Məhkəmə qərarları › İş №3(076)-1183/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1183/2023

06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1183/2023 06.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, İbrahimova Türkan Qulu qızının katibliyi, Barəsində qərar çıxarılmış X3 və onun vəkili Nümayəndə qızının, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Qazax-Tovuz Regional şöbəsinin nümayəndəsi X4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X6 iştirakları ilə X3 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Qazax-Tovuz Regional şöbəsinin MN ******* nömrəli, 11 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Qazax-Tovuz Regional şöbəsinin MN ******* nömrəli, 11 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4.000 (dörd mün) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Qazax-Tovuz Regional şöbəsinin MN ******* nömrəli, 11 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, kiçik sahibkarlıqla məşğul olur. 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən DVX seryalı 03164 nömrəli akta əsasən vergi qanunvericiliyi qaydalarını pozduğuna görə təqsirli bilinmiş və inzibati qaydada cərimələnmişdir. Hazırki iddia da cavabdeh də onu qeyd edilən qərarla barəsində inzibati protokolu tərtib etmiş və onu 4.000 (dörd min) manat miqdarında cərimə etmişdir. Qeyd olunan qərarla razı deyil və qərarın ləğv olunmasını xahiş etmişdir. Çünki bir inzibati xətayla bağlı bir dəfə cəzalandırıla bilərdi. Barəsində qərar çıxarılmış X7 məhkəmə iclasında şikayətinin məzmununa uyğun izahat verərək bildirdi ki, eyni xətaya görə onu həm vergi həm də əmək müfəttişliyi cərimə etmişdir. Məhkəmədən şikayət ərizəsinin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Barəsində qərar çıxarılmış X3 vəkili Nümayəndə qızı təmsil etdiyi Ə.Quliyevin izahatına uyğun izahat verərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Qazax-Tovuz Regional şöbəsinin nümayəndəsi X10 şikayəti qəbul etmədi, izahat verərək bildirdi ki, X7 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətmişdir ona görə ki, o, X8 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə 4000 manat cərimə edilmişdir. Qərar tam qanuni və əsaslıdır. Ona görə də məhkəmədən şikayətin rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X11 izahat verərək bildirdi ki, X1 Emil Bəxtiyar oğlunu Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə) törədilməsində təqsirli bilinib 2000 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə barəsində tərəfləri dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Qazax-Tovuz Regional şöbəsinin MN ******* nömrəli, 11 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsas yoxdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Qazax-Tovuz Regional şöbəsinin MN ******* nömrəli, 11 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (X8 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə) törədilməsində təqsirli bilinib 4000 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan və onun onun əsasında tərtib edilmiş aktdan görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (X9 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə) törədilməsində təqsirli bilinib 2000 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, X2 sahibkarlıqla məşğul olur. xx.xx.2023-cü il tarixli X9 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə Vergi Xidməti tərəfindən təqsirli bilinib 2000 manat məbləğində, 11 avqust 2023-cü il tarixdə isə X8 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə təqsirli bilinib 4000 manat məbləğində inzibati cərimə edilmişdir. Yəni şikayətçinin eyni inzibati xətaya görə iki dəfə tənbeh edilməsi təsdiqini tapmadı. Ayrı-ayrı inzibati xətalara görə ayrı-ayrı da cərimə edilmişdir. Ona görə də məhkəmə şikayətin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin MN ******* nömrəli, 11 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar