Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-116/2025 13.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan: "xxxx" MMC-nin direktoru X2 iştirakı ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 483–cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : "xxxx" MMC xx.xx.2024-cü il tarixli, **********3287 nömrəli və xx.xx.2024-cü il tarixli, **********6906 nömrəli gömrük bəyannamələri əsasında ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 3003.90 ABŞ dolları (5106.63 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Bu hərəkətləri ilə "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 483–cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. "xxxx" MMC-nin həmin inzibati xətanı törətməsi işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin direktoru X3 izahatında göstərdi ki, şirkətin əsas fəaliyyət istiqaməti tumlu və çəyirdəkli meyvələrin becərilməsi, ölkə daxilində satışı, həmin malların ixracından və fəaliyyətlə əlaqədar olaraq müxtəlif malların az miqdarda idxalından ibarətdir. Şirkət tərəfindən cari ilin əvvəlində X1 Küveyt şəhərində olan “AL-FOUS STAR COMPANY GENERAL TRADİNG” adlı şirkətə 4 sayda bəyannamə üzrə “donbalan göbələyi” malı konsiqnasiya yolu ilə ixrac edilmişdir. Həmin bəyannamələrdən ikisi üzrə, yəni **********2106 və **********1475 sorğu nömrəli bəyanamələr üzrə ixrac edilən malların müqabilində xarici valyuta vəsaitləri şirkətin Azərbaycan Respublikası ərazisindəki müvəkkil edilmiş bank hesabına köçürülməsi təmin edilmişdir. Daha doğrusu bu proses bank tərəfindən belə aparılmışdır. Yəni, idxalçı şirkət tərəfindən xx.xx.2024-cü il tarixdə 3977,77 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 912,06 ABŞ dolları və xx.xx.2024-cü il tarixdə isə 915,05 ABŞ dolları məbləğində vəsait "xxxx" ASC-nin Gəncə filialında olan hesablara köçürülmüşdür. Bəyannamələr üzrə satdıqları malların ödənişlərin hesabatı ümumi məbləğlə aparılır. Qeyd edilən məbləğlər üzrə yekunda mal alıcısının onlara 1228,02 ABŞ dolları məbləğində borcu qalmışdır. Yəni 4 sayda bəyannamə üzrə ümumi borc 7032,9 ABŞ dolları təşkil edir. Bu günədək isə 5804,88 ABŞ dolları məbləğində vəsaiti həmin bank hesabına köçürmüşdür. Bank tərəfindən onlara bildirilir ki, qeyd etdiyi sonuncu köçürülən, yəni xx.xx.2024-cü il tarixdə 912,06 ABŞ dolları və xx.xx.2024-cü il tarixdə isə 915,05 ABŞ dolları məbləğində vəsaitlərin təyinatı güya düzgün göstərilməmişdir, lakin buna baxmayaraq bank tərəfindən 2 sayda gömrük bəyannaməsi üzrə ixrac edilən malların ödənişi bağlanmış kimi göstərilmişdir. Qeyd edir ki, onların hesabına ilkin daxil olan məbləğ xx.xx.2024-cü il tarixdə 3977,77 ABŞ dolları olmuş, bank tərəfindən iki sayda gömrük bəyannaməsi, yəni **********2106 və **********1475 sorğu nömrəli bəyanamələr üzrə ixrac edilən malların dəyəri ümumilikdə 4029 ABŞ dolları təşkil edir. Belə olan təqdirdə həmin bəyannamələrin ödənişininin qalıqları idxalçı tərəfindən edilən ikinci dəfə köçürülən vəsaitdən götürülmüşdür. Yekunda isə hazırkı vəziyyət belədir ki, ümumi olaraq idxalçı firmanın onların şirkətinə 1228,02 ABŞ dolları məbləğində vəsait köçürülməmiş qalmaqdadır, 1775,83 ABŞ dollarında vəsait isə bank tərəfindən bəyanamələrin ödəniş təyinatı üzrə müvafiq qeydlər aparılmadan qalmaqdadır. Odur ki, məhkəmədən göstərilənləri nəzərə alaraq daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tədqiq edilmiş sənədləri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək, habelə tədqiq edilmiş digər sübutları "xxxx" MMC-nin qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, işdə olan bildirişdən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi "xxxx" MMC-dən ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsini tələb etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, "xxxx" MMC-nin törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483–cü maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin direktoru X3 izahatında idxalçı firmanın onların şirkətinə 1228,02 ABŞ dolları məbləğində köçürülməmiş vəsaitinin qaldığını, idxalçı firma köçürmələri həyata keçirərkən texniki səhvə yol verdiyini qeyd etsədə bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. "xxxx" ASC tərəfindən təqdim olunmuş 27 fevral 2025-ci il tarixli məktubdan görünür ki, **********3287 və **********6906 saylı YGB-lər Gömrük prosedurları və Mərkəzi Bankın tələblərinə əsasən xx.xx.2024-912.06 USD və xx.xx.2024-cü-915.05 USD daxilolmaların (cəmi 1827.11 USD təyinatında qeyd olunan invoice 1 və invoice 3 təqdim olunan YGB-lərdəki invoice 4 və invoice 5 ilə bank tərəfindən eyniləşdirilə bilmədiyindən Gömrük Portalında qeydiyyatı aparılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483–cü maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483–cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş hüquqi şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-yə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 483–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş 3003.90 ABŞ dolların, yəni 5106.63 (beş min yüz altı manat altmış üç qəpik) manat məbləğin 30 % miqdarında, yəni 1532 (bir min beş yüz otuz iki) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-116/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-116/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver