Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1094/2023 29.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, X11 qızının katibliyi, Şikayət vermiş şəxs X1, Barəsində şikayət olunan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X6 xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X10 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X10 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarın ləğv edilməsi, həmin inzibati işin icraatına xitam verilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı X4 şikayətin dəlillərini müdafiə edərək göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cũ il tarixli, MN № ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən barəsində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmișdir. Qərar xx.xx.2023-cü il tarixli, Ç-BM/4/23-250 nömrəli məktubla müqavilə əsasında "xxxx" kimi işlədiyi Şəmkir Kommunal Müəssisələri kombinatına göndərilmişdir. Qeyd olunan inzibati xətanın törədilməsi ilə bağlı qəbul edilmiş qərarla razı olmadığını bildirir və inzibati xətanın törədilməsinə dair qərarı tamamilə əsassız hesab edir. Bildirir ki, o, Şəmkir Kommunal Müəssisələri Kombinatında əmək müqaviləsi əsasında məșğulluq təsnifatı üzrə Yaşıllıq fəhləsidir. Şəmkir şəhəri ərazisində tullantılarının yığılmasında fəhlə kimi çalışır. Təxminən 2023-cü ilin iyul ayının əvvəllərində Şəmkir Rayonu Polis Şöbəsinin əməkdaşları Şəmkir şəhər ərazisindəki bazarın yaxınlığında yerləşən məişət tullantıları üçün nəzərdə tutulmuş zibil qutularının içinə deyil, yaxınlığına tökülmüş tikinti materialları tullantılarına görə ona protokol tərtib etmişlər. O, polis əməkdaşlarına bildirmişdir ki, həmin tullantıları bura atmaq olmaz, onun üçün xüsusi ayrılmış yerlər mövcuddur. Vətəndaşlar məişət tullantılarına aid olmayan tullantıları həmin xüsusi yerlərə atmalıdırlar. Bunun üçün hər gün müəyyən edilmiş vaxtda tullantıları yığmaqla məşğul olan şəxs barəsində deyil, məișət tullantıları üçün nəzərdə tutulmuş əraziyə tikinti materiallarının tullantılarını (torpaq, daş və beton qırıqları) atan şəxs barəsində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməlidir. Qeyd etdiyi kimi o, şəhər ərazisində hər gün müəyyən edilmiş qrafik əsasında tullantıların yığılmasında fəhlə kimi çalışır. Vəzifəli şəxs deyildir. Buna baxmayaraq o, vəzifəli şəxs kimi cərimə edilmişdir. Qeyd edir ki, həmin əraziyə sənaye və məișət tullantısı atan Şəmkir Kommunal Müəssisələri Kombinatının zibil yığan fəhləsi deyil, başqa şəxslərdir və həmin ərazidən tullantılar hər gün müəyyən edilmiş qrafik əsasında yığılır. Gün ərzində tullantıların yığılması üçün müəyyən edilmiş vaxta qədər həmin əraziyə kimlərinsə tikinti materiallarının tullantılarını normadan artıq șəkilində atmasının onun günahı olmadığını bildirmişdir. Həmçinin həmin ərazidə tullantıların yandırılması prosesi heç vaxt baş verməmişdir. Lakin qeyd edilənlərə baxmayaraq AR iXM-in 271-ci maddəsinə əsasən ona cərimə tətbiq edilib. Halbuki bu qeyri-mümkündür. Birincisi o, vəzifəli şəxs deyildir. İkincisi isə əraziyə tullantını atan șəxs deyil, yığan şəxsdir. Qeyd edir ki, həmin ərazidə tullantıların yığılması hər gün müəyyən edilmiş qrafik əsasında həyata keçirilir. Həmin müddət ərzində normadan artıq atılmış tullantılar qalaqlanma hesab edilməməlidir. Tərəflərindən ərazidə tullantıların yandırılması prosesi heç vaxt həyata keçirilməmişdir. Odur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X6 xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 iddianı qəbul etməyərək şikayətin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi X9 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokola əsasən X4 Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X10 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, həmin qərarla X4 Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2000 (iki min) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının rəisi tərəfindən verilmiş 192 saylı, xx.xx.2023-cü il tarixli arayışdan müəyyən edilir ki, X4 həqiqətən də xx.xx.2022-ci il tarixdən Şəmkir rayon Kommunal Müəsissələri Kombinatında yaşıllıq fəhləsi vəzifəsində işləyir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi Yaşar Mustafayev tərəfindən X3 ünvanlanmış xx.xx.2023-cü il tarixli Ç-BM/4/23-250 saylı məktubdan görünür ki, X3 barəsində xx.xx.2023-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib edildiyi, 28 iyul 2023-cü il tarixdə idarənin inzibati binasında barəsində vəzifəli şəxs qismində qərar çıxarılacağı ilə bağlı xəbərdarlıq məktubu ünvanlanmasına baxmayaraq idarəyə gəlmədiyi, odur ki, iştirakı olmadan barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarıldığı, vəzifəli şəxs qismində 2000 (iki min) manat məbləğində cərimə tətbiq olunduğu barədə məktub ünvanlanmışdır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, X1 barəsində xx.xx.2023-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı Azərbaycan Respublikası İXM-nin tələblərinin əhəmiyyətli dərəcədə pozulması ilə qanunsuz olaraq qəbul edilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin tullantıların yığılması və ya qalaqlanması onun vəzifəsinin olub olmaması halı aydınlaşdırılmamışdır. Bundan başqa tullantıların qalaqlanmasının pozuntusunun nədən ibarət olması göstərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 115.1.4-cü maddəsinin tələbinə görə isə işə baxılarkən müəyyən edilmiş hallar inzibati xəta haqqında iş üzrə qərarın məzmununda dəqiq göstərilməlidir. Məhkəmə müəyyən etdi ki, X4 tərəfindən inzibati xəta hadisəsi törədilməmiş, onun əməlində inzibati xəta tərkibi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalat Məcəlləsinin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Tullantılar haqqında Qanununun 1-ci maddəsinə əsasən məişət tullantıları (bərk məişət tullantıları) — əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallardır. Belə olan halda, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X1 barəsində olan xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin təqsirli olunması sübut olunmamışdır. Ona görə də, onun əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə hesab edir ki, X1 inzibati xətanı törətməsinə dair mötəbər sübut təqdim edilmədiyindən, həmin xətanın törədilməsində onun təqsirli olmasına dair əsaslı şübhələr mövcuddur. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Ona görə də, məhkəmə belə nəticəyə gəlir ki, X1 əməlində inzibati xətanın tərkibi olmadığından, onun barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-135-ci maddələrini rəhbər tutaraq, qərara aldı : Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X6 xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin inzibati işin icraatına xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şəmkir rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №3(076)-1094/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1094/2023
29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver