Məhkəmə qərarları › İş №3(076)-118/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-118/2023

19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-118/2023 19.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib etmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, orta təhsilli, Şəmkir rayonu, Çinarlı qəsəbəsi, H.Aslanov küçəsi, ev-54 də qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair, 19 yanvar 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin böyük rəisi X2 izahatında bildirdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1820/2021 saylı qətnaməsi ilə 10 iyun 2021-ci il tarixdən başlayaraq 13 iyun 2014-cü ildə doğulmuş X5 və 20 iyun 2016-cı ildə doğulmuş X6 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün Şəxs hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş göndərilmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası XM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, 2022-ci il dekabr ayında tələbkar Zərərçəkmiş şəxs icra şöbəsində aliment borcunun tam olaraq ona ödənilməsi barədə ərizə vermiş və uşaqları onun yanına qoyaraq çıxıb getmişdir. O, həmin vaxtadək hər ay müəyyən olunmuş 260 manat alimenti ödəmişdir. Lakin 2023-cü ilin yanvar ayında tələbkar gəlib uşaqları geri götürmüş və bundan sonra aliment istəməyə başlamışdır. O, hər ay 400 manat əmək haqqı alır və senyabr ayından dekabr ayınadək hər ay 260 manat aliment ödəmişdir. Yığılmış borc iddia tələbinə məhkəmədə baxılan dövrə aiddir və həmin borcu hər ay hissə-hissə ödəyəcəkdir. Tələbkar onunla barışmaq istəmiş, lakin o, razı olmadığı üçün onun həbs etdirmək və ondan acıq çıxmaq istəyir. Qeyd edilənləri nəzərə alaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, 2022-ci il dekabr ayında icra şöbəsində aliment borcunun tam olaraq ona ödənilməsi barədə ərizə vermiş və uşaqları Şəxs yanına qoyaraq çıxıb atası evinə getmişdir. Lakin uşaqlarından ayrı qala bilmədiyi üçün 2023-cü ilin yanvar ayında uşaqları geri götürmüşdür. Şəxs hər ay üçün müəyyən olunmuş 260 manat alimenti senyabr ayından dekabr ayınadək davamlı olaraq hər ay 260 manat alimenti ona ödəmişdir. Lakin ona 1040 manat aliment borcu vardır. Ona və uşaqlarına hazırda atası baxır və yığılmış borc məbləğinin Şəxs hazırda alınmasına ehtiyacı duymur. O, məhkəmədən Şəxs həbs olunmasını istəyir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, icra məmurunu, tələbkarı dinləyib, iş materiallarını araşdırıb, məhkəmə hesab edir ki, xx.xx.2023-ci il tarixli inzibati xəta haqqında MN ******* protokol üzrə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1820/2021 saylı qətnaməsi ilə 10 iyun 2021-ci il tarixdən başlayaraq 13 iyun 2014-cü ildə doğulmuş X5 və 20 iyun 2016-cı ildə doğulmuş X6 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün Şəxs hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1820/2021 saylı icra sənədi əsasında icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildiriş və digər aidiyyəti sənədlər borclu Şəxs göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Tərəflərin izahatları ilə müəyyən olunur, borclu icra sənədi üzrə aliment məbləğini sentyabr ayından dekabr ayınadək davamlı olaraq hər ay tələbkara ödəmiş, yığılmış aliment borcu icra sənədinin icraya yönələnədək dövrdə yaranmış, hazırda borclu aliment borcunu ödəməyə hazır olmasını bildirmiş, lakin tələbkar borclunun ona 1040 manat aliment borcu olduğunu, hazırda ona və uşaqlarına atası baxdığını və yığılmış borc məbləğinin Şəxs hazırda alınmasına ehtiyacı duymadığını, məhkəmədən borclu Şəxs həbs olunmasını istədiyini bildirmişdir. Beləliklə, işin qeyd olunan hallarını və tərəflərin izahatlarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar