Məhkəmə qərarları › İş №3(076)-1097/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1097/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1097/2024 17.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Qanuni nümayəndə: X2 Mütəxəssis: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1977-ci ildə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, оrtа təhsilli, evli, işsiz, Şəmkir rayonu, Seyfəli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 17 avqust 2024-cü il tarixdə saat 17 radələrində idarə etdiyi “VAZ 2106” markalı ** GA *** d.q.n avtomaşınla Şəmkir rayonu, Seyfəli kəndində geriyə hərəkətdə olarkən manevr etmə qaydalarını pozmuş, nəticədə Zərərçəkmiş şəxs vurmuş və sonuncu yüngül xəsarət almışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibai xətanı törətmişdir. Şəxs оьлу əməlini etiraf etməsədə, onun əməli zərərçəkmiş şəxsin, şahidin izahatı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilməyərək məhkəmə iclası zamanı izahatında göstərdi ki, Şəmkir rayonu, Seyfəli kəndində yaşayır, onun X5 adlı qonşusu var. Qonşusu ilə normal münasibəti yoxdur, qonşusu sonuncu dəfə arvadı Günaydan şikayət etmiş və Şəmkir RPŞ-də bununla bağlı yoxlama aparılmışdır. Təxminən 10 günə yaxındır ki, evinin qarşısına qum tökdürmüşdür, buna görə qonşusu Təranə Lətifova onu yaşadığı evdə olan zaman gəlib təhqir etmişdir, bu zaman o, avtomobilini yaşadığı evdən geriyə hərkət edərək çıxaran zaman Təranə Lətifova azyaşlı qızı Mələyi onun avtomobilinə tərəf itələməşidir, o isə avtomobili saxlamışdır. O, azyaşlı uşağı həkimə aparmaq istəsə də, Təranə Lətifova yenə də onu təhqir etməyə başlamış, daha sonra X8 adlı və digər qohumları onun üstünə gəlmişlər o isə mübahisə olmaması üçün polisə zəng edərək məlumat vermişdir. Hazırda baş vermiş hadisəyə görə peşmandır. Odur ki məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, qanuni nümayəndəsi X2 və mütəxəssis (müəllim) X1 iştirakı ilə dindirilərkən məhkəmə iclası zamanı göstərdi ki, 17 avqust 2024-cü il tarixdə saat 17 radələrində anası Təranə ilə birlikdə qohumu Yaməni yola salan zaman Qafqazın evindən avtomobili geri hərəkət etdirməsini görmüşdür. O, küçədə olan zaman avtomobil onun üzərinə gəlib sol ayağına dəymiş və o, yerə yıxılmışdır. Bundan sonra ayağında şişkinlik yaranmış və həkimə getmişlər. Həkim müayinəsindən keçərkən sol ayağında xəsarət olmuşdur. Həmin vaxt anası Təranə səs-küy salıb avtomobili saxlatmışdır. Qafqaz avtomobildən düşüb onlara təhqiredici sözlər işlədib getmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X6 məhkəmə iclası zamanı göstərdi ki, Şəxs qonşusudur. Onunla normal münasibəti yoxdur. Təxminən 4 il əvvəl aralarında dava olmuşdur. Bu barədə polisdə yoxlama aparılmışdır. Həmin vaxtdan bəri aralarında narazılıq var. Qafqaz yaşadığı evə gələn yola qum töküb. O, daima onun evinin qarşısı ilə hərəkət edir. 17 avqust 2024-cü il tarixdə saat 17 radələrində Qafqazın evinin qarşısı ilə azyaşlı uşaqları ilə gedən zaman Qafqaz idarə etdiyi VAZ 2106 markalı avtomobili geriyə idarə edən zaman avtomobil azyaşlı qızı Zərərçəkmiş şəxs sol ayağına dəymişdir. O, əli ilə onun avtomobilinə yumruq vurub nə səbəbə belə etməsini soruşduqda Qafqaz onlara qarşı təhqiredici sözlər işlətmişdir. Bu barədə DİN-in 102 xidməti zəng mərkəzi sisteminə zəng edib məlumat vermişdir. Sonra bu barədə polisə ərizə ilə müraciət etmişdir. Odur ki məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını və Şəxs barəsində ağır inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid X3 göstərdi ki, X7 əmisi qızı, Nəcəfov X4 qonşusudur. 17 avqust 2024-cü il tarixdə o, əmisi qızı Təranənin evinə qonaq getmiş, saat 17 radələrində Təranə onu yaşadığı evə yola salmışdır. Qafqazın evinin qarşısı ilə gedən zaman Qafqaz idarə etdiyi VAZ 2106 markalı avtomobili yaşadığı evdən geriyə hərəkət etməsini görmüşdür. Həmin vaxt Təranə əli ilə avtomobilə vurub Qafqaza “Uşağı vurdun” deyib avtomobili saxlatmışdır. Həmin vaxt avtomobil Mələyin aol ayağına dəymiş və o, xəsarət almışdır. Təranədə bu barədə DİN-in 102 xidməti zəng mərkəzi sisteminə zəng edib məlumat vermişdir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs və zərər çəkmiş şəxsin, şahidin məhkəmə iclasında verdiyi izahatlrını, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli 786 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində törənmə müddətləri 17 avqust 2024-cü il tarixə uyğun gələn, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan xəsrətlər aşkar edilmişdir. İşdə olan 27 avqust 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin olmaması və onun 17 avqust 2024-cü il tarixdə saat 17 radələrində idarə etdiyi “VAZ 2106” markalı ** GA *** d.q.n avtomaşınla Şəmkir rayonu, Seyfəli kəndində geriyə hərəkətdə olarkən manevr etmə qaydalarını pozaraq nəticədə Zərərçəkmiş şəxsın sağlamlığına yüngül xəsarət vurub inzibati xəta hadisəsi törətməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.4-cü maddəsinə əsasən Şəxs inzibati xətanı yetkinlik yaşına çatmayan şəxsə qarşı törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitəsini idarəetmə hüququ 09 (doqquz) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar