Məhkəmə qərarları › İş №3(076)-1113/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1113/2024

27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1113/2024 27.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kamaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Şəmkir rayon Baş Polis İdarəsinin X4 Şöbəsinin YPX-nin baş inspektoru polis mayoru, X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir şəhər Baş Polis İdarəsinin X4 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir rayon X4 Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Şəmkir rayon DYPŞ-in əməkdaşı T.Gözəlov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli protokoldan və iş materiallarında olan digər sənədlərdən görünür ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan Şəxs sərxoş vəziyyətdə xx.xx.2024-cü il tarixdə Şəmkir rayon Vidadi küçəsində avtomaşını sərxoş vəziyyətdə idarə edərkən manevretmə qaydasını pozaraq, dayanmış vəziyyətdə olan Ford **-SN-*** nömrəli avtomaşınla toqquşub və abtomaşına maddi ziyan dəyib. Bununla o, Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Şəmkir rayon Baş Polis İdarəsinin X4 Şöbəsinin YPX-nin baş inspektoru polis mayoru, X2 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs törətdiyi inzibati xəta ilə bağlı bildirdi ki, etibarnamə ilə idarə etdiyi “VAZ 2107” minik markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində Şəmkir rayonu Ş.Qurbanov küçəsilə Şəmkir küçəsi istiqamətində hərəkətdə olarkən sola Vidadi küçəsinə dönəndə düzgün manevr etmədiyindən yol torpaq çınqıllı olduğuna görə avtomobilin sürüşüb Vidadi küçəsində çörək sexinin qarşısında dayanmış vəziyyətdə olan Ford Tranzit markalı **-SN-*** dqn-li avtomobilə dəymişdir və xəsarət alan olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində o idarə etdiyi ford tranzit markalı avtomobili Şəmkir şəhəri Vidadi küçəsində yerləşən çörək sexinin qarşısında saxlayıb çörək alarkan VAZ 2107 markalı **-VB-*** nömrəli avtomobil düzgün manevrə etməyərək qabaq tərəfi ilə onun avtomobilinin sağ yan tərəfindən vurmuşdur. Xəsarət alan olmamış, sadəcə avtomobilinə maddi ziyan dəmiş, həmin vaxt vuran şəxs sərxoş olduğu üçün qaçmaq istəyirdi lakin onu dayandırmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xüsusi texniki vasitənin xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, Şəxs sərxoşluq müayinəsindən keçmiş və qanda alkoqolun konsentrasiyasının 0,627 promilli olduğu müəyyən edilmişdir. İş materiallarında olan Şəmkir rayon Avtomotoservis və ticarət istehsalat birliyi müəssisəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, yol nəqliyyat hadisəsi zamanı **-SN-*** dövlət qeydiyyat nişanlı, FORD markalı avtomobilə 3555 manat məbləğində zərər dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin qeydinin 1-ci bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görənəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünü təqsirli bilməsi ilə yanaşı işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, DYPŞ-nin YPX-nin inspektoru T.Gözəlov tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azad etmək üçün əsaslar məhkəmə baxışında müəyyən edilməmişdir. Məhkəmə baxışında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş əlavə tənbeh olaraq nəqliyyat vasitələrini idarəetmə hüququnun məhdudlaşdırılması, əsas tənbeh kimi inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 15(on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar