Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-1153/2024 17.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən, Şəmkir Rayon Məhkəməsinin hakimi Musayev Taleh Valeh oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib MÜƏYYƏN ETDİM : Şəmkir Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10 sentyabr 2024-cü il tarixdə Şəmkir rayonu, krazyolu massivi ərazisində yerləşən X1 məxsus fermadan Zərərçəkmiş şəxs1 məxsus 150 manat dəyərində geyim əşyalarını gizli olaraq talamışdır. Hesab edirəm ki, inzibati xəta haqqında material natamam olduğundan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, işdə olan sənədlərdə Şəxs Zərərçəkmiş şəxs1 məxsus 150 manat dəyərində geyim əşyalarını gizli olaraq talaması qeyd olunmuşdur. Halbuki iş materialları ilə gizli olaraq talanmış əmlakın konkret olaraq hansı məbləğdə dəyərə malik olması müəyyən edilmir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarda gizli olaraq talanmış əşyalara görə zərər çəkmiş şəxsə 150 manat məbləğində ziyan dəyməsi qeyd edilsə də, əmlakın dəyəri ilə bağlı ekspert rəyi iş materiallarına əlavə edilməmişdir. Bu hal isə ona dəlalət edir ki, Şəxs gizli olaraq taladığı əmlakın dəyərinin məhz 150 manat məbləğində olması mötəbər sübutlarla təsdiq edilməmiş və həmin halı təsdiq edəcək sübutlar, o cümlədən mütəxəssis rəyi və ya ekspert rəyi iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Maddənin qeyd hissəsinə əsasən, bu məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Belə olan halda gizli olaraq talanmış əmlakın dəyəri konkret olmadığından hazırki işə baxılması və Şəxs barəsində inzibati tədbir görülməsi istisna edilir. Hesab edirəm ki, talanmış əmlakın məbləği barədə müvafiq ekspert rəyi təqdim edilməməsi həmin protokolun natamamlığına dəlalət edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsində inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə dair zəruri tələblər göstərilmiş, həmin Məcəllənin 109.1.6-cı maddəsində yuxarıda göstərilən tələblərə əməl olunmamasına görə inzibati xəta haqqında protokolun baxılmadan onu vermiş orqana qaytarılması nəzərdə tutulmuşdur. Hesab edirəm ki, qeyd olunan nöqsanların mövcudluğu şəraitində işə baxılması mümkün deyildir. Bu səbəbdən də, natamam tərtib olunduğuna görə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsində qeyd edilmişdir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, hakim inzibati xəta haqqında protokolu və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48–51, 114, 128–130–cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM : Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şəmkir Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-1153/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-1153/2024
17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver