Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-113/2024 24.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X6 Mustafa оğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib etmiş şəxs Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonu, Çaparlı kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Şəmkir RPŞ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Şəmkir Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şəmkir şəhəri, H.Aslanov küçəsində saat 14:00 radələrində ucadan ünvansız nalayiq söyüşlər söyərək səs küy salmışdır. Məhkəmə iclasında Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində Şəmkir şəhəri, H.Aslanov küçəsində Şəxs ucadan nalayiq söyüşlər söydüyü üçün xidmətdə olan polis əməkdaşları ora yaxınlaşaraq nizam-intizama dəvət etməklə söyünc etdiyi üçün onu Şəmkir RPŞ-nə gətirmişlərdir. Buna görə də Şəxs barəsində İXM 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. Onundur ki, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs İXM 510-cu maddəsi ilə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, O, xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində Şəmkir şəhəri, H.Aslanov küçəsində nalayiq söyüşlər söyməmişdir. İfadəni o imza etmiş, lakin sahə rəisi onu aldatdığı üçün izahatı imzalamışdır. O söyünc söyməmiş və şahidləri tanımır. O, sərxoş olduğu üçün əməlindən peşmandır. Himayəsində 3 nəfər uşağı vardır. Barəsində olan inzibati işə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir Rayon PŞ-nin İTB-nin polis sahə nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Şəmkir şəhəri, H.Aslanov küçəsində polis nəfəri Şahid2 ilə birlikdə xidmətdə olarkən adını sonradan Şəmsi olduğunu bildiyi şəxs küçənin ortasında ucadan nalayiq söyünclər etdiyini görüb ona yaxınlaşmışlar və özlərini təqdim edərək onu nizam intizama dəvət etmişdir. Bu zaman Şəxs əsassız cərimə olunduğu üçün ucadan söyünclər etdiyini bildirmişdir. Bundan sonra onu polis şöbəsinə aparıb, bu barədə rəhbərliyə məruzə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir Rayon PŞ-nin İTB-nin polis sahə nəfəri, polis serjantı Şahid2, şahid Şəmkir Rayon PŞ-nin İTB-nin polis sahə nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərilən xüsatları təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə baxışı zamanı Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi və beləliklə İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi şahid ifadələri və barəsində tərtib edilmiş material ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Şəxs törətdiyi inzibаti xətаnın xаrаkterini nəzərə аlаrаq məhkəmə hesаb edir ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Оdur ki, məhkəmə törədilmiş inzibаti xətаnın xаrаkterini, bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxsin şəxsiyyətini və işin digər hаllаrını nəzərə аlаrаq Şəxs оğlunun Аzərbаycаn Respublikаsı İXM-in 510-cu mаddəsi ilə təqsirli bilərək həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulan inzibаti həbs növündə tənbeh edilməsini məqsədə müvаfiq hesаb edir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati tənbeh növündə həbs seçilməli, həbsə almanın əvvəli hüqularının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmasının əvvəli hüquqlarının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən saat 14:00-dan hesablansın. Qərаrın icrаsı Şəmkir RPŞ-nin X4 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-113/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-113/2024
24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver