Məhkəmə qərarları › İş №3(076)-111/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-111/2025

11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-111/2025 11.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Şəmkir rayonu, Mahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəmkir rayonu, Mahmudlu kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəmkir İcra və Probasiya şöbəsi tərəfindən verilmiş protokoldan görünür ki, Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-51/2024 saylı icra sənədi üzrə yaranmış cəmi 7696 manat borcunu üzrsüz səbəbdən ödəməyərək, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-51/2024 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs 4200 (dörd min iki yüz) manat əldən çıxmış fayda və 3400 (üç min dörd yüz) manat əmlakın itirilmiş dəyəri olmaqla cəmi 7600 (yeddi min altı yüz) manat zərər məbləği, 200 (iki yüz) manat vəkilə ödənilmiş məbləğ, 96 (doxsan altı) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi, "xxxx" MMC-dən və Şəxs müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülməsi qət edilmişdir. İcra sənədi Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icraatında olmuşdur. İcra işinə baxış keçirilərkən Şəxs tələbkara 7696 manat borcunun olması müəyyən edilmiş, bundan sonra borclu icra şöbəsinə dəvət olunaraq tələbkara olan borcunu ödəməsi təklif olunmuş, lakin Şəxs maddi imkanı olmadığına görə borcunu tam ödəyə bilmədiyini bildirmişdir. Hazırda Şəxs cəmi 7696 manat borcu vardır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İcra məmuru məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-51/2024 saylı icra sənədinə əsasən, ondan 4200 (dörd min iki yüz) manat əldən çıxmış fayda və 3400 (üç min dörd yüz) manat əmlakın itirilmiş dəyəri olmaqla cəmi 7600 (yeddi min altı yüz) manat zərər məbləği, 200 (iki yüz) manat vəkilə ödənilmiş məbləğ, 96 (doxsan altı) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi, "xxxx" MMC-dən və ondan müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülməsi qət edilmişdir. Barəsində çıxarılmış qətnamə barədə məlumatı olsada, icra sənədinin icraya yönəldilməsi barədə məlumatı olmamışdır. Yalnız bugün, yəni xx.xx.2025-cü il tarixdə icra məmuru onu şöbəyə dəvət etmiş, o da icra məmurunun çağırışı əsasında dərhal Şəmkir rayon İcra və Probasiya Şöbəsinə gəlmiş və orada bildirişə imza etmişdir. Bundan başqa icra məmuru ona xəbərdarlıq etməmişdir. Hazırda barəsində tərtib edilmiş protokolu qəbul etmir. Hazırda tələbkara olan borcunu ödəməkdən yayınmır və borcu ödəməli olmasını bilir. Bu səbəbdən ən qısa zamanda borcunu ödəməyi öhdəsinə götürür. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-51/2024 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs 4200 (dörd min iki yüz) manat əldən çıxmış fayda və 3400 (üç min dörd yüz) manat əmlakın itirilmiş dəyəri olmaqla cəmi 7600 (yeddi min altı yüz) manat zərər məbləği, 200 (iki yüz) manat vəkilə ödənilmiş məbləğ, 96 (doxsan altı) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi, "xxxx" MMC-dən və Şəxs müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-51/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, məhkəmə qeyd edir ki, iş materiallarında icra məmuru tərəfindən borcluya ünvanlanmış xəbərdarlıq məktubu aşkar edilməmiş, o cümlədən, xəbərdarlığın borclu tərəfindən alınması öz təsdiqini tapmamışdır. Bundan başqa icra məmuru borclunun tələbin yönəldilə biləcəyi digər əmlaklarının olubolmaması və tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi istiqamətində hər hansı hərəkətlər etməmiş, yəni icra məmuru icra sənədinin icrası ilə bağlı heç bir məcburi icra tədbiri təyin etməmiş və birbaşa borclunun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsində məcburi icra tədbirlərinin ardıcıllıqla siyahısı verilmiş, həmin maddədə məcburi icra tədbirlərinin, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlərdən ibarət olması təsbit edilmişdir. Göründüyü kimi icra məmuru yuxarıda qeyd olunan normanın tələblərini pozaraq heç bir əsas yaranmadan borclu Şəxs barəsində birbaşa son icra tədbiri olan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclası zamanı isə müəyyən edildi ki, borclu Şəxs borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə icra məmuru tərəfindən ünvanına hər hansı xəbərdarlıq məktubu gəlmədiyini bildirmişdir. İcra məmuru xx.xx.2024-cü il tarixli “Tələbin könüllü icrası haqqında bildiriş”i də xx.xx.2025-cü il tarixdə borcluya təqdim etmişdir. Belə olan halda borclunun icra sənədində göstərilən tələbləri qəsdən yerinə yetirməməsi halı müəyyən edilmir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar