Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1174/2023 18.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2, Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsinin nümayəndəsi X3 iştirakları ilə, X2 Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli intibati tənbeh vermə haqqında qərarına əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsi ilə təqsirli bilinərək, 300 manat cərimə edilmişdir. İnzibati xəta haqqında qərardan narazı qalan X5 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli intibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o Şəmkir rayonu, Keçili kəndində 5 kv.m lik ət dükanı işlədirdi, hal-hazırda işlətmir. İyun ayında qida təhlükəsizliyi idarəsinin əməkdaşları gəlib dükanında soyuducuda mal ətini gördülər və şəklini şəkdilər. Mağazada heç bir antisanitariya olmadan hər bir alət, mağazanın özü tər-təmiz olduğu halda ona haqsız yerə protokol yazdılar. Belə ki, Şəmkir rayonunda kəsim məntəqəsi təzə günlərdə açıldığı üçün ümumiyyətlə məlumatı olmayıb və ona rəsmi xəbərdarlıq olunmamışdır. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X5 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, barəsində qərar qəbul edilərkən onun iştirakı təmin edilməmişdir, ona heç bir şifahi və rəsmi xəbərdalıq edilməmişdir. Nöqsanın nədən ibarət olmasını aradan qaldırılması ona bildirilməmişdir. Ona görə də onun barəsində qəbul edilmiş mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsinin nümayəndəsi X3 izahatında göstərdi ki, şəxsin barəsində protokol tərtib edilmişdir, ona müvafiq olaraq da qərar qəbul edilmişdir. Əlavə olaraq bildirmişdir ki, xeyr, qərarın qəbul edilməsi barədə X4 məlumat verilməmiş və onun barəsində inzibati qərar qəbul edilərək 300 manat cərimə edilmişdir. Məhkəmədən şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, şikayətçinin və Ağentliyin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli intibati tənbeh vermə haqqında qərarına əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsi ilə təqsirli bilinərək, 300 manat cərimə edilmişdir. Məhkəmə hesab edir ki, X2 barəsində inzibati xəta haqqında işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan bir sıra prosessual tələblər pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin materialları ilə tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək və digər hüquqları vardır. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İş materiallarından görünür ki, inzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında icraat aparılan X4 bildiriş təqdim edilməmiş, bununla da İXM-nin 60.3, 61.1, 111.1-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə hesab edir ki, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında işə baxılması zamanı iştirakının təmin edilməsi zəruridir. X4 inzibati xəta haqqında işə baxılarkən məlumat verilməməsi, inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılması onun müdafiə hüququnu pozmuşdur. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Odur ki, qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X5 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən prosessual qanunvericiliyin tələbləri pozulduğundan və işin halları hər tərəfli araşdırılmadığından, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və yenidən araşdırma aparmaq üçün qərarın surəti səlahiyyətli orqana qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 134.1.4, 135.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Qida X1-Tovuz regional bölməsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli intibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün Ağentliyin həmin bölməsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №3(076)-1174/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1174/2023
18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver