Məhkəmə qərarları › İş №3(076)-1178/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1178/2023

16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1178/2023 16.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Özbəkistan Respublikasının Fərqanə vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonu İsgəndərli kəndində qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 bildirdi ki, Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)-797/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 16 may 2021-ci il tarixli, 01/00571 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2501 (iki min beş yüz bir) manat əsas borc və 60 (altmış) manat mediasiya xərci olmaqla, cəmi 2561 (iki min beş yüz altmış bir) manat tutularaq Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4829/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2021-ci il tarixli, KTT- 21/3834 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 2.349,27 manat (iki min üç yüz qırx doqquz manat iyirmi yeddi qəpik) məbləğində gecikdirilmiş əsas borc, 120 manat (yüz iyirmi) məbləğində dəbbə pulu, cəmi 2.469,27 (iki min dörd yüz altmış doqquz manat iyirmi yeddi qəpik) məbləğində borc, mediasiya xərclərinin əvəzi olaraq 60 (altmış) manat pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 ASC-yə ödənilməsi, lizinq obyekti olan 1 ədəd “MASCHİO X6 230” markalı torpaq frezi və 1 ədəd “Agrotech Pulluk/145 markalı kotan cavabdehdən alınaraq saz və işlək vəziyyətdə iddiaçıya geri qaytarılması qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə tərəfindən borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli qərarla Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)-797/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4829/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi bir icraata birləşdirilmişdir. Lakin borclu öhdəliyini tam yerinə yetirməmiş, icra sənədləri üzrə borcu ödəməmiş, borclu öhdəliyinin icrasından yayınmışdır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə tərəfindən vaxt verildikdən sonra borclu borc məbləğini ödəmiş, texnikaların qaytarılması ilə bağlı tələbkarla razılıq əldə etmişdir. Göstərilənlərə əsasən məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, icra sənədləri üzrə tələbkarlara olan borcunu tam ödəmiş, tələbkarla icra sənədi üzrə qaytarılacaq texnikanın dəyərinin ödənilməsi barədə razılığa gəlmişdir. Əgər ödəməyə imkanı olmasa texnikanı qaytaracaqdır. Odur ki, onun barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tələbkarlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs qızı barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış xx.xx.2023-cü il tarixli MN ******* protokol inzibati xəta haqqında protokola xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)-797/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 16 may 2021-ci il tarixli, 01/00571 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2501 (iki min beş yüz bir) manat əsas borc və 60 (altmış) manat mediasiya xərci olmaqla, cəmi 2561 (iki min beş yüz altmış bir) manat tutularaq Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4829/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2021-ci il tarixli, KTT- 21/3834 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 2.349,27 manat (iki min üç yüz qırx doqquz manat iyirmi yeddi qəpik) məbləğində gecikdirilmiş əsas borc, 120 manat (yüz iyirmi) məbləğində dəbbə pulu, cəmi 2.469,27 (iki min dörd yüz altmış doqquz manat iyirmi yeddi qəpik) məbləğində borc, mediasiya xərclərinin əvəzi olaraq 60 (altmış) manat pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 ASC-yə ödənilməsi, lizinq obyekti olan 1 ədəd “MASCHİO X6 230” markalı torpaq frezi və 1 ədəd “Agrotech Pulluk/145 markalı kotan cavabdehdən alınaraq saz və işlək vəziyyətdə iddiaçıya geri qaytarılması qət edilmişdir. Həmin icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borcluya tələbin könüllü icra etməsi üçün bildiriş təqdim edilmiş, izahatı alınmışdır. xx.xx.2023-cü il tarixli qərarla Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-797/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4829/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi bir icraata birləşdirilmişdir. Borclu icra sənədləri üzrə borc məbləğini ödəmiş, tələbkarla öz aralarında texnikanın pulunun qalıq məbləğinin növbəti aylarda ödənilməsi barədə razılığa gələrək inzibati işə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Göründüyü kimi, borclu icra sənədləri üzrə tələbkarlara olan borcunu tam ödəmiş, tələbkarla icra sənədi üzrə qaytarılacaq texnikanın dəyərinin ödənilməsi barədə razılığa gəlmişdir və borclunun hazırda kifayət qədər vəsaitə malik olmasını təsdiq edən sübutlar müəyyən edilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar