Məhkəmə qərarları › İş №3(076)-1126/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1126/2023

06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1126/2023 06.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, X14 qıznın katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələri X2 və X6, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Qazax-Tovuz Regional ərazi şöbəsinin nümayəndəsi X4 iştirakları ilə, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyevin Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Qazax-Tovuz regional ərazi şöbəsi tərəfindən 28 iyul 2023-cü il tarixli, ******* nömrəli qərardan verilmiş şikayət əsasında inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Qazax-Tovuz Regional ərazi şöbəsinin Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri, yəni onun barəsində vəzifəli şəxs qismində inzibati tənbeh vermə haqqında 28 iyul 2023-cü il tarixli, ******* nömrəli qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Qazax-Tovuz Regional ərazi şöbəsi tərəfindən X7 əmək məzuniyyəti haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında, ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntularına yol verilməsi əsas göstərilərək İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Qazax-Tovuz Regional ərazi şöbəsinin inzibati tənbeh vermə haqqında 28 iyul 2023-cü il tarixli, ******* nömrəli qərarı ilə vəzifəli şəxs qismində Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri X13 1500 manat məbləğində cərimə olunmuşdur. Cərimənin yazılmasına əsas səbəb olaraq 2023-cü ildə “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X3”na əsasən X7 əməyinin ödəniş dərəcəsinin qeyri-ixtisas təhsilli olması səbəbindən 9-cu dərəcədən 8-ci dərəcəyə salınmasını qeyd edirlər. Belə ki, həmin müəllim Tovuz rayonu ərazisində yerləşən 7 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçi-müəllim vəzifəsində işləyir və o, orta ixtisas təhsilli ibtidai sinif müəllimidir. Hazırda onun əmək haqqı 8-ci dərəcə ilə 458 (dörd yüz əlli səkkiz) manat təşkil edir. 9-cu dərəcə ilə aldığı əmək haqqı arasında 20(iyirmi) manat fərq vardır. Aygün Həsənovanın dərəcəsi təhsili ilə ixtisas dərəcəsinin düzgün gəlməməsi səbəbindən qanunvericiliyə uyğun olaraq aşağı salınmışdır. Bütün bunlar da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Qazax-Tovuz Regional ərazi şöbəsinin barələrində inzibati tənbeh vermə haqqında 28 iyul 2023-cü il tarixli, ******* nömrəli qərarının qanunsuzluğa dəlalət edir. Məhkəmə iclasında qərardan şikayət verən şəxsi təmsil edən X9 izahatında bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev barəsində vəzifəli şəxs qismində inzibati tənbeh vermə haqqında 28 iyul 2023-cü il tarixli, ******* nömrəli qərar tam əsassızdır. Belə ki, işçinin əmək haqqısının aşağı salınmasının səbəi onun ixtisas dərəcəsinin aşağı salınması ilə bağlıdır və həmin işçinin işlədiyi müəssisənin mühasibatlığı onlara hansı siyahını verirsə onlar da ona uyğun siyahını təsdiq edirlər. İşçinin ixtisas dərəcəsinin aşağı salınması körpələr evi-uşaq bağçasının səlahiyyətindədir. Regional Təhsil idarəsinin heş bir təqsiri yoxdur. Ona görə də qərar ləğv edilməli, işin icraatına xitam verilməldir. Məhkəmə iclasında qərardan şikayət verən şəxsi təmsil edən X5 da nümayəndə X6 dediklərinə uyğun izahat verərək qərarın ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Qazax-Tovuz Regional ərazi şöbəsinin nümayəndəsi X8 şikayəti qəbul etmədi və izahat verərək bildirdi ki, şikayət tam əsassızdır. Həmin qərar Tovuz rayon Körpələr evi-uşaq bağçasının müəllimi X7 şikayəti əsasında qəbul edilib. Məlum olmuşdur ki, şikayətçinin şikayəti əsaslıdır. Onun ixtisas dərəcəsinin 9-dan 8-ə endirilməsi nəticəsində əmək haqqı azaldılmışdır. Ona görə də məhkəmədən tərəflərindən verilən qərarın qanuni hesab edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının çıxışlarını dinləyərək, inzibati xəta haqqında materiala əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev barəsində inzibati tənbeh vermə haqqında 28 iyul 2023-cü il tarixli, ******* nömrəli qərar ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Qazax-Tovuz regional ərazi şöbəsi tərəfindən 28 iyul 2023-cü il tarixli, ******* nömrəli qərardan görünür ki, X13 tərəfindən X7 əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə X13 İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuç inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-ci maddəsində əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 46.6-cı maddəsinə əsasən Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1.-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 28 iyul 2023-cü il tarixli, ******* nömrəli qərar ləğv edilməli, Arslan Hacıyev barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev barəsində vəzifəli şəxs qismində inzibati tənbeh vermə haqqında 28 iyul 2023-cü il tarixli, ******* nömrəli qərar ləğv edilsin və inzibati işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar