Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1123/2023 23.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib etmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkarın nümayəndəsi X4 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Şəmkir rayonu, Dəllər-Cəyir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən borclu Şəxs qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 bildirdi ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 1424/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il tarixli 01159458 nömrəli müqavilə üzrə cavabdeh Şəxs Məmməd oğlundan 391 (üç yüz doxsan bir) manat əsas borc, 39 (otuz doqquz) manat cərimə borcu olmaqla, cəmi 430 (dörd yüz otuz) manat məbləğində pul alınıb Zərərçəkmiş şəxs MMC-yə ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə tərəfindən borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Lakin borclu öhdəliyini yerinə yetirməmiş, icra sənədinin icrasından borclu yayınmışdır. Məhkəmə vaxt verdikdən sonra borclu tələbkara olan borcunu tam olaraq ödəmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə tərəfindən vaxt verildikdən sonra borclu borcunu tam olaraq ödəmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o işsiz olduğu üçün borcunu ödəyə bilməmişdir. O 2019-cu ildə Samsung Galaxy A20 markalı telefon almışdı. Tələbkara olan borcunu məhkəmə vaxt verdikdən sonra tam olaraq ödəmişdir. Odur ki, onun barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X1 izahatında bildirdi ki, məhkəmə vaxt verdikdən sonra borclu olan borcunu tam olaraq ödəmişdir. Məhkəmədən borclunun barəsində olan hazırki inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə tədqiq olunmuş sübutlara və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə başlanmış xx.xx.2023-cü il tarixli MN ******* protokol inzibati xəta haqqında protokola xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 1424/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il tarixli 01159458 nömrəli müqavilə üzrə cavabdeh Şəxs 391 (üç yüz doxsan bir) manat əsas borc, 39 (otuz doqquz) manat cərimə borcu olmaqla, cəmi 430 (dörd yüz otuz) manat məbləğində pul alınıb Zərərçəkmiş şəxs MMC-yə ödənilməsi qət edilmişdir. Həmin icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borcluya tələbin könüllü icra etməsi üçün bildiriş təqdim edilmiş, izahatı alınmışdır. Məhkəmə vaxt verdikdən sonra borcu tələbkara olan borcunu tam olaraq ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Göründüyü kimi, məhkəmə tərəfindən vaxt verildikdən sonra borclu borcunu tam olaraq ödəmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-1123/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1123/2023
23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver