Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1092/2023 12.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, BDYPİ-nin Yol-Patrul Xidməti Alayınının İX Tağım YPX inspektoru, polis baş serjantı X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Gədəbəy rayonu, Slavyanka kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında BDYPİ-nin Yol-Patrul Xidməti Alayınının 9-cu X16 xidməti inspektoru polis baş serjantı X14 tərəfindən tərtib edilmiş protokol inzibati xəta haqqında işlə birlikdə aidiyyəti üzrə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. İX Tağım YPX inspektoru, polis baş serjantı X11 tərəfindən protokol tərtib olunmuş ona görə ki, xx.xx.2023-cü ildə təxminən saat 11:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir şəhəri ərazisindən keçən 400-cü km-də sürücü, 1985-ci ildə Gədəbəy rayonu Slavyanka kəndində anadan olmuş, həmin kənd sakini Şəxs idarə etdiyi BMW-528 İ markalı 10-LR- 034 dövlət qeydiyyat nişanlı avtomobilini Bakı istiqamətində hərəkət etdirərkən qarşıda sola dönmək məqsədi ilə dayanmış sürücü, 1997-ci il təvəllüdlü,Şəmkir rayonu Təzəkənd kəndində yaşayan Zərərçəkmiş şəxs1 idarə etdiyi Shevrolet Gruise markalı **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşanda Shevrolet Gruise markalı avtomobil zərbənin təsirindən fırlanaraq əks istiqamətdən gələn sürücü, 1969-cu il təvəllüdlü,Şəmkir rayonu Keçili kəndində yaşayan Zərərçəkmiş şəxs3 idarə etdiyi Mercedes-Benz markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış,nəticədə sonuncu avtomobilin sürücü Zərərçəkmiş şəxs3 və həmin avtomobildə X7 və X8,həmçinin Shevrolet Gruise markalı **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşanda Shevrolet Gruise markalı avtomobil sürücüsü X5 xəsarəti almışdır. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələbini pozmaqla İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli olaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il təxminən saat 11:30 radələrində 50-60 km/saat sürətlə idarə etdiyi BMW İ 528 markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı- Qazax yolu ilə Bakı istiqamətində hərəkət etdirərkən həmin yolun Şəmkir şəhəri ərazisindən keçəndə qarşısı ilə eyni istiqamətdə hərəkətdə olan Chevrolet Cruze markalı **-AT-*** dövlət qeydiyyat nişnlı avtomobil sola dönmə məqsədi ilə qəflətən qarşısında dayananda o, toqquşmadan yayınmaq üçün tormozu basıb sükanı sağa burmuş, lakin buna baxmayaraq avtomobilin ön sol hissəsi ilə Chevrolet Cruze markalı avtomobilin arxa hissəsindən vuranda həmin avtomobil zərbənin təsirindən qarşıya sıçrayaraq əks istiqamətdən öz yolu ilə gələn Mercedes-Benz markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. O hadisədən sonra Yeganəni sağlam görmüşdür. Hadisəni qəsdən törətməmişdir. İnzibati materialın prokurorluğa göndərilməsi ilə bağlı məsələni məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 11:30 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan etibarnamə əsasında idarə etdiyi "xxxx"MMC-yə məxsus Chevrolet Cruze markalı **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Qazax yolu ilə Bakı istiqamətində hərəkət etdirərkən həmin yolun Şəmkir şəhəri ərazisindən keçəndə yolun sol tərəfində yerləşən “İdeal Arena”adlanan stadiona dönmək üçün sola dönmə xarici işıq siqnalı yandırıb əks istiqamətdən gələn nəqliyyat vasitələrinə yol vermək məqsədi ilə avtomobili yolun orta hissəsində saxlayanda qəflətən arxadan gələn BMW İ 528 markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil ön hisəssi ilə idarə etdiyi avtomobilin arxa hissəsindən vuranda avtomobili zərbənin təsirindən qarşıya sıçrayıb əks istiqamətdən öz yolu ilə gələn Mercedes-Benz markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi ilə toqquşmuşdur. Hazırda ona vurulmuş maddi ziyan ödənilməmişdir. İnzibati materialın prokurorluğa göndərilməsi ilə bağlı məsələni məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə təminən saat 11:30 radələrində 50-55 km/saat sürətlə idarə etdiyi Mercedes-Benz C180 markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Qazax yolu ilə Qazax istiqamətində hərəkət etdirərkən həmin yolun Şəmkir şəhəri ərazisindən keçəndə qarşıda sola dönmək məqsədi ilə çəpinə dayanmış Chevrolet Cruze markalı **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Hərəkətdə olarkən həmin Chevrolet Cruze markalı avtomobilə yaxınlaşanda qəflətən əks istiqamətdən gələn qara rəngli BMW İ 528 markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil Chevrolet Cruze markalı avtomobilin arxa hissəsindən toqquşanda Chevrolet Cruze markalı avtomobil zərbənin təsirindən yerindən sıçrayaraq qarşıya atılanda ön hisəsi ilə idarə etdiyi avtomobilin ön sol hissəsinə çırpılmış, hadisə zamanı özü və avtomobildə sərnişin olan həyat yoldaşı Zərərçəkmiş şəxs4 və bacısı X8 xəsarət almışlar. Bacısı həmin yol nəqliyyat hadisəsinədək heç bir xəstəliyi, o gümlədən şəkər xəstəliyi olmamış, hədisədən sonra özünü pis hiss etmiş və xəstəxana yollarında qalmış, 30 iyul 2023-cü il tarixdə isə ölmüşdür. X2 ölüm səbəbi olaraq hemoperikardit, tac arteriya, anevrizması ölüm çağızına qeyd edilmişdir. Azərbaycan Dəmir Yolları QSC-nin Həkim Sanitar Xidməti-X1 mərhum X2 barəsində olan xx.xx.2023cü il tarixli XT № 000220 nömrəli epikrizində Kliniki diaqnozlar- 1) əsas: E 11.7, şəkərli diabet tip 2, orta ağır forma.dekompensasiya fazası, ınsulin tələbatı. 2) Fəsadı-çoxsaylı fəsadlar: mikroangiodefaliya, kardiomiopatiya İİ FS, polıneyropatiya - qarışıq forma, nefropatiya, OU angiopatiya, hepotoseatoz. 3) Yanaşı diaqnozlar- keçirilmiş avtoqəzanın qalıq əlamətləri. Şikayətləri: kəskin susuzluq, ağızda quruluq, tez-tez sidik ifrazı, təngənəfəslik, boğulma, qanda şəkəri 600 mq %-ə yüksəlməsi, Anamnez: şəkərli diabetlə 12 ildir ki, xəstədir. Müalicəsi- insulin laktoz M 100, aktropid HM100 alması göstərilmişdir. Həmçinin bacısının meyitinin müayinəsi zamanı da sağ baldırın orta 1/3-nin ön səthində köhnə əzilmiş səthi dəri yarası aşkar edildiyi, qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlməsi, yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilməsi göstərilmişdir. O hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inibati məsuliyyətə cəlb edilməsi qanunsuz və əsassızdır. Şəxs əməlinə cinayət işi olaraq araşdırılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmədən inzibati işə xitam verilməsini, materialı prokurorluğu göndərilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə müayinə olunmaq üçün həkimə getmiş və həmin vaxt baldızı X8 da özünü həkim müaliyəsindən keçirmişdir. Həmin vaxt Yeganə Rüstəmovada heç bir xəstəlik aşkarlanmamış, ümumiyyətlə onda şəkər xəstəli və başqa xəstəlik olmamış, ayağında şişkinlik olmamışdır. xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsində X8 xəsarət almış, həmin yol nəqliyyat hadisəsinədək heç bir xəstəliyi, o gümlədən şəkər xəstəliyi olmamış, hədisədən sonra özünü pis hiss etmiş və xəstəxana yollarında qalmış, 30 iyul 2023-cü il tarixdə isə ölmüşdür. O hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inibati məsuliyyətə cəlb edilməsi qanunsuz və əsassızdır. Şəxs əməlinə cinayət işi olaraq araşdırılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmədən inzibati işə xitam verilməsini, materialı prokurorluğu göndərilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, inzibati materialın prokurorluğa göndərilməsi ilə bağlı məsələni məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinin tərkibi olduğundan, onun barəsində qanuna müvafiq tədbir görülməsi, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan Məhkəmə-Tibbi Ekspertiza və X6 X18 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, 1971-ci il təvəllüdlü X2 meyiti Birliyin Mərkəzi ekspertizalar şöbəsinin meyitxanasında müayinədən keçirildi və meyit dəfn olunması üçün qohumlarına təhvil verildi. İşdə olan Azərbaycan Dəmir Yolları QSC-nin Həkim Sanitar Xidməti-X1 mərhum X2 barəsində olan xx.xx.2023-cü il tarixli XT № 000220 nömrəli epikrizindən görünür ki, o xəstəxanaya daxil olub - xx.xx.2023-cü il tarixdə, evə yazılıb: xx.xx.2023-cü il tarixdə. Kliniki diaqnozlar- 1) əsas: E 11.7, şəkərli diabet tip 2, orta ağır forma, dekompensasiya fazası, insulin tələbatı. 2) Fəsadı - çoxsaylı fəsadlar: mikroangiodefaliya, kardiomiopatiya İİ FS, polıneyropatiya - qarışıq forma, nefropatiya, OU angiopatiya, hepotoseatoz. 3) Yanaşı diaqnozlar- keçirilmiş avtoqezanın qalıq əlamətləri. Şikayətləri: kəskin susuzluq, ağızda quruluq, tez-tez sidik ifrazı, təngənəfesiik,boğulma, qanda şəkəri 600 mq %-ə yüksəlməsi. Anamnez: şəkərli diabetlə 12 ildir ki, xəstədir. Müalicəsi- insulin laktoz M 100, aktropid HM1Q0 alıb. Status prezents - Xəstə orta boylu, düzgün bədən quruluşlu, orta qidalanmaya malikdir.Dərisi və selikli qişalar solğundur. Periferik limfatik düyünlər böyüməyib. Aşağı ətraflarda, üzündə zəifləmiş tənəffüs qeyd edilir. Tənəffüsün sayı - 20/1 dəqiqədə, ürəyin tonları karlaşıb, nəbzi 98/1 dəqiqədə, arterial təzyiq 180/100 mm CS ilə. Dili qurudu, udma sərbəstdir, qaraciyər + 3 sm, dalaq normai. stui qəbzliyə meylli. Diuretik əlamətlər- qeyd etmir, pasternatski simptomu sağda müsbətdir. Laborator analizlər: qanın ümumi analizi - leykosit 6,32x109/1, HB 80 q/l, eritrosit 3,5x109/1, EÇR 15 mm/s. Sidiyin ümumi analizi: zülal 0.066 0/00, leykosit 7-8, ep 10-12. Qanda şəkər 600-500-390-290- 126-117 mq %, Sidikdə şəkər: 2%. Qanda bilurubin: 8,75, albumin 38,7, kreatınin 76,29, ALT 98,7, AST 81.6 Qanda hepatit BC.RW neqativ. Koaquloqramma: fibrinogen 312, APTT 32,5, trombin zamanı 19,4 İNR 1,22 protrombin indeks 81,8, EKQ miokardın dərin dəyişikləri: sol mədəcsyin hipertrofiyası, sol mədəciyın arxa divarının qidalanmasının azalması. Ağciyərin rentgenoskopiyass: ağciyərin rentgen şəkii köklər əhatəsində güclənib, sağ tərəfli hidrotoraks qeyd edilir. Ultrosəs müayinə: hepotomeqaliya, xroniki piolonefrit, Müalicə: pəhriz № 9, insulin aktropid HM100. lampus, HM 100, diapzid +, korqlukon, essensiale, riboksin. geptral. blutaks, kleksan, VİT+B.C. Tuziton, furasilin. İşdə olan Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X19 31 iyul 2023-cü il tarixli 79/MEŞ nömrəli xx.xx.2023-cü il tarixli meyitin müayinəsinə dair ekspert rəyindən görünür ki, 1971-ci il təvəllüdlü X2 meyitin məhkəmə-tibbi müayinəsinə, tibbi sənəddə yazılanlara və laborator tədqiqatların cavablarına əsaslanaraq, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: X2 ölümünün bilavasitə səbəbi kəskin ağciyər-ürək çatışmazlığı fonunda tac arteriyanın cırılması və ürəyin tamponadası olmuşdur. Ölüm xx.xx.2023-cü il tarixdə, saat 12:15-də meyitin meyitxanada məhkəmə-tibbi müayinəsindən təxminən 18-24 saat əvvəl baş vermişdir. X2 meyitində sağ baldırın orta 1/3-nin ön səthində köhnə əzilmiş səthi dəri yarası aşkar edildi. Qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 26 iyun 2023-cü il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdi, sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik olduğundan dərəcəsi təyin edilmir və mərhumun ölümü ilə səbəbli əlaqə yoxdur. X2 meyitində virus mənşəli morfoloji dəyişikliklər aşkar edilmədi. İşdə olan ölum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə ölmüş, ölüm səbəbi olaraq hemoperikardit, tac arteriya, anevrizması ölüm çağızına qeyd edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, BMW markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Chevrolet Cruze markalı **- AT-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun Bakı istiqamətindəki hərəkət zolağının üzərində sağdan sola doğru 3 metr, həmin Chevrolet Cruze markalı avtomobil ilə Mercedes-Benz C 180 markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Qazax istiqamətində hərəkət zolağının üzərində sağdan sola doğru 1 metr məsafədə toqquşmuşdur. BMW markalı 10- LR-034 dövlət qeydiyy at nişanlı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən qarşısı ilə eyni istiqamətdə hərəkətdə olaraq sola dönməkdə olan Chevrolet Cruze markalı **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hhissəsi ilə toqquşmuş, bundan sonra həmin Chevrolet Cruze markalı avtomobil zərbənin təsirindən irəliyə doğru sıçrayıb əks istiqamətdən öz yolu ilə gələn Mercedes- Benz C 180 markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Toqquşmadan sonra BMW markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun Bakı istiqamətindəki hərəkət zolağının kənarında, Chevrolet Cruze markalı avtomobil və Mercedes-Benz C İSO markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Qazax istiqamətində hərəkət zolağının kənarında dayanmışdır. Baxış zamanı müəyyən edildi ki, BMW markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən Chevrolet Crııze markalı avtomobil zərbənin təsirindən irəliyə doğru sıçrayıb əks istiqamətdən öz yolu ilə gələn Mercedes-Benz C 180 markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Toqquşma nəticəsində BMW markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön, Chevrolet Cruze markalı **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ və ön sol, Mercedes-Benz C 180 markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi əzilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsindən görünür ki, Şəxs ayıq olmuş və 0.00 promil, Zərərçəkmiş şəxs1 ayıq olmuş və 0.00 promil, Zərərçəkmiş şəxs3 ayıq olmuş və 0.00 promil müəyyən edilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 738 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində müəyyən edilmiş xəsarət- burun nahiyəsinin və sol budun yuxarı üçdə birinin arxa-bayır səthinin sıyırıqları,döş qəfəsinin sol yarısının və sol bud-çanaq oynağı nahiyəsinin yumşaq toxumalarını əzniyi küt əşyanın təsirindən törənmişdir, xx.xx.2023-cü il tarixdə yol- nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 739 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarət- alın nahiyəsinin sol yarısının və sol gözətrafı yumaq Oxumalarının hematoması, sol dirsək oynağının arxa səthinin, sağ baldırın orta üçdə birinin iç səthinin sıyırıqları, sol budun aşağı üçdə birinin bayır səthinin qançırı və sağ əlin 1-ci barmağının şişkinlik, qançır və ağrı halında əzniyi küt əşyanın təsirindən törənmişdir, xx.xx.2023-cü il tarixdə yol-roqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 740 nömrəli rəyindən görünür ki, X4 bədəni üzərində müəyyən edilmiş xəsarət- alın nahiyəsinin sağ yarısının sıyırığı, sol çənəaltı nahiyəənin,sol baldırın yuxarı üçdə birinin ön səthinin qançırları,sol əlin arxa səthinin şişkinliyi və qançırı, sağ baldırın orta üçdə birinin ön səthinin dərialtı hematoması küt əşyanın təsirindən törənmişdir, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda, iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İş üzrə tərəflərin izahatları ilə müəyyən olunur ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinin tərkibi deyil, onun əməlində cinayət əməlinin tərkibinin olması ehtimal olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, qeyd edilən əməldə cinayət əlamətləri olduğundan, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, müvafiq materiallar baxılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğu Daxili işlər orqanlarınınn istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İş üzrə toplanmış materiallar araşdırma aparılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğu Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-1092/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1092/2023
12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver