Məhkəmə qərarları › İş №3(076)-1134/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1134/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1134/2024 08.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1971-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Şəmkir rayonu, Dəllər qəsəbəaində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs Şəmkir Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(076)-422/2024 saylı icra sənədinin icrasına əməl etməyərək Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Аzərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-422/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən tam təmin edilməmişdir. Şəxs icra vərəqəsinin tələblərini yerinə yetirməmişdir. Şəxs bir neçə dəfə icra şöbəsinə dəvət edilərək icra sənədinin tələblərinin yerinə yetirməsi tələb olunmuş, lakin Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-422/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən onun xx.xx.2021-ci il təvəllüdlü Əliəkbər adlı nəvəsilə saat 12:00-dan 17:00-dək görüşüb ünsiyyətdə olma hüququ təmin edilmişdir. O izahatında bildirdi ki, uşağı atası götürüb, uşaq götürülən zaman onun görüş vaxtına təsadüf etməyib, onun görüş vaxtı saat 12:00-dan 17:00-dək müəyyən edilib, uşağı isə atası Həsən Tağıyev qeyri-müəyyən vaxtda götürmüşdür, uşağın götürülməsi ilə bağlı heç bir əlaqəsi yoxdur və hazırda uşağın harda olması ilə bağlı məlumatı yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirir ki, keçmiş qaynanam Şəxs uşağı Əliəkbərlə ilə hər həftənin şənbə günündə ünsiyyətdə olması barədə Şəmkir Rayon Məhkəmə qətnamə qəbul etmişdir. xx.xx.2024-cü il tarixdə Şəxs ona zəng edərək xəstə olduğunu və uşağı oğlu (uşağın atası) X1 götürəcəyini bildirmiş, o da etirazı olmadığını bildirmişdir. Həmin gün 11:30 radələrində X4 uşağı bazardan, yəni onun iş yerindən götürüb aparmışdır. Ünsiyyət üçün müəyyən olunmuş vaxt bitəndən sonra dəfələrlə zəng etsədə uşağı geri qaytarmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə qərarının icrasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(076)- 422/2024 saylı icra vərəqəsindən görünür ki, Şəxs 11 mart 2021-ci il tarixdə doğulmuş Əliəkbər adlı nəvəsi ilə ünsiyyətdəolma hüququ hər həftənin şənbə günləri saat 12:00-dan 17:00-dək uşaq ona verilməklə müəyyən edilmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş Şəmkir Rayon Məhkəməsinin 2(076)-422/2024-013 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədini icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İş materialında olan Zərərçəkmiş şəxs nümayəndəsi X7 tərəfindən xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs ona zəng edərək xəstə olduğunu və uşağı oğlu (uşağın atası) X2 götürəcəyini bildirdi. O da öz növbəsində oğluna etirazının olmadığını bildirmiş və həmin gün 11:30 radələrində X4 uşağı uşağı bazardan – onun iş yerindən götürərək aparmışdır. Daha sona həmin gün saat 17:00-dan sonra tələbkar Şəxs və oğlu Həsən Tağıyevlə dəfələrlə əlaqə saxlanılsada uşağı gətirib təhvil verilməmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli telefonoqramdan görünür ki, icra məmuru tərəfindən Şəxs və oğlu Həsən Tağıyev ilə onlara məxsus 050 ******* və ********** mobil telefon ilə dəfələrlə əlaqə saxlayaraq uşağı da gətirərək icra şöbəsinə gəlməyə dəvət etsədə, sonuncular uşağı gətirməyərək şöbəyə gəlməkdən yayınmışdırlar. Həmçinin, məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vaxt verilərək şərait yaradılmışdır ki, icra məmurunun qanuni tələblərinə əməl etsin, lakin o, azyaşlı uşağı anasının himayəsinə qaytarılması üçün lazımi hərəkətləri etməyərək qəsdən icra məmurunun qanuni tələblərinə tabe olmamağa davam etmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs, həmçinin Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun izahatlarını, tədqiq edilmiş digər sübutları ayrıayrılıqda və məcmu halında təhlil edərək inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş izahat olması qənaətinə gəlir və inzibati xəta haqqında işin materialları Şəxs icra sənədini icra etməməsinin həqiqətən də heç bir üzürlü səbəblərlə əlaqədar olmadığını və qərəzli olduğunu bir daha təsdiq edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. О, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, tələbkarın şikayətçi olmasını və Şəxsnun şəxsiyyətini xarakterizə edərək hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 750 (yeddi yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar