Məhkəmə qərarları › İş №3(076)-1157/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1157/2023

22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1157/2023 22.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X19 iclas katibliyi, Qazax-Tovuz Regional Təhsil İdarəsinin nümayəndələri X15, X20, X29 Xidmətinin X8 əmək müfəttişi X16 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidmətinin X8 xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri X33 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidmətinin X8 rəisi X5 xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar qəbul edilmiş şəxs Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri X33 məhkəməyə şikayət verərək, X29 Xidmətinin X8 əmək müfəttişi X16 onun barəsində qəbul etmiş xx.xx.2023-cü il tarixli, ******* saylı qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X29 Xidmətinin X14 tərəfindən X12 əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunverciliyində nəzərdə tutulmuş, müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntularına yol verilməsi əsas göstərilərək İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidmətinin X6 inzibati tənbeh vermə haqqında 07 avqust 2023-cü il tarixli № ******* saylı qərarı ilə vəzifəli şəxs qismində Qazax-Tovuz Regional Təhsil idarəsinin müdiri X33 1500 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidmətinin X14 tərəfindən X44 Təhsil İdarəsi inzibati tənbeh vermə haqqında 07 avqust 2023-cü il tarixli № ******* saylı qərar ilə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinin tələbi ilə qanunsuz X22 1500 manat məbləğində cərimə cəzası tətbiq olunmuşdur. X4 rayon İ Şıxlı kənd M.Həsənov adına tam orta məktəbdə 18 oktyabr 2021-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək əlavə iş yeri üzrə müddətli müqavilə ilə müəllim təyin olunmuşdur. X17 Təhsil Nazirliyinin mərkəzləşdirilmiş proqram təminatı ilə 2021-ci ilin oktyabr ayı üçün 36 akademik saata 281,10 manat noyabr 2021-ci il üçün 69 akademik saata 538,89 manat, dekabr 2021-ci il üçün 78 akademik saata 609,18 manat, yanvar 2022-ci il üçün 62 akademik saata 580,94 manat, fevral 2022-ci il üçün 72 akademik saata 674,64 manat əmək haqqı hesablanıb ödənilmişdir. 2022-ci ilin mart, aprel may və iyun ayları üçün X23 Bakı Dövlət Univerisitetinin Qazax filialında əsas iş yeri kimi işləməsi əsas götürülərək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tələbi ilə onun əmək haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 noyabr 2000-ci il tarixli 205 nömtəli “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saat hesabı ödənilməsi məbləğləri haqqında” qərarına uyğun olaraq mart 2022-ci il üçün 60 akademik saata 384,00 manat, aprel 2022-ci il üçün 78 akademik saata 78 akademik saata 499,20 manat, may 2022-ci il üçün 67 akademik saata 428,80 manat, iyun 2022-ci il üçün 36 akademik saata 230,40 manat əmək haqqı və 611,82 manat son haqq-hesab hesablanıb ödənilmişdir. X23 ona əmək haqqının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 noyabr 2000-ci il tarixli 205 nömtəli “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saat hesabı ödənilməsi məbləğləri haqqında” qərarına uyğun ödənilməsindən X21 şikayət etmişdir. X29 Xidmətinin X30 03 iyun 2022-ci il tarixli **********5 nömrəli məktubuna əsasən Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən Məhbubə Musayevaya 2022-ci ilin mart, aprel, may və iyun ayları üçün 608,87 manat qalıq əmək haqqı hesablanaraq ödənilmiş və bu barədə X29 Xidmətinin X37 rəsmi məlumat verilmişdir. Məlumat verildikdən sonra Müfəttişlik tərəfindən Məhbubə Musayevaya ödənilməmiş əmək haqqının olması barədə Qazax- Tovuz Regional Təhsil İdarəsinə hər hansı bir müraciət edilməmişdir. Bundan əlavə əmək haqları müəssisə rəhbərliyinin göstərdiyi tabel əsasında işçiyə ödənilir və X25ma da ödənilmiş əmək haqları qanunvericiliyə uyğun qaydada müəssisə rəhbərliyi tərəfindən təqdim edilmiş tabel əsasında hesablanaraq ona ödənilmişdir. Əgər təqdim edilmiş tabeldə uyğunsuzluq mövcud olsa belə bunun məsuliyyətini müəssisə rəhbərliyi daşıyır. Bütün bunlar da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidmətinin X6 onların barəsində inzibati tənbeh vermə haqqında 07 avqust 2023-cü il tarixli № ******* saylı qərarının qanunsuzluğuna dəlalət edir. Məhkəmə iclasında Qazax-Tovuz Regional Təhsil İdarəsinin nümayəndəsi X26 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək göstərdi ki, X12 əsas iş yeri Bakı Dövlət Universitetinin Qazax filialı olmuş, Qazax rayon İ Şıxlı kənd M.Həsənov adına tam orta məktəbdə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixədək əlavə iş yeri üzrə müddətli müqavilə ilə müəllim təyin olunmuşdur. Onlar hesablama apararkən əzçilik iş yeri olaraq hesablama aparmışlar. X12 əmək haqqısı hesablanarkən Nazirlər Kabinetinin 2016-cı il tarixli qərarı ilə hesablama aparılmışdır. X12 ştatı üçün əmək haqqı ilkin 595 manat olmuş və o, Qazax rayon İ Şıxlı kənd M.Həsənov adına tam orta məktəbin direktoru tərəfindən vahid əmək haqqı ilə işə götürülmüşdür. Lakin onlar akademik saat hesabı ilə hesablama apararaq 423 manat əmək haqqı ödəmişlər. Yanvar ayından isə həmin ştat üzrə əmək haqqı 714 manat olmuşdur. Əvvəlcə də X3 Əmək Müfəttişliyi Xidmətinin X9 müraciət etmiş, onlar onun müraciətinə əsasən mart, aprel, may aylarında əmək haqqıda yaranan kəsirlər tərəflərindən ödənilmişdir. Daha sonra isə fevral ayından onlar X12 əmək haqqısını artımla ödəmişlər. Onlar 2021-ci ilin oktyabr ayından 2022-ci ilin fevral ayınadək əmək haqqının dərs saatı olaraq 9.37 manat ilə ödəmişlər, daha əvvəl isə 6.48 manat ilə hesablama aparmışlar. Onlar əmək haqqını Təhsil Nazirliyinin şifahi göstərişi əsasında hesablama aparmışlar. Onlar Əmək məcəlləsinin 163-cü maddəsinə uyğun hesablama aparmışlar. Onların hesablamanın 1977-ci ilin SSR-nin qərarı əsasında hesablama aparmışlardır. Onlar kənardan gələn müəllimləri iş saatı ilə hesablamışlar. Lakin sonradan onlara Nazirliyin göstərişi ilə Nazirlər Kabinetinin 205 saylı 2000-ci il tarixli qərarı ilə hesablamışlar. Aprel, may, mart, iyun aylarının həmin qərarla ödəmişlər. Əvvəlki ayları isə artıq ödəmişlər. Müqaviləni vahid əmək haqqı ilə bağlamışlar, lakin akademik saat hesabı ilə əmək haqqı ödəmişlərdir. Əmək Müqaviləsini məktəb rəhbərliyi imzalayıb, Arslan Hacıyev imzalamayıb. Məktəb əmək müqaviləsini əvvəl 595 manat vahid əmək haqqı ilə bağlamışdır. X40 MİQ-dən keçib bal toplayıb. 1 il müddətində 1-ci Şıxlıya müqavilə ilə dərsə gəlib. Onlar həmin 2021-ci ilin oktyabrından mart ayına kimi onlar akademik saatla əmək haqqı ödəmişlər. Hazırda daimi müqavilə ilə işləyir və onlar ona uyğun hesablama aparır. Məhkəmədən şikayətin təmin edilməsini, X29 Xidmətinin X8 xx.xx.2023-cü il tarixli, ******* saylı qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təhsil idarəsinin nümayəndəsi X7 Aslanova ilə eyni məzmunlu ifadə verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında X29 Xidmətinin X8 əmək müfəttişi X27 göstərdi ki, X4 rayon İ Şıxlı kənd M.Həsənov adına tam orta məktəbdə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixədək əlavə iş yeri üzrə müddətli müqavilə ilə müəllim təyin olunmuşdur. X23 ilkin olaraq X29 Xidmətinin X11 keçən il müraciət etmiş, onun müraciətindən sonra məsələ araşdırılmış, qeyd olunan məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil Bölməsinə rəsmi məlumat verilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Qazax-Tovuz Regional Təhsil Bölməsi tərəfindən X29 Xidmətinin Qazax-Tovuz Regional X1 ödəniş edilməsi ilə bağlı məktubla məlumat verilmişdir. Daha sonra isə X23 özü X29 Xidmətinin X11 ərizə ilə müraciət edərək, heç bir şikayətinin olmamasını bildirmişdir. xx.xx.2023-cü il tarixdə əmək haqqısının dügün hesablanmaması ilə bağlı təkrar X23 yenidən ərizə ilə X29 Xidmətinin X11 müraciət etmişdir. Ərizə araşdırılarkən məlum olmuşdur ki, X23 müəllimlərin işə qəbul proqramında test müsabiqəsindən uğurla keçmiş və əvəz edici olmamışdır. Həmçinin o vahid əmək haqqı ilə Qazax rayon İ Şıxlı kənd M.Həsənov adına tam orta məktəbin direktoru ilə müqavilə imzalamış, lakin Qazax-Tovuz Regional Təhsil Bölməsi tərəfindən onun əmək haqqısı düzgün hesablanmamışdır. Belə ki, X12 ərizəsi əsasında araşdırma aparılarkən onun əmək haqqının vahid müqavilə ilə deyil, saat hesabı 6.40 man hesablanması nöqsanı tərəflərindən aşkar edilmişdir. Elektron informasiya sistemində X12 əmək müqaviləsində əmək haqqı 714 manat kimi göstərilir, X23 vahid əmək haqqı ilə müqavilə imzalayıb, lakin ona saat hesabı ilə ödəniş edilib. Əlavə olaraq göstərdi ki, X23 ilk dəfə 2022-ci ildə müraciət etdikdən sonra onlar tərəfindən araşdırma aparılmış və Qazax-Tovuz Regional Təhsil İdarəsinə əmək haqqının qanunvericiliyə uyğun hesablanaraq ödənilməsi diqqətlərinə çatdırılmışdır. Bundan sonra Qazax-Tovuz Regional Təhsil İdarəsi X29 Xidmətinin X11 məktub ünvanlayaraq, X29 Xidmətinin X8 28 iyun 2022ci il tarixli məktubu əsasında 2022-ci ilin mart, aprel, may, və iyun ayları üçün ona 608.87 manat qalıq əmək haqqı ödənilməsi bildirilmişdir. Sonra isə X23 onlara müraciət edərək ərizəni geri götürmüş. Daha sonra isə 2021-ci ilin oktybar ayından 2022-ci ilin mart ayınadək olan dövürlərində yalnış hesablanmış pullarını istədiyini bildirərək onlara təkrar müraciət etmişdir. Onlar inzibati xətanı aşkar etdikləri vaxt dərhal inzibati protokol tərtib etmişlər. Qərar isə tərəflərindən avqust ayında qəbul edilmişdir. Məhkəmə, şikayət ərizəsini, tərəflərin izahatını, inzibati xəta haqqında qərarı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, təqsirlilik məsələsini müzakirə etmədən hesab edir ki, şikayət təmin edilməli, hazırki inzibati xəta haqqıda işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərardan görünür ki, X29 Xidmətinin X18 tərəfindən Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri X33 İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 1500 manat məbləğində cərimə olunmuşdur. İşdə olan məktubdan görünür ki, X17 vergilər və digər tutulmalar çıxıldıqdan sonra 447.96 manat vəsait kart hesabına köçürülmüşdür. İşdə olan əmək haqqı cədvəlindən görünür ki, X17 2022-ci il iyun ayı əmək haqqı cədvəlinə əsasən 477.96 manat, 2021-ci il noyabr ayı əmək haqqı cədvəlinə əsasən 423.03 manat, 2021-ci il dekabr ayı əmək haqqı cədvəlinə əsasən 478.20 manat, 2022-ci il yanvar ayı əmək haqqı cədvəlinə əsasən 456.04 manat, 2022-ci il fevral ayı əmək haqqı cədvəlinə əsasən 529.60 manat, 2022-ci il mart ayı əmək haqqı cədvəlinə əsasən 301.44 manat, 2022-ci il aprel ayı əmək haqqı cədvəlinə əsasən 391.87 manat, 2022-ci il may ayı əmək haqqı cədvəlinə əsasən 336.61 manat, 2022-ci il iyun ayı əmək haqqı cədvəlinə əsasən 661.15 manat əmək haqqı köçürülmüşdür. İşdə olan X12 xx.xx.2023-cü il tarixli ərizə və izahatından görünür ki, o Qazax Rayon 1-ci X48 adına kənd tam orta məktəbinə 18 saat dər yükü ilə 2022-ci ilin iyunun 14dək müqavilə əsasında işə düzəlmişdir. İşlədiyi ayların əmək haqqları ona saat hesabı şəkildə ödənildi. Bununla bağlı Qazax rayon Təhsil Şöbəsinə müraciət etdi. Cavab olaraq dedilər ki, digər təşkilatda işlədiyi üçün ona saat hesabı şəklində ödənildi. O X29 Xidməti Qazax X37 ərizə ilə müraciət etmiş və ona bildirilmişdir ki, onların səyi nəticəsində mart, aprel, may aylarının maaşları ödənildi, lakin digər aylar yəni noyabr, dekabr, yanvar, fevral, iyun ayının qalan 15 günün maaşı və məzuniyyət pulu tam ödənilmədi. Yenidən ərizə ilə müraciət etdiyində ona ərizəsinin geri götürməsini və pullarının tam ödəniləcəyini bildirdilər. Sonra ona bildirildi ki, o məktəbdə qanunsuz işləyib və gələn tədris ili dərs yükü yəmin olunmaya bilər. İşdə olan Qazax-Tovuz Regional Təhsil İdarəsinin X29 Xidmətinin X11 ünvanladığı 13 iyul 2023-cü il tarixli məktubdan görünür ki, X4 rayon İ Şıxlı kənd M.Həsənov adına tam orta məktəbdə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixədək əlavə iş yeri üzrə müddətli müqavilə ilə müəllim təyin olunmuşdur. X17 Təhsil Nazirliyinin mərkəzləşdirilmiş proqram təminatı (1C) ilə 2021-ci ilin oktyabr ayı üçün 36 akademik saata 281,10 manat, noyabr 2021-ci il üçün 69 akademik saata 538,89 manat, dekabr 2021-ci il üçün 78 akademik saata 609,18 manat, yanvar 2022-ci il üçün 62 akademik saata 580,94 manat, fevral 2022-ci il üçün 72 akademik saata 674,64 manat əmək haqqı hesablanıb ödənilmişdir. 2022-ci ilin mart, aprel, may və iyun ayları üçün X23 Bakı Dövlət Universitetinin Qazax filialında əsas iş yeri kimi işləməsi əsas götürülərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin tələbi ilə onun əmək haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 noyabr 2000-ci il tarixli, 205 nömrəli “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri haqqında” qərarına uyğun olaraq mart 2022-ci il üçün 36 akademik saata 384,00 manat, aprel 2022-ci il üçün 78 akademik saata 499,20 manat, may 2022-ci il üçün 67 akademik saata 428,80 manat, iyun 2022-ci il üçün 36 akademik saata 230,40 manat əmək haqqı və 611,82 manat son haqq-hesab hesablanıb ödənilmişdir. Məhbubə Musayeva ona əmək haqqının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 noyabr 2000-ci il tarixli, 205 nömrəli qərarına əsasən ödənilməsi barədə X21 müraciət etmişdir. X29 Xidmətinin X8 28 iyun 2022-ci il tarixli, **********3 nömrəli məktubuna əsasən 2022-ci ilin mart, aprel, may və iyun ayları üçün ona 608,87 manat qalıq əmək haqqı hesablanaraq 2022-ci ilin iyul ayında ödənilmişdir. Məhkəmə iclasında tərəflərin izahatı və tədqiq edilmiş sənədlərlə müəyyən olunur ki, X4 rayon İ Şıxlı kənd M.Həsənov adına tam orta məktəbdə 18 oktyabr 2021-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək əlavə iş yeri üzrə müddətli müqavilə ilə müəllim təyin olunmuş, onun Qazax rayon İ Şıxlı kənd M.Həsənov adına tam orta məktəbin direktoru ilə bağladığı əmək müqaviləsində əmək haqqının müəllimlərin aylıq vəzifə maaşı ilə ödənilməsi göstərilmiş. X2 əməyin saat hesabı ödənilməsi qaydasında əmək haqqı hesablanaraq ödənilmişdir. Bundan sonra X12 müraciətindən sonra X29 Xidmətinin X8 28 iyun 2022-ci il tarixli, **********3 nömrəli məktubuna əsasən Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən 2022-ci ilin mart, aprel, may və iyun ayları üçün ona 608,87 manat qalıq əmək haqqı hesablanaraq 2022-ci ilin iyul ayında ödənilmişdir. Bundan sonra X23 xx.xx.2023-cü il tarixdə yenidən X29 Xidmətinin X11 müraciət edərək 2021-2022-ci tədris ilində noyabr, dekabr, yanvar, fevral və iyun ayının əmək haqqının və məzuniyyət pulunun tam ödənilməsini köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidmətinin X6 inzibati tənbeh vermə haqqında 07 avqust 2023-cü il tarixli № ******* saylı qərarı ilə vəzifəli şəxs qismində Qazax-Tovuz Regional Təhsil idarəsinin müdiri X33 1500 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində göstərilir ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qazax-Tovuz Regional Təhsil idarəsinin müdiri X22 isnad olunan inzibati xəta 2021-2022-ci tədris ilində noyabr, dekabr, yanvar, fevral və iyun ayında törədilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidmətinin X9 2022-ci ilin iyun ayında məlum olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 5.2-ci maddəsinə əsasən, Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 10-cu maddəsinə əsasən dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. Məhkəmə qeyd edilən qanunvericilik normalarını və işin müəyyən olunmuş hallarını nəzərə alaraq hesab edir ki, bir illik müddət nəzərə alınmaqla Qazax-Tovuz Regional Təhsil idarəsinin müdiri X33 2023-cü ilin iyun ayınadək olan bir illik dövr ərzində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli olduğu halda, bu müddət keçdikdən sonra onun barəsində X29 Xidmətinin X18 tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati tənbeh edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 38.5-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Göründüyü kimi qanunvericilik hətta inzibati xəta törətmiş şəxsin qaçıb gizlənməsi halında belə inzibati xətanın törədildiyi vaxtdan bir il keçdikdən sonra onun inzibati məsuliyyətə cəlb olunmasını istisna etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış inzibati xəta haqqında icraata xitam verilir. Məhkəmə belə nəticəyə gəlir ki, qanunun norması düzgün tətbiq edilməməsi səbəbindən, Qazax-Tovuz Regional Təhsil idarəsinin müdiri X33 tərəfindən verilmiş şikayət təmin edilməli və onun barəsində olan X29 Xidmətinin X8 rəisi X13 tərəfindən qəbul etmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Qazax-Tovuz Regional Təhsil idarəsinin müdiri X33 tərəfindən verilmiş şikayət təmin edilsin. Qazax-Tovuz Regional Təhsil idarəsinin müdiri X33 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə X29 Xidmətinin X8 rəisi X13 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqda iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar