Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1148/2024 15.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Şəmkir Rayon Polis Şöbəsi Kür PB-nin polis sahə rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx.xx.1956-cı ildə Şəmkir rayonunda doğulmuş, evli, orta təhsilli, işləməyən, Şəmkir rayonu, Qılıncbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir Rayon Polis Şöbəsi Kür PB-nin polis sahə rəisi Malik Mehdiyev tərəfindən Şəxs əməlində Zərərçəkmiş şəxs1 vuraraq xəsarət yetirməsi faktı ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati icraatın başlanılmasına qərar vermişdir. Şəmkir Rayon Polis Şöbəsi Kür BP-nin polis sahə rəisi X7 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, xx.xx.2024-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs1 ilə aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs1 döymüşdür. Bununla o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir Rayon Polis Şöbəsi Kür PB-nin polis sahə rəisi X7 izahat verərək bildirdi ki, 19 sentyabr 2024-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs1 döymüşdür. Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Malik Mehdiyev tərəfindən Şəxs barəsində inzibati icraat başlanılmışdır. O, Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu Ceyrançöl massivində ona məxsus qışlaq sahəsində olan zaman Canpolad adlı şəxs onun torpaq sahəsinə gələrək onu ölümlə hədələmiş və narahat etmişdir. Onun torpaq sahəsi olduğundan Zərərçəkmiş şəxs1 torpaq sahəsindən çıxmasını xahiş etsə də çıxmamışdır. Lakin buna baxmayaraq onlar arasında spzlə mübahisə olsa da, o, Zərərçəkmiş şəxs1 vurmamışdır. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahat verərək bildirdi ki, Suliddin və Elşən adlı şəxsləri uzun müddətdir ki, tanıyır və aralarında normal münasibətlər yoxdur. Belə ki, uzun müddətdir ki, aralarında torpaqla bağlı mülki mübahisələri vardır. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində o torpaq sahəsində işləyən zaman bir daha Suliddin və oğlu Elşən onun yanına gələrək mübahisə etməyə başlamışlar. Mübahisə zamanı Elşən əlində olan ağaç parçası ilə onun sağ qolundan, Suliddin isə çiyin nahiyəsindən vurmuşdur. O həmin yerdən uzaqlaşmaq istədikdə Suliddin onu itələyərək yerə yıxmışdır. Belə olan halda o həmin yerdən uzaqlaşmış və oğluna məlumat verdikdən sonra oğlu Azərbaycan Respublikası DİN-in 102 xidmətinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixində isə o orada olan müşahidə görüntülərini götürərək Kür PB-nə müraciət etmişdir. X2 birlikdə onu hədələyərək şər və böhtan atacaqlarını, ona məxsus əşyaları yandıracaqlarını demişlər. Hazırda Şəxs şikayətçidir. Odur ki, məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2 zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsini eyni ilə təsdiq edərək Şəxs şikayətçi olmalarını və ona qanuna uyğun cəza təyin edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, tədqiq edilmiş sənədləri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xəta törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, iş materiallarına əlavə edilmiş 24 sentyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəmkir Rayon Polis X4 təhqiqatçısı, polis kapitanı X3 tərəfindən Şəxs və Zərərçəkmiş şəxs1 qarşılıqlı müraciətləri əsasında Şəxs xx.xx.2024-cü il tarixdı DİN-nin 102 xidmətinə müraciət edərək Ceyrançöl ərazisində Canpolad adlı şəxsin onu öldürməklə hədələməsini bildirmişdir və xx.xx.2024cü il tarixdə amaəmmədov X6 RPŞ-nin Kür PB-nə müraciət edərək xx.xx.2024-cü il tarxdə saat 18 radələrində Suliddin və Elşən adlı şəxs tərəfindəndöyülməsi barədə toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Şəmkir Rayon Şöbəsinin Kür PB-nin polis sahə rəisinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi-ekspertizasının xx.xx.2024-cü il tarixli 918 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ və sol çiyinüstü nahiyənin, sağ baldır nahiyəsinin şişkinlik formasında qançırları və sağ dirsək oynağının arxa səthinin əzilmiş səthi KÜT əşyanın təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Məhkəmə Şəxs zərərçəkmiş şəxsə hər hansı xəsarət yetirməməsi ilə bağlı bildirdiklərinə tənqidi yanaşır, onun izahatını özünü müdafiə və məsuliyyətdən yayınmaq kimi qiymətləndirir. Eləcə də, iş materiallarında olan ekspert rəyi ilə də Şəxs tərəfindən Zərərçəkmiş şəxs1 xəsarət yetirməsi sübut olunmuşdur. Azərbaycan Repubilkası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə də Şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, inzibati xətanın xarakterini, törədilməsi hallarını, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi kifayət edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-1148/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1148/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver