Məhkəmə qərarları › İş №3(076)-114/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-114/2023

18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-114/2023 18.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, Şəmkir Rayon Polis X13 Bölməsinin polis sahə rəisi polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1975-ci ildə Bakı şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir Rayon Polis X13 Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir Rayon Polis X13 Bölməsinin polis sahə rəisi, polis baş leytenantı Ziyəddin Yəhyayev tərəfindən Şəxs əməlində X2 əlləri ilə vuraraq xəsarət yetirməsi faktı ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan Şəxs barəsində Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati icraatın başlanılmasına qərar vermişdir. Şəmkir Rayon Polis X13 Bölməsinin polis sahə rəisi polis baş leytenantı X6 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, xx.xx.2022-ci il tarixdə Şəxs X2 aralarında baş vermiş mübahisə zamanı döyərək fiziki ağrı yetirmişdir. Bununla o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir Rayon Polis X13 Bölməsinin polis sahə rəisi polis baş leytenantı X6 izahat verərək bildirdi ki, 19 oktyabr 2022-ci il tarixdə Şəmkir Rayonu Düyərli kəndində Şəxs qonşusu X2 əli ilə vuraraq ona fiziki ağrı yetirmişdir. X1 müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Z. Yəhyayev tərəfindən Şəxs barəsində inzibati icraat başlanılmışdır. O, Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 2022-ci il oktyabr ayının ortalarında Şəmkir rayonun Düyərli Kəndində yerləşən onlara məxsus torpaq sahəsində müəyyən işlər gördürən zaman Allahverən Alırzayev torpağın ona məxsus olmasını bildirərək səs küy salmış, işin dayandırılmasını tələb etmişdir. O isə Allahverən Alırzayevə torpaq sahəsinin onun olmadığını bildirərək torpaq sahəsindən çıxmağını söyləmiş, A. Alırzayev isə ona etiraz edərək torpaq sahəsindən çıxmayacağını bildirmişdir. Həmin vaxt o, Allahverən Alırzayevi heç bir fiziki ağrı yetirməmiş, onu döyməmişdir. Buna görə də hesab edir ki, onun barəsində olan icraata xitam verilməlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirdi ki, Şəmkir Rayonu Düyərli kəndində onun babalarına məxsus torpaqda Şəxs qardaşı Vüqarla Könülün evinin arasında olan hasarı dağıdaraq qapı açmasını görmüş, buna etirazını bildirən zaman Şəxs onu əlləri ilə vuraraq döymüşdür. Hazırda Şəxs şikayətçidir və onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş 05 noyabr 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəmkir Rayon Polis X7 təhqiqatçısı, polis kapitanı X5 tərəfindən X1 müraciəti əsasında Şəxs tərəfindən döyülməsi barədə toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İXM-in 157-ci maddəsi iləinzibati qaydada tədbir görülməsi üçün Şəmkir Rayon Şöbəsinin X12 göndərilməsi qərara alınmışdır. “İnzibati xətaya dair icraat başlamaq haqqında” 10 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Şəmkir Rayon Polis X13 Bölməsinin polis sahə rəisi, polis baş leytenantı Ziyəddin Yəhyayev tərəfindən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı, özünün qismən etirafedici izahatı, eyni zamanda məhkəmə prosesi zamanı elan edilmiş Şəxs xx.xx.2022-ci il tarixli izahatı və iş materiallarındakı sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti düzgün olaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün döymə və sair zorakı hərəkətlərin edilməsi nəticəsində şəxsə fiziki ağrı yetirilməsi kifayət edir. K. Cəlilova zərərçəkmiş şəxslə mübahisə etdiyini, ilkin izahatı zamanı onu qolundan tutaraq itələdiyini etiraf etmişdir. Buna görə də K. Cəlilovanın zərərçəkmiş şəxsi döyərək ona xəsarət yetirməsi, beləliklə də İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə də Şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, inzibati xətanın xarakterini, törədilməsi hallarını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi kifayət edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 115, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar