Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1145/2023 14.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X4 iclas katibliyi, Şəmkir rayon DYPB-nin YHN üzrə baş inspektor, polis kapitanı X3, barəsində inzibati icraat aparılan Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx.xx.1986-cı ildə Şəmkir rayonu, Aşağı Seyfəli kəndində anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 10 iyun 2023-cü il tarixdə saat 17 radələrində Şəmkir-Çinarlı-Gəncə avtomobil yolunun Yeni-Həyat kəndindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Şəxs idarə etdiyi VAZ 2106 markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomaşını ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq, Şəmkir-Çinarlı-Seyfəli avtomobili yolu ilə hərəkəti düzünə istiqamətdə davam etdirərkən onunla eyni Çinarlı qəsəbəsi istiqamətində düzünə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi X14-112 CDİ markalı, **-EN-*** dövlət nömrə nişanlı avtomobilin sürətini azaldaraq sola doğru dönmə əməliyyatını apararkən lazımi ara məsafəsi saxlamaması ilə əlaqədar qarşı hərəkət zolağına çıxaraq dönmə əməliyyatını başa çatdıran X14-112 CDİ markalı avtomobilin sol hissəsi ilə toqquşmuş, toqquşmanın zərbəsindən nəticədə X14-112 CDİ markalı, **-EN-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1, VAZ 2106 markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobildə sərnişin qismində əyləşən Zərərçəkmiş şəxs2, onun 2016-cı il təvəllüdlü oğlu X5 və 2018-ci il təvəllüdlü qızı X1 qısa müddətət pozulmasına səbəb olan yüngül zərər vurmaya səbəb olan İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli olaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Buna görə də, İXM-nin 327.1-ci maddəsinin tələbini pozduğundan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə AP seriyalı ******* nömrəli protokol tərtib olunmuş və ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Şəmkir Rayоn Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəmkir rayon DYPB-nin YHN üzrə baş inspektor, polis kapitanı X6 inbiati protokolu müdafiə edərək göstərdi ki, Şəxs İXM-nin 327.1-ci maddəsinin tələbini pozaraq ara məsəfəsini saaxlamayaraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə öz avtomobilinə və zərərçəkmiş Zərərçəkmiş şəxs1 avtomobilinə zərər dəymiş, həmçinin Eminin avtomobilində olan Zərərçəkmiş şəxs2 səhətinə zərər dəymişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, onun özümə məxsus olan VAZ 2106 markalı, **-BE-*** dövlət nömrə nişanlı minik avtomobili vardır və onu idarə edir, eyni zamanda onun sürücülük vəsiqəsi də vardır. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində qohumu dayısı arvadı Saidə ona məxsus telefona zəng edərək qızı Zərərçəkmiş şəxs2 və nəvələri Zəhra və Firuddini Şəmkir şəhər məhkəməsinə maşınla aparmasını xahiş etmişdi. O, da onun xahişinə əsasən saat 11 radələrində Saidənin evinə getmiş və hər üçünü avtomobilinə əyləşdikdən sonra avtomobili idarə etməyə başlamışdır. Məhkəməyə gəlmiş və saat 17 radələrində çıxaraq o idarə etdiyim VAZ 2106 markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomaşınla Şəmkir rayonu, Aşağı Seyfəli kəndinə getmək üçün Şəmkir-Çinarlı- Gəncə avtomobil yolu ilə Çinarlı qəsəbəsi istiqamətində düzünə hərəkətdə olmuşdur. Həmin yol ikitərəfli yoldur, o maşını düzünə istiqamətdə idarə edərkən Şəmkir rayonu, Yeni Həyat kəndi ərazisində ondan təxminən 100 metr öndə Mercedes-Benz Vito-112 CDİ markalı, **-EN-*** dövlət nömrə nişanlı avtomobilin hərəkət etdiyini görümüş, həmin vaxt yolda Mercedes markalı avtomobilin asta sürdüyünü görüb onu ötmək istəmiş və bunun üçün sola dönmə nişanını yandırıb həmin avtomaşını ötmək məqsədilə yolun sol tərəfinə keçmişdir. O yolun soluna keçən kimi Mercedes markalı avtomobilin sürəti azalmış və yavaş-yavaş dönmə nişanını yandırmadan sola tərəf dönməyə başlamışdır. O da avtomobillə təxminən 70-80 km/saat sürətlə gəldiyi üçün Mercedes markalı avtomobillə toqquşmamaq üçün avtomaşının yolun soluna tərəf tam manevr etdiyini görüb ötmə əməliyyatını başa çatdıra bilməyəcəyimi düşünmüş və qəfildən əyləci basıb rolu sola tərəf çəkmişdir. Lakin idarə etdiyi avtomobil tam dayanmamış və sürüşərək Mercedes markalı avtomobilin sol yan tərəfi ilə onun avtomobilinin ön tərəfi toqquşmuşdur, nəticədə hər iki maşına ziyan dəymişdir və onun idarə etdiyi avtomobildə olan sərnişinlər xəsarət almışlar. Bundan sonra isə o maşından düşmüş və xəsarət alanları başqa bir avtomobillə Şəmkir RMX-na aparmışlar. O, da orada hadisə yerində qalmışdır. Əməlindən peşmandır. Odur ki, göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh yəni cərimə tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə verərək izahatında bildirdi ki, Şəxs onun bibisi oğludur. Onun özünə məxsus olan VAZ 2106 markalı, **-BE-*** dövlət nömrə nişanlı minik avtomobili vardır və onu idarə edir. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində anası Saidə Eminə məxsus telefona zəng edərək onu və azyaşlı uşaqları Zəhra və Firuddini Şəmkir şəhər məhkəməsinə maşını ilə aparmasını xahiş etmiş, Emin də saat 11 radələrində onların evə gəlmiş və hər üçü Eminin maşınına əyləşdikdən sonra yola çıxmağa və avtomobili idarə etməyə başlamış, məhkəməyə getmişlər və saat 17 radələrində oradan çıxmışlar, Emin idarə etdiyi VAZ 2106 markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomaşınla Şəmkir rayonu, Aşağı Seyfəli kəndinə getmək üçün Şəmkir-Çinarlı- Gəncə avtomobil yolu ilə Çinarlı qəsəbəsi istiqamətində düzünə hərəkət etmiş, həmin yol ikitərəfli yol olmuşdur. Emin maşını düzünə istiqamətdə idarə edərkən Şəmkir rayonu, Yeni Həyat kəndi ərazisində onlardan təxminən 100 metr öndə Mercedes-Benz Vito-112 CDİ markalı, **-EN-*** dövlət nömrə nişanlı avtomobilin hərəkət etdiyini görmüş, həmin vaxt Emin yolda Mercedes markalı avtomobilin asta sürdüyünü görüb onu ötmək istəmiş və bunun üçün bir neçə dəfə siqnal verərək həmin avtomaşını ötmək məqsədilə yolun sol tərəfinə keçmiş, Emin yolun soluna keçən kimi Mercedes markalı avtomobilin sürəti azaltmış və dönmə nişanını yandırmadan sola tərəf dönməyə başlamışdır. Emin də Mercedes markalı avtomobillə toqquşmamaq üçün qəfildən əyləci basıb rolu sola tərəf çəkmişdir. Lakin idarə etdiyi avtomobil tam dayanmadı və sürüşərək Mercedes markalı avtomobilin sol yan tərəfi ilə toqquşmuşdur, nəticədə hər iki maşına ziyan dəymişdir və azyaşlı övladları Zəhra və Firudinlə birlikdə hər üçü xəsarət almışlar. Bundan sonra isə onlar maşından düşmüş və onları başqa bir avtomobillə Şəmkir RMX-na aparmışlar. Ona dəymiş zərər tam ödənilib. Emindən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasının Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə verərək, izahatında bildirdi ki, o hazırda Bakı-Texniki kollecin 3-cü kurs tələbəsidir. X2 məxsus X14-112 CDİ markalı, **-EN-*** dövlət nömrə nişanlı minik avtomobili vardır. Həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi və etibarnaməsi vardır. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində idarə etdiyi X14-112 CDİ markalı avtomaşınla Şəmkir-Çinarlı-Gəncə avtomobil yolunun Şəmkir rayonu, Yeni Həyat kəndindən keçən hissəsində bərbərin yanında atası Məsimi düşürmüş və çörək almaq məqsədilə üzü Çinarlı qəsəbəsi istiqamətində avtomobili idarə etməyə davam etmişdir. Həmin asfalt yolla düzünə istiqamətdə hərəkətdə olmuş, həmin yol ikitərəfli yoldur. Maşını düzünə istiqamətdə idarə edərkən çörək sexinə çatmağa az qalmış idarə etdiyi avtomobilin sürətini azaltmış, qarşı tərəfdən avtomobillərin gəlmədiyini görmüşdür, həmçinin arxa tərəfdən güzgülər vasitəsilə VAZ 2106 markalı avtomaşının gəldiyini və ondan təxminən 200 metr aralıda olduğunu dəqiqləşdirmişdir və dönmə nişanını sol tərəfə yandıraraq yavaş-yavaş sola tərəf dönməyə başlamışdır, təxminən manevri başa çatdırmağa az qalmış idarə etdiyi avtomobili VAZ 2106 markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobilin sol yan tərəfdən vurduğunu hiss etmişdir və toqquşma nəticəsində onun maşını bir qədər irəliləyərək yolun sol kənarında dayanmışdır. O maşından sağ tərəfdən düşmüş və digər maşında xəsarət alan şəxslərə köməklik göstərmişdir. Yol ilə gedən maşınların vasitəsilə xəsarət alanlar Şəmkir RMX-na aparılmışdır. Ona dəymiş zərər tam ödənilib. Emindən heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş, məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 840 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər sağ əl pəncəsinin qançırı, sağ dirsək oynağının şişkinliyi, qançır və ağrı halında əzniyi küt əşyaların təsirindən törəmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş, məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 840 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər sol gözün üst qapağının kəsilmiş yarası küt əşyaların təsirindən törəmişdir, yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş, xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində tədbir görülməsi üçün qərarın surəti Şəmkir Rayon Polis Şöbəsinə göndərilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, onun Şəxs heç bir şikayəti yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, onun Şəxs heç bir şikayəti yoxdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, zərərçəkmiş şəxslərin ərizələrini nəzərdən keçirdərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8.-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakteri, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayəti olmamasını nəzərə alaraq, Şəxs törətdiyi əməli səmimi etiraf edib peşman olmasını, zərəçəkmiş şəxslərlə barışmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, оnа istinad edilən mаddənin sаnksiyаsı həddində inzibati cərimə növündə inzibаti tənbeh təyin edilməsini məqsədə müvаfiq hesаb edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43, 115, 128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs оğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə şikаyət verilə bilər. Sədrlik edən Rəşad Mustafayev Əsli ilə düzdür: Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-1145/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1145/2023
14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver