Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1086/2023 09.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Şəmkir rayonu, Düyərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olmaqla, Şəmkir şəhəri, N.Nərimanov küçəsində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair, xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında bildirdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-357/2023 saylı qətnaməsi ilə 31 avqust 2022-ci il tarixdən başlayaraq, 02 iyun 2020-ci il tarixdə doğulmuş Mələk adlı uşağın yetkinlik yaşma çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş göndərilmişdir. Borclunun 1740 manat borcu var. Bu günədək borclu cəmi 20 manat ödəmişdir. Bu səbəbdən tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə protokol tərtib edib məhkəməyə gətirdikdən sonra ona məlum olmuşdur ki, icra sənədinin verilməsinə əsas olmuş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-357/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verildiyi üçün mülki iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, o icra sənədinin verilməsinə əsas olmuş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-357/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verdiyi üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qeyd olunan mülki iş hazıra Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır və məhkəmə qətnaməsi qanuni qüvvəsini almamışdır. Qeyd edilənləri nəzərə alaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, borclunun ona 1740 manat borcu var. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)- 357/2023 saylı qətnamədən borclu Şəxs apellyasiya şikayəti vermişdir. Hazırda mülki iş Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, icra məmurunu və tələbkarı dinləyib, iş materiallarını araşdırıb, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında MN ******* protokol üzrə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(076)-357/2023 saylı qətnaməsi ilə 31 avqust 2022-ci il tarixdən başlayaraq, 02 iyun 2020-ci il tarixdə doğulmuş Mələk adlı uşağın yetkinlik yaşma çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-357/2023 saylı icra sənədi əsasında icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildiriş borclu Şəxs göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Həmin maddənin qeyd hissəsində göstərilmişdir, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Tərəflərin izahatları ilə müəyyən olunur ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-357/2023 saylı qətnamədən borclu Şəxs apellyasiya şikayəti vermişdir. Hazırda mülki iş Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. İcra sənədinin verilməsinə əsas olmuş məhkəmə qərarı qanuni qüvvəsini almamışdır. Beləliklə, işin qeyd olunan hallarını və tərəflərin izahatlarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-1086/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1086/2023
09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver