Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-1133/2024 08.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPXA-nın, X3 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22717125 saylı inzibati xəta haqqında elektron protokolundan, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasına baxaraq MÜƏYYƏNETDİ: Barəsində qərar çıxarılmış X5, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPXAnın xx.xx.2024-cü il tarixli, EQ 22717125 saylı inzibati xəta haqqında elektron qərarından şikayət verərək həmin qərarların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər baxılmadan X4 qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, X3 mübahisələndirdiyi EQ 22717125 saylı qərarda göstərilən inzibati xəta hadisəsi Bakı-Qazax yolunun 80.5-ci kilometrliyində Hacıqabul rayonu, Atbulaq ərazisində baş vermişdir. Buna baxmayaraq, şikayət Şəmkir Rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Göründüyü kimi sadalanan normaların və Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinin əlaqəli şəkildə təhlilindən aydın olur ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət zamanı, Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsində göstərilən qayda, yəni, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılması, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilməsi qaydası nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X2 orqanın qərarından şikayəti inzibati xətanın törədildiyi yer üzrə verməmiş, həmçinin, şikayətə onun yaşadığı yer üzrə baxılması barədə şəxsdən vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə onu vermiş şəxsə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İnzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv olunması barədə X5 tərəfindən verilmiş şikayət ərizəsi və əlavə olunmuş sənədlər ona geri qaytarılsın. X1 orqanın (vəzifəli şəxsin) qərarından inzibati xətanın törədildiyi yer üzrə məhkəməyə şikayət vermək hüququnun olması izah edilsin. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-1133/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-1133/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver