Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1179/2023 26.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş şəxs Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Şəmkir RPŞ-nin İTB-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə təqdim etmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokolda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Şəxs üzərində narkotik vasitə olan marixuana şəxsi istehlak miqdarında aşkar edilmişdir. Bununla da o İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X5 protokolu müdafiə edərək, onun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Bəxtiyarın üzərində axtarış keçirilmişdir. Bu zaman onun üzərindən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən az miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, narkotik vasitəni küçədən çəkmək üçün yığmış, lakin istifa edəbilməmişdir. xx.xx.2023-cü il tarixdə Şəxs üzərində narkotik vasitə olan marixuana polis əməkdaşları tərəfindən aşkar edilmişdir Hazırda əməlindən səmimi peşmandır. Özünü təqsirli bilir. Himayəsində 3 az yaşlı uşağı var. Məhkəmədən barəsində qərar qəbul edilərkən etdiyi əməldən səmimi peşman olmasını və ailə vəziyyətini nəzərə alınaraq barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə təqsirli bilinməlidir. İş materiallarına əlavə edilmiş: İşdə olan xx.xx.2023-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, 07 avqust 2023-cü il tarixdə Şəmkir rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılmasında şübhəli bilinərək Şəmkir şəhər Səməd Vurğun küçəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilmiş və şübhəli şəxs qismində tutulmuş Şəxs üzərinə vəkil X2 iştirakı ilə şəxsi axtarış keçirilir. Şəxsi axtarışa başlamamışdan əvvəl Şəxs üzərində narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulub, əgər varsa təqdim etməsi təklif edildi. Şəxs üzərində narkotik vasitə olduğunu bildirdi. Şəxs təqdim etməsi təklif edildikdə, əynində olan göy rəngli şalvarın sağ yan cibindən sarı rəngli sellofan büküm, salfet büküm və narkotik vasitə istifadə etmək üçün kağız vasitə çıxararaq təqdim etdi. Həmin bükümlərin nə olduğunu soruşduqda, parkotik vasitə marixuana olduğunu bildirdi. Həmin narkotik vasitəni haradan əldə etməsini soruşduqda, Şəmkir şəhərində yerləşən fermanın yaxınlığında yabanı halda bitmiş çətənə kollarını toplayaraq əldə etməsini bildirdi. Həmin narkotik vasitəni hansı məqsədlə götürdüyünü soruşduqda, hərdən istifadə etmək məqsədi ilə götürdüyünü bildirdi. Bundan sonra Şəxs təqdim etdiyi sarımtıl rəngli sellofan paketdə və salfet bükümdə olan yaşıl rəngli kəskin iyli narkotik vasitə marixuanaya bənzər kütlə elektron tərəzidə ölçülən zaman sellofan bükümlə birlikdə çəkisinin 1.12*qram eyni zamanda digər bükümün salfet bükümlə birlikdə 1.12 qram olduğu müəyyən edildi. Həmin kütlələr və narkotik maddə istifadə etmək üçün istifadə olan kağız vasitə zərfə qoyularaq xüsusi qaydada qablaşdırılaraq ekspertiza tədqiqatına göndərilməsi məqsədi ilə götürüldü və DİN-nin 118 möhürü ilə möhürləndi. Şəxs üzərində aşkar edilmiş mobil telefonun Samsung A-12 markalı mobil telefon, olduğunu və ***-***-**-** saylı mobil nömrəsinin istifadəsində olauğunu bildirdi. Bundan sonra polis əməkdaşının iştirakı ilə onun üzərinə şəxsi axtarış aparıldı, lakin əlr.və narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmədi. Şəxsi axtarış zamanı videoçəkilişdən başqa fotoşəkillər çəkildi. Bununlada şəxsi axtarış başa çatdı. İşdə olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, 16/788 saylı Məhkəmə Ekspertiza Mərkəzi X4 tərəfindən verilmiş rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində ‘‘Şübhəli şəxs Şəxs üzərində aşkar edilmiş.....” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd salfet kağız bükümdə təmiz çəkisi 0,72 qram və 1 (bir) ədəd tütün istifadəsi üçün kağız hissəsinin içərisində, tütünlə qarışıq ümumi təmiz çəkisi 0,68 qram, tütündən ayrıldıqdan sonra təmiz çəkisi 0,28 qram olan, bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadırlar, tərkiblərinə görə eynidir. İşdə olan portal çıxarışından görünür ki, Şəxs himayəsində 3 nəfər azyaşlı uşaqları var. İşdə olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs kimi tutulmuş Şəxs əməlində cinayət tərkibi olmadığından dərhal (xx.xx.2023-cü il tarixdə saat 18:30) Şəmkir rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə araşdırması zamanı Şəxs inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar, eləcə də onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Şəxs İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, himayəsində azyaşlı uşaqlarının olmasını və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə bir gün tutulması nzərə alınmaqla inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,96 qram narkotik vasitə olan marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, iş üzrə bir gün tutulması nəzərə alınmaqla 300 (üç yüz) manat məbləğində cərimə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,96 qram narkotik vasitə olan marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-1179/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1179/2023
26.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver