Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1110/2025 15.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Yusifli Seymur Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Məmmədova Alsu Dəyanət qızının katibliyi Şikayətçi: X1 iştirakı ilə Azərbaycan Respublikası BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29933088 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ 30260950 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1800 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X3 Azərbaycan Respublikası BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29933088 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ 30260950 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X2 şikayətini onunla əsaslandırmışdır ki, Şəmkir rayonu Dəllər Cəyir kəndində qeydiyyatda olmaqla yaşayır. Volvo FH 460 yük markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ona sürücülük hüququ əsasında istifadəsindədir. 19 aprel 2023-cü il tarixdə onun istifadəsində olan mobil nömrəyə Mercedes Benz 320 Minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2025-ci il tarixli, EQ 29933088 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 353.2-ci maddəsi ilə iri qabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi görə 600 manat məbləğində cərimə edilmişdir. Lakin, avtomobilin tara çəkisi 14200 kq, brutto çəkisi 39680 və netto çəkisi 25480 kq olmuşdur. Göründüyü kimi qanunla müəyyən olunmuş çəkini kq olaraq artıq yükləməmişdir və bu haqqda ərizəsinə qanuna müvafiq tara sənədlərini əlavə etmişdir. Bundan başqa xx.xx.2025-ci il tarixli EQ 30260950 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanı il ərzində təkrar törədilməsinə görə 1200 manat məbləğində cərimə edilmişdir. Lakin, avtomobilin tara çəkisi 14180 kq, brutto çəkisi 39440 və netto çəkisi 25260 kq olmuşdur. Göründüyü kimi qanunla müəyyən olunmuş çəkini kq olaraq artıq yükləməmişdir və bu haqqda ərizəsinə qanuna müvafiq tara sənədlərini əlavə etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış fiziki şəxs X2 izahatında şikayət ərizəsinin dəlillərini müdafiə edib qeyd etdiklərinə əsasən barəsində tərtib edilmiş qərarın qanunsuz olduğuna görə ləğv edilməsini xahiş edir. Qərarı barəsində şikayət edilən orqana iclasın vaxtı və yeri barədə rəsmi məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə bu halda işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli xüsusi texniki vasitə ilə çəkilmiş fotodan görünür ki, həmin tarixdə icazə verilən çəki 40000 kq olmasına baxmayaraq **- HX-*** dövlət qeydiyyat nişanlı avtomobildə çəki 42530 kq göstərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xüsusi texniki vasitə ilə çəkilmiş fotodan görünür ki, həmin tarixdə icazə verilən çəki 40000 kq olmasına baxmayaraq **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobildə çəki 42800 kq göstərilmişdir. İş materiallarında olan meyvəli tərəzi-1 tərəfindən verilmiş çəkiyə dair sənəddən görünür ki, avtomobilin tara çəkisi 14200 kq, brutto çəkisi 39680 və netto çəkisi 25480 kq olmuşdur. İş materiallarında olan meyvəli tərəzi-1 tərəfindən verilmiş çəkiyə dair sənəddən görünür ki, avtomobilin tara çəkisi 14180 kq, brutto çəkisi 39440 və netto çəkisi 25260 kq olmuşdur. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını və təqdim olunmuş videogörüntünü nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması iş materiallarında olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X1 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Azərbaycan Respublikası DİN–in BDYPİ-nin inzibati xəta haqqında işə baxarkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə, şikayətin dəlillərini araşdırarkən, həmçinin müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN–in BDYP-nin vəzifəli şəxsinin X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Şikayətçinin öz təqsirsizliyi ilə bağlı gətirdiyi dəlil isə əsaslı və qanuni deyil. Odur ki, X1 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126, 128 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası DİN–in BDYP-nin inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN–in BDYP-nin, fiziki şəxs X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddələrinə əsasən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Seymur Yusifli
Məhkəmə qərarları › İş №3(076)-1110/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1110/2025
15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver