Məhkəmə qərarları › İş №3(076)-1130/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1130/2024

21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1130/2024 21.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kamaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1999-cu ildə Şəmkir rayonu Bayramlı kəndində doğulmuş, subay, orta təhsilli, işləməyən, Şəmkirl rayonu, Bayramlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Şəmkir şəhəri X5 X6 daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir şəhəri X5 X6 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim olunmuş AP ******* saylı inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:50-də istifadəsində olan “VAZ 2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmişdir. Protokola əlavə edilmiş 24 sentyabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, xx.xx.2024-cü il tarixdə saat 15:50 radələrində Şəxs idarə etdiyi “VAZ 2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəmkir rayonu Zəyəm-Düyərli avtomobil yolu ilə üzü Düyərli kəndi istiqamətinə hərəkət edərkən düzünə hərəkət edən yəni (Zəyəm) qəsəbəsi istiqamətində hərəkətdə olan X2 idarə etdiyi VAZ 2106 **-BG-*** DQN-lı avtomobilin hərəkətinə üstünlük verib onun ötüb keçməsini gözləmədən sola doğru manevr edərək əks hərəkət zolağına daxil olaraq VAZ 2106 **-BG-*** DQN-lı avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Şəxs idarə etdiyi avtomobildə sərnişin olan X3 başın tüklü hissəsində gicgah nahiyyəsinin sağ yarısının əzilmiş yarası və hər iki gözaltı nahiyyəsinin yumşaq toxumlarının dərialtı hematoması ilə nəticələnən sağlamlığa qısa müddət pozulmasına səbəb olan Yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 923 nömrəli rəyindən müəyyən olunur ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərbaşın tüklü hissəsində gicgah nahiyyəsinin sağ yarısının əzilmiş yarası və hər iki gözaltı nahiyyəsinin yumşaq toxumlarının dərialtı hematoması KÜT əşyaların təsirindən törənmişlər, əmələ gəlmə müddətləri xx.xx.2024 il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, anası X4 məxsus olan və etibarnamə əsasında ona verdiyi VAZ 2106 markalı **- BB-*** DQN-lı avtomobilini idarə edir. Həmin avtomobili idarə etmək üçün onun sürücülük vəsiqəsi vardır. xx.xx.2024-cü il tarixdə o idarə etdiyi VAZ 2106 **-BB-*** DQN-lı avtomobillə anası qohumu Telli ilə birlikdə Düyərli kəndində qohumları Abuzərin nəvəsinin kiçik toy məclisinə Şəmkir rayon Bayrmalı kəndindən Şəmkir rayon Düyərli kəndi istiqamətində Zəyəm-Düyərli avtomobil yolu ilə hərəkətdə olub şənlik evinin qarşısında avtomobili yolun ortasında saxlayıb sola dönən zaman qəfildən qabaqdan zərbə ilə nəyinsə dəydiyini və avtomobilin silkələndiyini hiss etmişdir. O maşından yerə düşdükdə VAZ 2106 markalı **-BG-*** DQN-lı avtomibilin onun idarə etdiyi VAZ 2106 markalı **-BB- *** DQN-lı avtomobilin toqquşduğunu görmüşdür. Daha sonra DYPB-nin əməkdaşları hadisə yerinə gəlib hadisə yerini müayinə etdilər . “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin Vİ hissəsinə əsasən dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilməmişdirsə, həmin yollardan keçərək sola və geriyə dönmək lazımdır. Bu zaman tramvay üçün maneə yaradılmamalıdır. Həmin Qanunun 42-ci maddəsinin İX hissəsinə əsasən yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi “VAZ 2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəmkir rayonu Zəyəm-Düyərli avtomobil yolu ilə üzü Düyərli kəndi istiqamətinə hərəkət edərkən düzünə hərəkət edən yəni (Zəyəm) qəsəbəsi istiqamətində hərəkətdə olan X2 idarə etdiyi VAZ 2106 **-BG-*** DQN-lı avtomobilin hərəkətinə üstünlük verib onun ötüb keçməsini gözləmədən sola doğru manevr edərək əks hərəkət zolağına daxil olaraq VAZ 2106 **-BG-*** DQN-lı avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Şəxs idarə etdiyi avtomobildə sərnişin olan X3 başın tüklü hissəsində gicgah nahiyyəsinin sağ yarısının əzilmiş yarası və hər iki gözaltı nahiyyəsinin yumşaq toxumlarının dərialtı hematoması ilə nəticələnən sağlamlığa qısa müddət pozulmasına səbəb olan Yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun etirafı ilə yanaşı iş materialları ilə tam sübuta yetirilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar, inzibati məsuliyyətdən və tənbehdən azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-cı maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Məhkəmə iclasında inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, barəsində icraat aparılan şəxsin inzibati xətanı törətməsinin yol hərəkəti qaydalarını bilməməsindən qaynaqlanmasını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 111-112, 114-115, 128, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın icrası Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar