Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1170/2024 19.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 və Şəxs müdafiəçisi Vəkil iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş MN ******* nömrəli xx.xx.20244-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs fəaliyyət növü üzrə vergi orqanında ucot durmadan və razılıq (lisensiya) olmadan fəaliyyət göstərərək 17250 (on yeddi min iki yüz əlli) manat gəlir əldə etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3 bildirdi ki, “AZFİNANS KREDİT" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) rəhbəri Şəxs qanunsuz sahibkarlıq fəaliyyəti, yəni pul vəsaitini əmanətlərə cəlb etməsi barədə Şəmkir rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(076)-497/2024 saylı xüsusi qərardadı Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. Toplanmış material aidiyyəti üzrə baxılıb, prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsini icraatına verilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, 22 sentyabr 2022-ci il tarixdə "xxxx" MMC-nin rəhbəri Şəxs ilə X7 arasında 0049 DEP nömrəli əmanət müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən Anar Quluyev illiyi 2 faiz dərəcəsi ilə 23000 manat məbləğdə əmanəti 12 ay müddətinə Şəxs vermişdir. Müqavilə şərtləri yerinə yetirlmədiyinə görə X7 "xxxx" MMC-yə qarşı «pul və mənəvi ziyan» tələbinə dair iddia ərizəsi ilə Şəmkir rayon Məhkəməsinə müraciət edərək, cəmiyyətə yerləşdirilmiş 23000 manat məbləğində əmanətin, yerləşdirdiyi əmanətin ödənilməmiş 1350 manat məbləğində faizinin, məhkəmə baxışı üçün ödədiyi 159 manat məbləğində dövlət rüsumunun və 5000 manat miqdarında mənəvi zərərin, yəni cəmi 29509 manat məbləğində pulun cəmiyyətdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs aldığı 23000 manat məbləğində əmanətdən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövr ərzində 5750 manatını X5 qaytarmışdır. Pul vəsaitini əmanətlərə cəlb etmək hüququna qanunla müəyyənləşdirilmiş qaydada verilən xüsusi icazəyə (lisenziyaya) uyğun olaraq buna hüququ çatan banklar və poçt rabitəsinin milli operatoru malik olduğundan, Şəmkir rayon Məhkəməsi "xxxx" MMC-nin rəhbəri Şəxs ilə X7 arasında bağlanmış 0049 DEP nömrəli əmanət müqaviləsini etibarsız hesab edərək, Şəxs 17250 manat əsas, illik 5 faiz hesablanmaqla 2012.50 manat, ümumilikdə 19262,50 manat pul alınaraq, X5 ödənilməsi barədə xx.xx.2024-cü il tarixli, № 2(076)-497/2024 nömrəli qətnamə qəbul etmişdir. Beləliklədə müəyyən edilmidir ki, Şəxs fəaliyyət növü üzrə vergi orqanında ucot durmadan və razılıq(lisensiya) olmadan fəaliyyət göstərərık 17250 (on yeddi min iki yüz əlli) manat gəlir əldə etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədə xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin (VÖEN **********) təsisçisi Şəxs ilə X7 arasında bağlanmış 22 sentyabr 2022-ci il tarixli, 0049 DEP nömrəli Əmanət müqaviləsinin surətindən görünür ki, həmin müqavilə əsasında X7 12(on iki) aylıq, illik 2 (iki) faiz dərəcəsi olmaqla, 23.000 (iyirmi üç min) manat məbləğdə əmanəti "xxxx" MMC-də yerləşdirmiş, Təşkilat müştərinin müraciətinə əsasən onun nağd şəkildə və ya hesabına nağdsız şəkildə daxil olmuş vəsaiti əmanəthesabına yerləşdirilməsini, hesablanmış faiz məbləğlərini müştərinin tapşırığına əsasən cari və ya ödəniş kart hesabına köçürülməsini, Müştəri isə əmanət əsaslı kredit və ya kreditin xətti üzvrə borcun müqavilədə müəyyən olunmuş müddətdə və əmanət üzrə müqavilənin son tarixindən gec olmamaq şərtilə ödənilməsini təmin etməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan Şəmkir rayon Məhkəməsinin 2(076)-4977/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Şəxs 17250 manat əsas, illik 5 faiz hesablanmaqla 2012,50 manat faiz borcu olmaqla ümumilikdə 19262.50 (on doqquz min iki yüz altmış iki manat əlli qəpik) manat pul alınaraq X5 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şəmkir rayon Məhkəməsinin 2(076)-4977/2024 saylı xx.xx.2024-cü il tarixli xususi qərardadındn görünür ki, Şəxs əməlində cinayətin əlamətlərinin olması ehtimalları barədə Şəmkir rayon prokuroruna məlumat verilmişdir. İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-nin rəhbəri Şəxs vətəndaş X5 17250 manat məbləğində ziyan vurması barədə toplanmış material üzrə cinayət işinin başlanması, əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və Xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, bele razılıq (lisenziya) almadan, pul vəsaitini əmanətlerə cəlb etməsi nəticəsində vətəndaş X5 az miqdarda ziyan vurduğundan, "xxxx" MMC-nin rəhbəri X2 Azerbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən cəlb edilmesinin təmin olunması üçün toplanmış material 14 saylı Ərazi Vergilər idarəsinə Gönderilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanılmasına dair qərardaddan görnür ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanının əlamtləri əsas götürülməklə inzibati xətalar haqqında icraat başlanılmışdır. İş materiallarında olan MN ******* nömrəli xx.xx.20244-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs fəaliyyət növü üzrə vergi orqanında ucot durmadan və razılıq (lisensiya) olmadan fəaliyyət göstərərəək 17250 (on yeddi min iki yüz əlli) manat gəlir əldə etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli izibati xətaya dair protokolun baxılması barədə məktubdan görünür ki, MN ******* nömrəli xx.xx.20244-cü il tarixli protokol baxılması üçün Şəmkir rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə- inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İş materiallarından görünür ki, Şəxs bunun üçün xususi razılığı (lisnesiyası) olmadığı halda X4 xx.xx.2022-ci il tarixdə 23.000 manat məbləğində pul vəsaitini əmantə olaraq qəbul etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. İXM-nin 38.1-ci maddəsinə əsasən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağ nəzərdə tututan inzibati xətalar üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti 1 ildir. Başqa sözlə, Şəxs inzibati xətanı xx.xx.2022-ci il tarixdə törədiyindən, həmin vaxtdan etibarən 1 il müddətində inzibati məuliyyətə cəlb olunmadığından xx.xx.2023-cü il tarixdə onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunla müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası İXM-in 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-1170/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1170/2024
19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver