Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1180/2023 13.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ \ Şəmkir rayon məhkəməsinin hakimi Şəfəq Ənvər qızı Məmmədovanın sədrliyi, İbrahimova Türkan Qulu qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1982-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli,hazırda ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Şəmkir rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə verilmişdir ona görə ki, o, Şəmkir rayon Məhkəməsinin 2(076)-690/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən borclu Şəxs 5150 ABŞ dolları alınaraq tələbkar "xxxx" BOKT MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmışdır. Bundan başqa Şəmkir rayon məhkəməsinin 3(076)-1076/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 500 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə əmrinin və inzibati cərimənin icrasını həyata keçirən Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun müxtəlif vaxtlarda göndərdiyi bildirişlərə və xəbərdarlıqlara məhəl qoymayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə tələbi təmin etməmiş və nəticədə yığılmış 5150 ABŞ dolları və 500 manat inzibati cərimə borcunu ödəməmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 verdiyi izahatında göstərmişdir ki, Şəmkir rayon Məhkəməsinin 2(076)-690/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən borclu Şəxs 5150 ABŞ dollarının alınaraq tələbkar "xxxx" BOKT MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmışdır. Bundan başqa Şəmkir rayon məhkəməsinin 3(076)- 1076/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 500 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd olunan icra sənədi icraya yönəldilmiş və icra sənədi icraata qəbul edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs bildirişlər göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq sonuncu Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək yığılmış 5150 ABŞ dollar borcu və 500 manat məbləğində inzibati cərimə borcunu ödəməkdən boyun qaçırmışdır. Ona görə də Şəxs barəsində xx.xx.2023-cü il tarixdə inzbati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxsə (tələbkara) 2223 ABŞ dolları ödəniş etmişdir. Bundan başqa Şəmkir rayon məhkəməsinin 3(076)-1076/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə borclu Şəxs ona təyin olunmuş 500 manat inzibati cərimə məbləğini tam şəkildə ödəmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs oğlu verdiyi izahatında göstərmişdir ki, Şəmkir rayon Məhkəməsinin 2(076)- 690/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən ondan 5150 ABŞ dolları alınaraq tələbkar "xxxx" BOKT MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmışdır. Əlavə olaraq Şəmkir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Onuda bildirdi ki, məhkəmənin xx.xx.2020ci il tarixli qərarı ilə cərimə olunmuş 500 manat məbləğində pulu tam şəkildə ödəmiş və tələbkar "xxxx" BOKT MMC-yə olan 5150 ABŞ dollar kredit borcundan hazırda 2223 ABŞ dollar məbləğində ödəniş etmiş və bu barədə ödəniş qəbzlərini icra məmuruna təqdim etmişdir. Odur ki, məhkəmədən barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" BOKT MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan və inzibati cərimənin ödənilməsi ilə bağlı cədvəldən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tələbkar "xxxx" BOKT MMC-yə 2223 ABŞ dolları ödəniş etmiş, qalan 2927,06 ABŞ dolları borcunu isə tezlikə ödəməyi öhdəsinə götürmüşdür. İnzibati cərimə məbləğini isə tam şəkildə ödəmişdir. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi müəyyən edilmədiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də, məhkəmə hesab edir ki, borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikasının İXM-in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №3(076)-1180/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1180/2023
13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver