Məhkəmə qərarları › İş №3(076)-1108/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1108/2023

30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1108/2023 30.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, X4 qızının katibliyi, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məmmədov Dəyanət Oruc oğlunun, Zərərçəkmiş şəxs ( tələbkar) "xxxx" MMC-nin nümayəndəsi Abbasov Babək Nazim oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Akif oğlunun iştirakları ilə, xx.xx.1997-ci ildə Şəmkir rayonu Düyərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şəmkir rayonu Düyərli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutuluş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Şəmkir rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Dəyanət Məmmədov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 15 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola görə, Şəxs Şəmkir rayon 1 saylı notariat ofisinin 8İ- 6267 saylı, xx.xx.2023-cü il tarixli və Şəmkir Rayon Мəhkəməsinin 2(076)-1375/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbi yerinə yetiməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəmkir rayon 1 saylı notariat ofisinin 8İ-6267 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 2070.10 (iki min yetmiş manat on qəpik) manat məbləğində pul alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməsi göstərilmişdir. Həmçinin, Şəmkir rayon Мəhkəməsinin 2(076)-1375/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində cavabdeh Şəxs xx.xx.2021-ci il tarixli 22189777 nömrəli müqavilə üzrə 478.8 manat əsas borc, 47.2 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli 22206969 nömrəli müqavilə üzrə 873 manat əsas borc, 87 manat cərimə borcu olmaqla, cəmi 1486 (bir min dörd yüz səksən altı) manat məbləğində pul alınıb "xxxx" MMC-yə ödənilməsi göstərilmişdir. Borclu Şəxs dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq sonuncu Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini icra etməkdən imtina edərək, 2070.10 manat borcunu tələbkar "xxxx" MMC-yə və 1486 manat borc və 34,86 manat ödənilmiş dövlət rüsumu alınıb "xxxx" MMC-yə ödəməmişdir. Оna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, məhkəməyə təqdimat vermişdir. Şəxs əvvəlki məhkəmə prosesində ödəniş edəcəyini qeyd etsə də, yayınaraq heç bir ödəniş etməmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, borcunun olduğundan məlumatlıdır. Qeyd edir ki, müqavilədə qeyd edilən paltaryuyan maşından xəbəri yoxdur və ona gəlib çatmamışdır. Ona görə də paltaryuyan maşına görə olan borcunu bilərəkdən ödəməyəcəkdir. Günü 10 manata fəhlə işləyir və qalan borcunu indi tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Yalnız hissə-hissə ödəyə bilər. Odur ki, məhkəmədən göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs (tələbkar) "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs borcunu ödəməkdən qərəzli olaraq boyun qaçırır. Müqavilədə qeyd olunan məhsullar borcluya təqdim edilmişdir, lakin borclu ödənişdən yayınmaq üçün məhsulların bir qisminin ona göndərilmədiyini bildirir. Hazırda borclu Şəxs 1486 manat borcunu tam şəkildə tələb edir. Hissəvi ödənişə razı deyil. Odur ki, Şəxs şikayətçidir və ona cəza verilməsini məhkəmədən xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, onun özünün, zərərçəkmiş şəxsin (tələbkarın) nümayəndəsinin və icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəmkir rayon 1 saylı notariat ofisinin 8İ-6267 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində borclu Şəxs 2070.10 (iki min yetmiş manat on qəpik) manat məbləğində pul alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir rayon Мəhkəməsinin 2(076)-1375/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində cavabdeh Şəxs xx.xx.2021-ci il tarixli 22189777 nömrəli müqavilə üzrə 478.8 manat əsas borc, 47.2 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli 22206969 nömrəli müqavilə üzrə 873 manat əsas borc, 87 manat cərimə borcu olmaqla, cəmi 1486 (bir min dörd yüz səksən altı) manat məbləğində pul və ödənilmiş 34.86 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəmkir rayon 1 saylı notariat ofisinin 8İ-6267 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1375/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin (tələbkarın) izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş, icra sənədinin icrasına səhlənkar yanaşılmış və icra sənədi üzrə borc ödənilməmişdir. Məhkəmə Şəxs ABC Telekom tərəfindən məhsulun bir qisminin ona təhvil verilməməsi və borcunu maddi imkanı olmadığı üçün ödəməməsi kimi ifadələrini borcu ödəməkdən qəsdən yayınmaqla icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kimi qiymətləndirir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eyni zamanda qanuni qüvvəsini almış məhkəmə qətnaməsini qəsdən icra etməkdən boyun qaçırmasını nəzərə alır və onun barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara alır: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs həbsə alınmasının əvvəli 30 avqust 2023-cü il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar