Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-117/2023 19.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, Şəmkir Rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X5 iştirakı ilə, xx.xx.1978-ci ildə Şəmkir rayonu, Yeniabad kəndində doğulmuş, evli, orta təhsilli, işləməyən, Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir Rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi Elbəyi Həsənov tərəfindən Şəxs əməlində Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirməsi faktı ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati icraatın başlanılmasına qərar vermişdir. Şəmkir Rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi X12 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, xx.xx.2022-ci il tarixdə Şəxs X9 ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun azyaşlı uşağı Zərərçəkmiş şəxs vuraraq fiziki ağrı yetirmişdir. Bununla o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir Rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi X12 izahat verərək bildirdi ki, 27 noyabr 2022-ci il tarixdə Şəmkir Rayonu Dəllər qəsəbəsində fərdi yaşayış evinin həyətində X9 ilə Şəxs arasında olan şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı Şəxs Ə. Səfərovanın azyaşlı qızı Zərərçəkmiş şəxs saçından tutaraq ona fiziki ağrı yetirmişdir. X5 müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş, E. Həsənov tərəfindən Şəxs barəsində inzibati icraat başlanılmışdır. O, Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, X9 onun qardaşının həyat yoldaşıdır, Zərərçəkmiş şəxs isə qardaşının qızıdır. Əvvəllər müxtəlif səbəblərdən aralarında mübahisə yaranmış, hadisə olan günü xx.xx.2022-ci il tarixdə o, anasının evinə getdiyi zaman Ə. Səfərova ora gəlməməsini bildirdikdə aralarında yenidən mübahisə olmuş, mübahisə zamanı qardaşı qızı Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan yıxılmışdır. Həmin vaxt o, Zərərçəkmiş şəxs heç bir fiziki ağrı yetirməmiş, onu döyməmişdir. Buna görə də hesab edir ki, onun barəsində olan icraata xitam verilməlidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (anası) X9 bildirdi ki, Şəxs onun baldızıdır. Müxtəlif səbəblərdən aralarında mübahisələr yarandığından münasibətləri olmamışdır. xx.xx.2022-i il tarixdə Şəmkir rayonu Dəllər qəsəbəsində küçədə olan zaman N. Bayramova avtomobili onun üzərinə sürmüş, o evə gedən zaman N. Bayramova onun arxasında həyətə daxil olmuşdur. Həyətdə onların arasında mübahisə baş vermiş, mübahisə zamanı Şəxs onun azyaşlı qızı Zərərçəkmiş şəxs saçından tutub dartaraq ona fiziki ağrı yetirmişdir. X10 şikayətçidir və onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında şahid X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş 07 dekabr 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəmkir Rayon Polis X4 təhqiqatçısı, polis kapitanı X3 tərəfindən X5 müraciəti əsasında azyaşlı qızı Zərərçəkmiş şəxs Şəxs tərəfindən döyülməsi barədə toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Şəmkir Rayon Şöbəsinin İTB-nin polis sahə rəisinə göndərilməsi qərara alınmışdır. “İnzibati xətaya dair icraat başlamaq haqqında” 10 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Şəmkir Rayon Polis Şöbəsi İTB-nin sahə rəisi, polis mayoru Eldəniz Heydərov tərəfindən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi-ekspertizasının xx.xx.2022-ci il tarixli 1434 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-burun yəhərinin sıyrığı KÜT əşyanın təsirindən törənmişdir, törənmə müddəti 27 noyabr 2022-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. İş materiallarında olan doğum haqqında şahadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx xxxxxxxx 2018-ci il tarixdə doğulmuşdur. Şəhadətnamənin ata adı qrafasında X1, ana adı qrafasında isə X9 qeyd edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin izahatı, özünün qismən etirafedici izahatı, eyni zamanda məhkəmə prosesi zamanı elan edilmiş Şəxs xx.xx.2022-ci il tarixli izahatı, məhkəmə-tibbiekspertizasının rəyi və iş materiallarındakı sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti düzgün olaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-in 63.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Azərbaycan Repubilkası İXM-in 63.2-ci maddəsinə əsasən Valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar. Azərbaycan Repubilkası İXM-in 63.2-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxs barəsində bu Məcəllədə nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələri daşıyır. Azərbaycan Repubilkası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün döymə və sair zorakı hərəkətlərin edilməsi nəticəsində şəxsə fiziki ağrı yetirilməsi kifayət edir. N. Bayramova zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə onların yaşadığı fərdi yaşayış evində mübahisə etdiyini, mübahisə zamanı D. Bayramovanın arada qalaraq yıxılmasını etiraf etmişdir. Buna görə də N. Bayramovanın zərərçəkmiş şəxsi döyərək ona xəsarət yetirməsi, beləliklə də İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə də Şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, inzibati xətanın xarakterini, törədilməsi hallarını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi kifayət edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 ( dörd yüz ) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-117/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-117/2023
19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver