Məhkəmə qərarları › İş №3(076)-1164/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-1164/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-1164/2024 02.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə Azərbaycan Respublikası DİN–in BDYPİ–nin fiziki şəxs X1 barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1–ci maddəsi ilə xx.xx.2024–cü il tarixli 16/1-133972 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DİN–in BDYPİ–nin fiziki şəxs X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1–ci maddəsi ilə xx.xx.2024–cü il tarixli 16/1-133972 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X3 Azərbaycan Respublikası DİN–in BDYPİ–nin xx.xx.2024–cü il tarixli 16/1-133972 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X3 şikayətini onunla əsaslandırmışdır ki, Şəmir Rayon Məhkəməsinə DİN BDYP-nin xx.xx.2024-cü il tarixdə qəbul olunmuş, inzibati tənbeh vermə haqqında EQ 21957455 nömrəli qərarından şikayət vermişdir. Şəmkir Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixdə №3(076)- 862/2024 saylı iş üzrə olan qərarında şikayətini təmin edərək DİN BDYP-nin xx.xx.2024-cü il tarixli EQ21957455 saylı inzibatı tənbeh vermə haqqında qərarı ləğv edərək yenidən baxılması üçün qərarın sürətini Azərbaycan Respublikası DİN BDYP İdarəsinə göndərmişdir. Öz növbəsində BDYP idarəsində yenidən həmin qərara baxılmış və qanunsuz olaraq, Baş X6 İdarəsi xx.xx.2024-cü ildə, 16/1-133972 nömrəli qərarında yenidən onun haqqında çıxarılan EQ 21957455 nömrəli inzibatı tənbeh vermə haqqında protokolun qüvvədə qalması haqqında qərar qəbul edilmişdir. Baş DYP İdarəsi qərarını belə əsaslandırır ki, yol hərəkəti pozuntusunun foto və video görüntülərinə keçirilən baxış zamanı, yol nişanının tələbinin güya “VAZ” markalı, **-MT-*** dövlət qeydiyyatlı ona məxus avtomobililə pozulduğu aşkar olunmuşdur. Yenidən baxış zamanı Baş DYP- İdarəsinin xx.xx.2024-cü il, 16/1-133972 nömrəli qərarını qanunsuz və qərəzli hesab edir. Elədirsə niyə həmin video görüntü onun SMS Radar proqramı abunə olduğu səhifədə göstərilmir və ya Şəmkir Rayon Məhkəməsinə təqdim olunmur. Foto ilə qayda pozuntusunu təyin etmək qeyri mümkünsüz olduğundan, həmin qərarın doğru olmadığı və qərəzli olduğunu hesab edir. Qərarda göstərilir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1-57.5-ci maddəsində nəzərdə tutulmuş həmin yekun qərardan rəsmi alındığı gündən 20 gün müddətinə məhkəməyə şikayyət verilə bilər. O həmin qərarı rəsmi qaydada xx.xx.2024-cü ildə aldı və həmin gün Şəmkir Rayon Məhkəməsinə şikayyət ərzəsi verirmişdir. Deməli, Baş X6 İdarəsinin ona qarşı tətbiq etdiyi əssasız cərimə heç bir realığı əks etdirmir. Həmçinin, insanlar üçün müəyyən edilmiş yaşayış minimumu göstərdiyi əsasız cərimənin tətbiqi zamanı nəzərə alınmamışdır. Azərbaycan Respublikası Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli 16/1-133972 nömrəli qərarı yenidən baxış tələb edilmədən tamamilə ləğv edilməsini xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X3 və Azərbaycan Respublikası DİN– in BDYPİ–yə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verilməmişlərdir. Məhkəmə işə onların iştirakları olmadan baxılmasın mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər X2 qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan xx.xx.2024–cü il tarixli 16/1-133972 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə «Vaz» markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verilməsi faktı üzrə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin Baş X6 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatı əsasında vətəndaş X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə EQ 21957455 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. X5 barəsində çıxarılmış elektron qərardan Şəmkir Rayon Məhkəməsinə şikayət vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X4 xx.xx.2024–cü il tarixli 16/1-133972 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə şikayət üvanlamış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə xx.xx.2024-cü il tarixli, 3-13-16/2-Ə-168114 nömrəli məktubdan görünür ki, şikayət ərizəsi ilə bağlı araşdırma aparılmış və X1 inzibati xətaya yol verilməsi halı sübuta yetirilmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə X1 barəsində çıxarılmış EQ21957455 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilərək başlanılmış icraata xitam verilmiş, bu barədə Baş X6 İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. Odur ki, məhkəmə hesab edir ki, EQ21957455 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilərək başlanılmış icraata xitam verildiyindən və şikayət olunan qərar ləğv edildiyindən X1 şikayəti geri qaytarılmalır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM–nin 128 və 135– ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası DİN–in BDYPİ-nin xx.xx.2024–cü il tarixli 16/1- 133972 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar