Məhkəmə qərarları › İş №3(076)-1163/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1163/2025

27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1163/2025 27.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X10 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 9 saylı X2 nümayəndəsi: regional bölmənin böyük məsləhətçi-müfəttişi X5 iştirakı ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 264.0.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 9 saylı X1 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinə "xxxx" MMC–nin barəsində Azərbaycan Respublikası İXM–nin 262.2.3 və 264.0.2-ci maddələri ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Şəmkir rayonu, Əliyaqublu kəndi, İ.Məmmədov küçəsində mövcud olan “Lukoil” yanacaqdoldurma məntəqəsinin avtoyuma hissəsində formalaşan tullantı suyun "xxxx" MMC tərəfindən D=100 mm boru vasitəsilə “Nadirşah” kanalına axıdılması və kanalın istismar qaydalarına riayət edilməməsi faktı aşkar edilmişdir. Bu hərəkətləri ilə "xxxx" MMC Azərbaycan Respublikası İXM-in 262.2.3 və 264.0.2ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. "xxxx" MMC-nin həmin inzibati xətanı törətməsi işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclası zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 9 saylı X2 nümayəndəsi, regional bölmənin böyük məsləhətçimüfəttişi X8 izahatında göstərdi ki, regional bölmənin xx.xx.2025-ci il tarixli sərəncamına əsasən xidməti ərazi üzrə Azərbaycan Respublikası Su Məcəlləsinin, suların istifadəsi və mühafizəsi sahəsində mövcud olan digər qanunvericilik aktlarının tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı Şəmkir rayonu, Əliyaqublu kəndi, İ.Məmmədov küçəsində mövcud olan “Lukoil” yanacaqdoldurma məntəqəsinin avtoyuma hissəsində formalaşan tullantı suyun D=100 mm boru vasitəsilə “Nadirşah” kanalına axıdılması və kanalın istismar qaydalarına riayət edilməməsi faktı aşkar edilmişdir. Araşdırma zamanı sözügedən avtoyuma məntəqəsinin "xxxx" MMC tərəfindən fəaliyyət göstərdiyi məlum olmuşdur. Halbuki, “Nadirşah” kanalı 1-ci dərəcəli kanaldır və tullantı sularının axıdılması üçün nəzərdə tutulmamışdır. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 262.2.3 və 264.0.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Odur ki, "xxxx" MMC-nin barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Barəsində inzibati icraat aparılan "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək, habelə tədqiq edilmiş digər sübutları "xxxx" MMC-nin qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, işdə olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 9 saylı X2 xx.xx.2025-ci il tarixli 0016 saylı Sərəncamından görünür ki, Azərbaycan Respublikası Su Məcəlləsinin tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarında 5 iş günü müddətində araşdırılma aparılması qərara alınmışdır. İşdə olan 001840 saylı aktdan görünür ki, regional bölmənin xx.xx.2025-ci il tarixli sərəncamına əsasən xidməti ərazi üzrə Azərbaycan Respublikası Su Məcəlləsinin, suların istifadəsi və mühafizəsi sahəsində mövcud olan digər qanunvericilik aktlarının tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı Şəmkir rayonu, Əliyaqublu kəndi, İ.Məmmədov küçəsində mövcud olan “Lukoil” yanacaqdoldurma məntəqəsinin avtoyuma hissəsində formalaşan tullantı suyun D=100 mm boru vasitəsilə “Nadirşah” kanalına axıdılması və kanalın istismar qaydalarına riayət edilməməsi faktı aşkar edilmişdir. Araşdırma zamanı sözügedən avtoyuma məntəqəsinin "xxxx" MMC tərəfindən fəaliyyət göstərdiyi məlum olmuşdur. “Nadirşah” kanalı X11 Sistemlərinin İstismarı İdarəsinin balansında olub, Şəmkir rayonunun Yeni-Həyat, Aşıq Teymur, Əliyaqublu, Dəllər-Cırdaxan, Dəllər-Cəyir və Çaparlı kəndlərini suvarma suyu ilə təmin edir. “Nadirşah” kanalı 1-ci dərəcəli kanaldır və tullantı sularının axıdılması üçün nəzərdə tutulmamışdır. Bununla da, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Su Məcəlləsinin tələbləri pozulmuşdur. İşdə olan X11 Sistemlərinin İstismarı İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığından keçən Şəmkir SMSİİ-nin balansında olan “Nadirşah” kanalı vasitəsilə Yeni-Həyat, Aşıq Teymur, Əliyaqublu, Dəllər- Cırdaxan, Dəllər-Cəyir və Çaparlı kəndlərini suvarma suyu ilə təmin olunur. İşdə olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 9 saylı X3 tərəfindən "xxxx" MMC-yə bildiriş göndərilərək inzibati xəta haqqında işə baxılmasının yeri və vaxtı barədə məlumat verilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 9 saylı X3 tərəfindən xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun surəti "xxxx" MMCyə göndərilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli satış çekindən görünür ki, "xxxx" MMC-yə məxsus obyekt Şəmkir rayonu, Əliyaqublu kəndi, İ.Məmmədov küçəsində yerləşir. Məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, "xxxx" MMC-nin törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 264.0.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələr ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının Su Məcəlləsinin 12-ci maddəsinə əsasən Dövlət mülkiyyətində Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, sərhəd su obyektləri, dövlət və yerli əhəmiyyətli yerüstü və yeraltı su obyektləri və xüsusi qorunan su obyektləri saxlanılır Dövlət mülkiyyətində olan su obyektləri qanunvericilikdə müəyyən edilmiş qaydada istifadəyə, icarəyə və bələdiyyə mülkiyyətinə verilə bilər. Dövlət mülkiyyətində olan su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Həmin Məcəllənin 15-ci maddəsinə əsasən su təsərrüfatı obyektləri üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət formaları müəyyən edilir. Dövlət mülkiyyətində saxlanılan, bələdiyyə və xüsusi mülkiyyətə verilən su təsərrüfatı obyektləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər bu Məcəllənin 102-ci maddəsində göstərilən hallarda; su obyektlərini özbaşına tutduqda və ya sudan özbaşına istifadə etdikdə; su obyektlərində özbaşına hidrotexniki və digər qurğular tikdikdə; su obyektlərindən istifadə üzrə icazə ilə müəyyən edilmiş şərtləri pozduqda; sudan istifadə limitlərinə əməl etmədikdə; su istehlakçılarını müəyyən olunmuş müddətlərdə və həcmdə su ilə təmin etmədikdə; su obyektlərini çirkləndirdikdə, zibilləndirdikdə və tükəndirdikdə; su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğu və avadanlıqlarsız müəssisələri, kommunal və digər obyektləri istismar etdikdə; su ehtiyatlarından israfçılıqla istifadə etdikdə; sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suları çirkləndirdikdə, torpaqların su eroziyasına və başqa zərərli hallara səbəb olduqda; hidrotexniki və kommunal su təsərrüfatına aid olan işləri özbaşına gördükdə; su təsərrüfatı qurğularını və avadanlığını zədələdikdə, onların istismarı qaydalarına riayət etmədikdə; su təsərrüfatı qurğularının və avadanlıqlarının istismarı qaydalarını pozduqda; sudan təyinatı üzrə istifadə etmədikdə; su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda; kollektor və drenaj sistemlərini dağıtmaqla torpaqların meliorasiya vəziyyətini pisləşdirdikdə; sudan istifadəyə görə haqqı və sudan istifadə qaydalarını pozmağa görə cərimələri, habelə su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sular görə ödənişləri vaxtında ödəmədikdə; lazımi icazə olmadan su çıxarmaq üçün quyular qazdıqda və ya su çıxarmaq üçün quyuların qazılması qaydalarını və texnologiyasını pozduqda; su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə; su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət etmədikdə; xüsusi qorunan su obyektlərinin rejimini pozduqda; su obyektlərinin istifadəsinə və mühafizəsinə nəzarət edən orqanların göstərişlərini yerinə yetirmədikdə; içməli su mənbələrinin, sutəmizləyici qurğuların, su kəmərlərinin sanitariya mühafizəsi zonalarının tələblərini pozduqda; içməli suyun keyfiyyəti sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlmədikdə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 264.0.2-ci maddəsinə əsasən su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə görə- fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş hüquqi şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-yə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 262.2.3 və 264.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 7.500 (yeddi min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar