Məhkəmə qərarları › İş №3(076)-1132/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1132/2024

31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1132/2024 31.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsi: X1 iştirakı ilə Şəxs Mayıs oğlunun Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 428.7.3–cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Mayıs oğlu, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişləri və qərarları vaxtında və tam yerinə yetirməmişdir. Bu hərəkətləri ilə Şəxs Mayıs oğlu Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 428.7.3–cü maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Şəxs Mayıs qızı inzibati xəta əməlini törətməsi işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclası zamanı, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsi X4 protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Şəxs Mayıs oğlu, Şəmkir rayonu, Kür yolu üzərində yerləşən “Əli ət” obyektinin sahibidir. Şəxs Mayıs oğlu müvafiq icazə olmadan həmin obyektdə reklam yayımı həyata keçirmiş, həmin vaxt “Reklam Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş, bu səbəbdən ona xx.xx.2024-cü il tarixdə yazılı göstəriş göndərilmişdir. Lakin Şəxs Mayıs oğlu verilən yazılı göstərişi vaxtında və tam yerinə yetirməmiş, bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, protokol üzrə qanuni qərar verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati icraat aparılan Şəxs Mayıs oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Şəxs Mayıs oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək, habelə tədqiq edilmiş digər sübutları Şəxs Mayıs oğlunun qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, “Reklam Haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “X6” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və Bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Həmin Qanunun 26.2-3-cü maddəsinə əsasən reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. Həmin Qanunun 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejmini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kv.m-dən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədləri ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökümət təşkilatlarının, hüquqi (o, cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən reklam fəaliyyətinə nəzarətin məqsədi reklam subyektlərinin maraqlarını və bu Qanunun tələblərinin yerinə yetirilməsini təmin etmək, o cümlədən bu Qanunun tələblərinə cavab verməyən reklamın yayımını dayandırmaq, reklam fəaliyyətinin subyektlərinə bu Qanunun tələbləri ilə bağlı icrası məcburi olan göstərişlər verməkdir. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında reklam (açıq məkanda reklam istisna olmaqla) fəaliyyətinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı, açıq məkanda reklam sahəsində nəzarət isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən həyata keçirilir. İşdə olan Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Şəmkir rayonu, Kür yolu üzərində açıq məkanda Şəxs Mayıs oğlu tərəfindən Reklam haqqında qanunvericiliyin tələbləri pozulmaqla reklam yayımlanması aşkar olunmuşdur. reklamın fasad ölçüsü 5.85 kvadratmetr olmuşdur. İşdə olan, 22 avqust 2024-cü il tarixli, 11-3-3/2-1662/2024 nömrəli “Açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə” yazılı göstərişdən görünür ki, Şəxs Mayıs oğluna qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə yazılı göstəriş göndərilməklə, reklam yayımının dərhal dayandırılması və müvafiq icazənin alınması üçün 5 gün müddətində Gəncə regional Reklam İdarəsinə müraciət etməsi tələb edilmiş, əks halda isə barəsində Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 428.7.3–cü maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcəyi bildirilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 01 may 2024-cü il tarixli aktdan görünür ki, Şəxs Mayıs oğlu Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin 22 avqust 2024-cü il tarixli icrası məcburi olan yazılı göstərişin tələblərini yerinə yetirməyərək Şəmkir rayonu, Kür yolu üzərində açıq məkanda Reklam haqqında qanunvericiliyin tələbləri pozulmaqla reklam yayımlanmaqda davam etməsi aşkar olunmuşdur. Həmin reklamın fasad ölçüsü 5.85 kvadratmetr olmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəxs Mayıs oğluna yazılı göstərişin tələblərini yerinə yetirmədiyi üçün barəsində protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Şəxs Mayıs oğluna rəsmi məlumat verilsə də barəsində olan protokolun tərtib edilməsində iştirak etməmişdir. İşdə olan materiallardan görünür ki, Şəxs Mayıs oğlu vergi ödəyicisi kimi vergi uçotuna alınmamışdır. Məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Mayıs oğlunun törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3–cü maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Belə olan halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs Mayıs qızı müvafiq VÖEN-nə sahib olmadığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16-cı maddəsində göstərilən əsaslara görə fiziki şəxs hesab edilir. İşdə olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Şəxs Mayıs qızı adında vergi ödəyicisi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs Mayıs oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3–cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Mayıs oğluna cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ: Şəxs Mayıs oğlu Azərbaycan Respublikası İXM-nin 428.7.3–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar