Məhkəmə qərarları › İş №3(076)-1148/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-1148/2025

10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-1148/2025 10.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən, Şəmkir Rayon Məhkəməsinin hakimi X1 Sübhan İlyas oğlunun Şəmkir rayon polis şöbəsinin yol polis bölməsinin xx.xx.2025-cü il tarixli, EQ 31013067 saylı inzibati xəta haqqında protokolundan verdiyi şikayəti məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: X2 rayon polis şöbəsinin yol polis bölməsinin xx.xx.2025-cü il tarixli, EQ 31013067 saylı inzibati xəta haqqında protokolundan şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Şikayəti ona əlavə edilmiş sənədlərlə birgə nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında protokoldan şikayət vermə nəzərdə tutulmadığından şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələləri həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X3 Şəmkir rayon polis şöbəsinin yol polis bölməsinin xx.xx.2025-cü il tarixli, EQ 31013067 saylı inzibati xəta haqqında protokolundan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardan şikayət verilə bilməz. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar