Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1131/2024 07.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Şəmkir Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Şəmkir rayonu, Dəllər qəsəbəsində doğulmuş, evli, Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəmkir rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 07 oktyabr 2024-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Şəmkir Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X9 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs vuraraq dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Beləliklə də, Alıyeva X6 Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəmkir Rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi X9 izahat verərək bildirdi ki, 06 avqust 2024-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs vuraraq dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş və onun tərəfindən Şəxsn barəsində inzibati icraat başlanılmışdır. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun əri X1 arvadıdır. Onların birgə nikahlarından 2 övladları var. Boşandıqdan sonra Seymur Alıyev hər zaman aliment pulunu ödəmişdir. Eyni zamanda məhkəmə tərəfindən Zərərçəkmiş şəxs Seymur Alıyevin yaşadığı evdən müvəqqəti yaşaması üçün 1 otaq verilmişdir. Zərərçəkmiş şəxs isə bir neçə aydan bir həmin otağa gəlib-gedir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə yenə evə gəlmişlər. Ona verilmiş otağa daxil olduqdan bir neçə dəqiqə sonra o otağın qapısından Zərərçəkmiş şəxs səsləmiş və ona Seymurun uşaqları ilə görüşmək istədiyini və ona şərait yaratmasını demişdir. Həmin vaxı Ülviyyə onun ünvanına nalayiq ifadələr işlədərək, şərəf və ləyaqətini təhqir etməyə başlamış, qarşılıqlı olaraq sözlə mübahisələri olmuş, eyni zamanda əl zərbələri ilə qarşılıqlı olaraq bir-birilərini vurmuşlar. Bu zaman əri Seymur Alıyev onları aralamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, X5 onun keçmiş əridir. Onunla birgə nikahlarından 2 uşaqları olmuşdur. Bir neçı ildir ki, Seymur Alıyevdən rəsmi şəkildə boşanmışdır. Boşandıqdan sonra Seymur Alıyevin yaşayın yerindən ona yaşamaq üçün otaq verilmişdir. Onunla nikahları pozulduqdan sonra X11 adlı qadında ailə qurmuşdur. xx.xx.2024-cü il tarixdə o, evin dəyərini qiymətləndirmək, ona verilmiş bir otağın dəyərində pul verilməsi və onun da otaqdan imtina etməsi barədə fikrini demək məqsədilə yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Seymur Alıyevin yaşadığı ünvana gəlmişdir. O, evə daxil olmuş və ona məxsus otaqda uşaqları ilə olarkən, Aygün adlı qadın otağa daxil olub Seymur Alıyevin azyaşlı uşaqları ilə görüşmək istədiyini bildirmişdir. O da Seymur Alıyevin hansı səbəbdən gəlib uşaqları ilə görüşmək istədiyini bildirməməsini demiş və onun gəlib bu təklifi deməsinə görə irad bildirmişdir. Həmin vaxt Şəxs onunla sözlə mübahisə etmiş, həmçinin onun saçından çəkərək, əl zərbələri ilə baş nahiyəsindən vurmuşdur. Keçmiş əri Seymur Alıyev onları aralamışdır. İş materiallarına əlavə edilmiş 13 avqust 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəmkir Rayon Polis X2 təhqiqatçısı, polis kapitanı X8 tərəfindən Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edərək vermiş olduğu məlumat əsasında Şəxs tərəfindən döyülməsi barədə toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Şəmkir Rayon Şöbəsinin İTB-nin polis sahə rəisinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi-ekspertizasının xx.xx.2024-cü il tarixli 742 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol bazu nahiyəsinin orta üçdə birinin arxa səthinin qançırı KÜT əşyanın təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı, özünün etirafedici izahatı, eyni zamanda məhkəmə prosesi zamanı elan edilmiş məhkəmə-tibbi-ekspertizasının rəyi və iş materiallarındakı sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti düzgün olaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə də Şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, inzibati xətanın xarakterini, törədilməsi hallarını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi kifayət edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-1131/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1131/2024
07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver