Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-109/2024 08.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X4 Mustafa oğlunun sədrliyi, Hüseynli Xəyal Azər oğlunun katibliyi, Şəmkir Regional Ədliyyə İdarəsinin baş məsləhətçisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1962–cı il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, Şəmkir rayon Qədimqala Bələdiyyəsinin sədri vəzifəsində işləyən, Şəmkir rayonu, Qədimqala kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəmkir Regional Ədliyyə İdarəsinin rəisi X2 tərəfindən Şəmkir rayon Qədimqala Bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə 22dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati protokol trtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati protokol tərtib edilməsinə əsas, Şəmkir rayonu Qədimqala bələdiyyəsinin sədri Şəxs xx.xx.2023-cü il tarixli, 08 saylı iclas protokolunu Şəmkir Regional Ədliyyə İdarəsinə vaxtında təqdim etməmişdir. xx.xx.2023-cü il tarixdə Şəxs törətdiyi inzibati xəta aşkar edilmiş və barəsində protokol tərtib edilmişdir. Bu hərəkətləri ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəmkir Regional Ədliyyə İdarəsinin baş məsləhətçisi X3 inzibati xəta haqqında protokolun məzmununa izahat verərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, bələdiyyələr 5 iş günü müddətində qəbul etdiyi qərarları poçt vasitəsilə Regional Ədliyyə İdarəsinə göndərməklə elektron portala yerləşdirməlidirlər. Lakin Qədimqala bələdiyyəsi qərarı qəbul etsədə onu vaxtında göndərməmişdir. Bu səbəbdən barəsində protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, səhhəti ilə bağlı problemləri olmuşdur, inzibati iş üzrə heç bir narazılığı yoxdur. Ona aşağı həddə cərimə təyin edilməsini xahiş etdi. İşdə olan Şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, Şəmkir rayonu, Qədimqala bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 08 nömrəli iclas protokolu qanunvericiliyin tələblərinə zidd olaraq vaxtında Şəmkir Regional Ədliyyə idarəsinə təqdim olunmamışdır. İclas protokolunun gecikməsinin səbəbi səhhətində yaranan problemlərlə bağlı olmuşdur. Bununla bağlı bildirir ki, gələcəkdə bu kimi hallara bir daha yol verilməyəcək. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, digər əhəmiyyətli halları nəzərə alaraq hesab edir ki, Şəxs barəsində İXM-nin 549.2-ci maddəsində göstərilmiş cərimə növündə inzibati tətbiq edilməsi daha məqsədə müvafiq olmaqla, onun əməlinə adekvat sayıla bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-109/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-109/2024
08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver