Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1148/2023 21.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, X4 qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1970-ci ildə Şəmkir rayonunun Şiştəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının, orta təhsilli, subay, işləməyən, Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Şəmkir rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə verilmişdir ona görə ki, о, Şəmkir rayon Məhkəməsinin 2(076)-1504/2022 saylı, 24 avqust 2022-ci il tarixli icra sənədinin icrasını həyata keçirən Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun müxtəlif vaxtlarda göndərdiyi bildirişlərə və xəbərdarlıqlara məhəl qoymayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə tələbi təmin etməmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 verdiyi izahatında göstərmişdir ki, Şəmkir rayon Məhkəməsinin 2(076)-1504/2022 saylı, 24 avqust 2022-ci il tarixli icra sənədinə əsasən cavabdehlər X3 və Şəxs iddiaçıya məxsus olan 300 manat dəyərində 583 əyar, fianit qaşlı, tac formalı, 4.4 qram nişan üzüyü, 500 manat dəyərində 583 əyar, sonsuzluq formalı, sadə ağ qaşlı 5.6 qram sırğa-üzük dəsti, 455 manat dəyərində 583 əyar, 7 qram yolka qızıl boyunbağı, 260 manat dəyərində, 583 əyar, 4 qram yolka qızıl bilərzik, 240 manat dəyərində 583 əyar, 3 qram, fianit qaşlı qızıl üzük, 240 manat dəyərində, 583 əyar, 3 qram sadə ağ qaşlı qızıl üzük naturada,mövcud olmadıqda isə onların dəyəri olan 1995 (bir min doqquz yüz doxsan beş) manat pul və 70 (yetmiş) manat dövlət rüsumu alınaraq alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi göstərilmişdir. Qеyd olunan icra sənədi icraya yönəldilmiş və icra sənədi icraata qəbul edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs bildirişlər göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq sonuncu Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə borcunu ödəməkdən boyun qaçırmışdır. Ona görə də Şəxs barəsində xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə təqdimat verilmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs verdiyi izahatında göstərmişdir ki, o, icra sənədi üzrə borcunu ödəməkdən imtina etməmiş, lakin maddi imkanı ilə əlaqədar ödəyə bilməmişdir. O, hazırda icra sənədi üzrə borcdan ödəniş edə bilməmiş, lakin hər ay 60 manat hissə-hissə ödəməyə söz verərək öhdəsinə götürür. Odur ki, məhkəmədən barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs oğlu verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırda borcdan heç bir ödəniş etməmiş, lakin hər ay ona 60 manat hissə-hissə ödəniş etməyi öhdəsinə götürmüş, o isə borcun hər ay 60 manat hissə-hissə ödənilməsi ilə razılaşmışdır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, izahatlarla və iş materialları ilə müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə borcunu tələbkara may ayından başlayaraq hissə-hissə ödəməsini öhdəsinə götürmüş, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs oğlu isə bununla razılaşaraq hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi müəyyən edilmədiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də, məhkəmə hesab edir ki, borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikasının İXM-in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №3(076)-1148/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1148/2023
21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver