər işçinin əmək müqavilələri elektron formada bağlanmamış, bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM–nin 539.1–1–ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Lakin Azərbaycan Respublikası ƏƏSMN yanında X3 Xidmətinin Qazax–X6 tərəfindən həmin 4 nəfərin kimlik məlumatları məhkəməyə təqdim edilməmiş, eləcə də kifayət qədər araşdırma aparılması müəyyən edilməmişdir. Bundan başqa qeyd edilməlidir ki, Şəxs MMC–nin barəsində xx.xx.2025–ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilsə də, həmin hüquqi şəxsin nümayəndəsinə hüquq və vəzifələri izah edilməmiş, eləcə də tərtib edilmiş protokolun surətinin hüquqi şəxsin nümayəndəsinə verilməsi və yaxud hüquqi şəxsin nümayəndəsi tərəfindən protokolun imzalanmasından imtina barədə protokolda müvafiq qeyd aparılmamışdır. Halbuki, Azərbaycan Respublikası İXM–nin 100.1–ci maddəsinə əsasən bu Məcəllənin 54–cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.3–cü maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir. Həmin Məcəllənin 100.4–cü maddəsinə əsasən protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.5.7–ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Həmin Məcəllənin 100–cü maddəsində inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə dair zəruri tələblər göstərilmiş, həmin Məcəllənin 109.1.6–cı maddəsində yuxarıda göstərilən tələblərə əməl olunmamasına görə inzibati xəta haqqında protokolun baxılmadan onu vermiş orqana qaytarılması nəzərdə tutulmuşdur. Hesab edirəm ki, qeyd olunan nöqsanların mövcudluğu şəraitində işə baxılması mümkün deyildir. Bu səbəbdən natamam tərtib olunduğuna görə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM–nin 109.1.6–cı maddəsində qeyd edilmişdir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, hakim inzibati xəta haqqında protokolu və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM–nin 40, 43, 48–51, 114, 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs MMC–nin Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 539.1–1–ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında X3 Xidmətinin Qazax–X2 daxil olmuş xx.xx.2025–ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası ƏƏSMN yanında X3 Xidmətinin Qazax–X5 geri qaytarılsın. X7
Məhkəmə qərarları › İş №3(076)-1085/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-1085/2025
06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver