Məhkəmə qərarları › İş №3(076)-1124/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1124/2023

22.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1124/2023 22.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, X8 qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Zərərçəkmiş şəxsin (tələbkarın) nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qəyyumu X1 iştirakları ilə xx.xx.1975-ci ildə Şəmkir rayonununda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutuluş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Şəmkir rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Zaur Aslanov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2023-cü il tarixli protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola görə, Şəxs Şəmkir Rayon Мəhkəməsinin 2(076)- 153/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə ödənilməmiş qalan 630 manat borcu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəmkir Rayon Мəhkəməsinin 2(076)-153/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən xx.xx.2010-cu il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü Elşən adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində 35 (otuz beş) manat alimentin və 20 (iyirmi) manat dövlət rüsumunun tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qеyd olunan icra sənədi icraya yönəldilməklə, icra sənədi icraata qəbul edilmiş və icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs bildirişlər göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək ödənilməmiş qalan 630 manat borcunu ödəməkdən boyun qaçırmışdır. Ona görə də, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, məhkəməyə təqdim etmişdir. Hazırda borclu Şəxs tələbkara 35 manat ödəniş etmiş və qalan borcunu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, məhkəmədən borclu Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs qəyyumu X2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, borcunu ödəməkdən imtina etməmiş, lakin maddi imkanı ilə əlaqədar ödəyə bilməmişdir. O, tələbkarın hesabına 35 manat ödəniş etmiş və qalan borcunu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, məhkəmədən barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin (tələbkarın) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Şəmkir Rayon Мəhkəməsinin 2(076)-153/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinin surətindən görünür ki, xx.xx.2010-cu il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü Elşən adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində 35 (otuz beş) manat alimentin və 20 (iyirmi) manat dövlət rüsumunun tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs nümayəndəsi X6 xx.xx.2023-cü il tarixdə 35 manat ödəniş edilmişdir. Beləliklə, iş üzrə icraatda iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və izahatlarla müəyyən edilir ki, borclu Şəxs borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, maddi imkanı olmadığına görə borcunu ödəyə bilməmişdir. O, tələbkara olan borcundan 35 manat ödəniş etmiş, qalan borcunu isə hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibatı xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar