Məhkəmə qərarları › İş №3(076)-1147/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1147/2024

30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1147/2024 30.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kamaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, xx.xx.2003-cü ildə Şəmkir rayonu Bayramlı kəndində doğulmuş, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Şəmkir şəhəri X4 X6 daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir şəhəri X4 X6 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim olunmuş AP ******* saylı inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2024-cü il tarixdə saat 08:40-da istifadəsində olan “BMW 530” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmişdir. Protokola əlavə edilmiş 11 avqust 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, xx.xx.2024-cü il tarixdə saat 08:40 radələrində sürücü , xx.xx.2003-cü ildə Şəmkir rayonunda anadan olmuş, ailəli, orta təhsilli, sürücü işləyən, ünvan 2 ünvanında yaşayan Şəxs idarə etdiyi “BMW 530” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonu R.Rəhimov küçəsi ilə M.Hüseynzadə küçəsinin kəsişməsində hərəkətdə olan zaman işıqforun qırmızı işığında qeyd ediən kəsişməyə daxil olub sürücü X1 idarə etdiyi Hyundai Tucson minik markalı **-NT-*** dqn-lı avtomobillə toqquşmaqla, Hyundai markalı avtomobildə olan sərnişin 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs alın nahiyyəsinin sağ yarısının, sağ qaşüstü nahiyyəsinin, sağ almacıq nahiyyəsinin, burunun sol qanadının, üst dodağın yumşaq qişasının əzilmiş yaraları, boyunun arxa səthinin və sol yanağın kəsilmiş yaraları qismində yüngül xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 701 nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- alın nahiyəsinin sağ yarısının, sağ qaşüstü nahiyəsinin, sağ almacıq nahiyəsinin, burunun sol qanadının, üst dodağın yumşaq qişasının əzilmiş yaraları KÜT əşyaların təsirindən törənmişdir, boyunun arxa səthinin və sol yanağın kəsilmiş yaraları isə İTİ kənarlı əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 13 iyul 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, 12.0.2024-cü il tarixdə Bakı şəhərində yerləşən "xxxx" MMC şirkətindən etibarnamə ilə “BMW 530” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb Şəmkir rayonuna gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 08:40 radələrində idarə etdiyi avtomobillə R.Rəhimov küçəsi ilə saatda təxminən 90km\saat sürəti ilə hərəkət etmişdir. Həmin küçə ilə M.Hüseynzadə küçəsinin kəsişməsində çatdıqda avtomobilin sürətini artırmışdır ki, kəsişməni keçsin və həmin vaxt M.Hüseynzadə küçəsi ilə işıqforun yaşıl işığında kəsişməyə daxil olan Hyundai Tucson markalı avtomobillə toqquşmuşdur. Nəticədə həmin avtomobil fırlanıb yolun kənarında olan işıqforun dirəyinə dəymiş və həmin avtomobildə bir nəfər sərnişin xəsarət almışdır. O, həmin sərnişi başqa bir avtomobillə xəstəxanaya aparmışdır. Araşdırma zamanı izahatı alınmış X2 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 08:40 radələrində idarə etdiyi Hyundai Tucson markalı **-NT-*** qeydiyyat nömrə nişanlı avtomobillə Şəmkir rayonu R.Rəhimov küçəsi ilə saatda təxminən 40km\saat sürəti ilə hərəkət etmişdir. Həmin vaxtı avtomobildə tanışları X3 və Zərərçəkmiş şəxs olmuşdur. Həmin küçə ilə M.Hüseynzadə küçəsinin kəsişməsində işıqforun qırmızı işığında kəsişməyə daxil olan “BMW markalı avtomobil onun idarə etdiyi avtomobilin arxa buferindən vurdu, zərbənin təsirindən onun idarə etdiyi avtomobil fırlanaraq yolun kənarında yerləşən işıqforun dirəyinə dəymişdir, nəticədə avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs xəsarət almışdır. Araşdırma zamanı izahatları alınmış X3 və Zərərçəkmiş şəxs oxşar məzmunlu izahatlar verərək Atabəy Müseyiblinin izahatında göstərdiyi xüsusatları təsdiq etmişdilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinin İİİ hissəsinə əsasən qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi — bu siqnal hərəkəti qadağan edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun etirafı ilə yanaşı iş materialları ilə tam sübuta yetirilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar, inzibati məsuliyyətdən və tənbehdən azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-cı maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Məhkəmə iclasında inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, barəsində icraat aparılan şəxsin inzibati xətanı törətməsinin yol hərəkəti qaydalarını bilməməsindən qaynaqlanmasını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 111-112, 114-115, 128, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar